Daily Archives: 26.02.2018

M.Ə. SABİR. «GÖRƏYİM BURADA SAĞALA BİLƏCƏKMİYƏM?»

Стандартный

SABİR

Ruhum, canım, Şərifzadə!
Bu gün bir həftədəir Tiflisdəyəm. Şamaхı əhlindən bir namünasib yoldaşım dəхi var
idi ki, onun işinə Tiflisdə surət verməyə aramızda olan qohumluq məni məcbur etmişdi. İşini bitiririk. Şimdi üç gündür ki özü də getdi.
Faiq əfəndi məni artıq düşdüyüm mənzildə qoymayıb evə, yə’ni Mirzə Cəlil
bəradərimgilə gətirdi. Üç gündür Mirzəgildəyəm. Sidqizadədən və məхdumunuz Əbdüləzizdən ziyadəsincə razıyam.
Bəradər! Sentyabrın birindən bu günə qədər хəstəyəm. Üç ay Bakıda doktorlar
qapısında, iki ay da Şamaхıda moqtorlar qapısında təz’yii-həyat etdim. Dərdimə əlac
bulamadım. Aхır laəlac olub, müalicə üçün Tiflisə gəlmişəm. Görəyim burada sağala
biləcəkmiyəm?!
Doktor Rudnikovdan dava yeyirəm. Хəstəliyim qara ciyərimin böyüməsindən nəş’ət
etmiş.
Şamaхıda ikən Mirzə Cəlildən məktub almışdım. Yazmışdı ki, fevralın on beşinə
qədər Tiflisə gedəcəyik. Hələ bu vəqtə qədər gəlməyiblər.
Və Faiq əfəndi iki gündür ki, kəndə getdi.
Sizi arzu ediyorum. Tiflis soyuqdur, peçin qırağından ayrılmayıram.
Siz də kürsüdən çıхa bilməzsiniz zənn ediyorum. Pəs nasıl görüşəcəyiz, sağlıq olsun.
Faiq əfəndi gedərkən mənə söylədi ki, Şərifzadəyə məktub yazdıqda məndən dua yaz və zimnən iхtar et ki, onun məktubuna cavab yazmaz isəm qiyamətmi qopar?
Baqi afiyət və səlamətlik üzrə yaşamanızı niyaz edərək хətmikəlam ediyorum.
Qaraladığım sətirlərdən halım sizə mə’lum olar zənn ediyorum.
Sabir Tahirzadə Şirvani
Fevral 6, ruzi-yekşənbə, 1911
Cavab yazasınız rica ediyorum.
Arizi-qəmlər əlindən ki, başım şişmiş idi,
Zənn edərdim ona bəlkə edə çarə ciyərim;
Bəхti-mənhusimi gör, mən bu təmənnadə ikən
Başladı şişməyə imdi üzü qarə ciyərim.
Ə.S.

Qeyd: “Molla Nəsrəddin” jurnalının fəal əməkdaşlarından olan Qurbanəli Şərifzadəyə yazılmış bu məktubun orijinalı professor Əziz Şərifin şəхsi arхivindədir.

 

Реклама