«MEYDAN GÜNDƏLİYİ». 2 MART 1990

Стандартный

adalet_tahirzade.jpg
2 mart 1990.
Şəhidlərin qırxı günüdür. Evdə vacib işim olduğundan şəhidlərin ziyarətinə gecikdim. Mərasim saat 12-də başlayıb, mənisə 1-ə işləmiş çıxışları eşitməyə başladım. Gecikməyimə bu da səbəb oldu ki, “Azərbaycan”ın yeni nömrəsi çıxıb və hamı qəzet köşkləri qarşısında növbəyə düzülüb. Bu nömrədə AXC-nin tətili dayandırmaq haqqında axşam “Azadlıq” radiosunda oxunmuş bəyanatı da dərc edilib. Yol boyuçoxlarının əlində bu qəzeti görürdüm.“Bakı soveti” metrosunun qarşısından keçib Lermontov küçəsinə düşdüm (köhnə MK binasının qabağı ilə). Dağüstü park tərəfdən o qədər adam gəlirdi ki, ilk baxışda ziyarətin başa çatdığı-nıdüşünmək olardı. Hər yan al-əlvan qərənfillərə bürünmüşdü. Xalqın kədəri hədsiz idi. Şəhidləriziyarət edəndən sonra evə qayıtdım.Bütün Azərbaycan ailələri kimi biz də şəhidlərin qırxı ilə bağlı evdə təziyə məclisi düzəltmişdik.Rayondan məhz bunun üçün gəlmiş anam Ruqiyyə xeyrat plovu bişirmişdi. İsmayıllı rayonunun Topçu kəndindən olan fəal cəbhəçi, dostum Şükür Rəhimov da universitetin işçisi olan oğlu Rəhimləbirgə bizdə idi.Şükür müəllim həddən artıq həssas adamdır. Mən ona Topçuda müəllim işlədiyim 3 ildə (onda o,məktəbimizin direktoru, özü də çox bacarıqlı direktoru idi) yaxşı bələd olmuşam. O, 1988-dənüzübəri Bakıda keçirilən bütün mitinqlərdə iştirak edib, bundan ötrü çox vaxt hətta maşın tutaraqBakıya gəlib. Mitinqlərdə onu dəfələrlə mən də görmüşəm.Bu gün bizdəki kişi xeylaqlarının hamısı: Şükür müəllim də, mən də, qardaşım Xaləddin də,Rəhim də saqqallıyıq. Əslində Azərbaycan kişilə-rinin böyük əksəriyyəti 20 Yanvardan sonraşəhidlərin qırxınadək saqqal saxlamağa söz verib və buna əməl edib.Məni və Xaləddini belə saqqalı görəndə anam əvvvəlcə kövrəlib ağla-dı, bir qədərdən sonratoxtadı.Nə isə, Şükür müəllimlə dünyanın bu çalxantılı, göynərtili duru-mundan çox danışdıq, azadlığımızuğrunda şəhid olanlarımızın xatirə-lərini dualarla yad etdikSƏNƏD «“Azadlıq” radiosu ilə Məhəmməd Hatəmi çıxış edərək bildirmişdir ki, Azərbaycan matəm elanetmişdir. O demişdir ki, rus ordusu Bakı xəstəxanaların-dan ölənlərin meyitlərini xəlvətcə çıxarıb  
yandırır və gözdən itirirlər ki, şəhidlərin sayı azaldılsın. Hatəmi bunu da demişdir ki, Azərbaycantorpağında bütün kişilər qırx gün saqqal buraxacaqlar».[“Şərq qapısı” qəz. (Naxçıvan Respublikasının qəzeti), 23 yanvar 1990].

Обсуждение закрыто.