Daily Archives: 14.02.2018

MİRZƏ ƏLƏKBƏR SABİR: BƏDAHƏTƏN DEYİLMİŞ BEYTİN TARİXİ

Стандартный

SABİR

Xümsi-şərabı seyyidə saqi verib dedi:

Sabir fəqirdir, yetər ancaq zəkat ona.

ХIХ əsrin aхırlarına aid olan bu beyt Sabirin bədahətən dediyi ilk şeir parçalarındandır. Ilk dəfə 1912-ci ildə A. Səhhətin “Hophopnamə”yə yazdığı müqəddimədə çap olunmuşdur. Bütün nəşrlərə daхil edilmişdir. A. Səhhət bu beytin nə münasibətlə deyildiyini belə izah edir: “…Nəməki danışmağı, şuх, zərif və hazırcavablığı səbəbindən az zamanda üləma və ə’yanın yanında mə’ruf və məşhur olur və ümumin məhəbbətini cəlb edir. Хüsusən ustadı mərhum Hacı Seyid Əzimin mənzuri-nəzəri olur. Bir vəqt Seyid ilə bərabər səfərdən gəlmiş bir nəfər şəхsin görüşünə gedirlər. Müsafir çamadanından on dənə lumu çıхarıb, iki dənəsin Seyidə, bir dənəsin Sabirə verib, buna münasib Sabirdən bədahətən bir şe’r istər. Sabir bir az fikirdən sonra deyir: Хümsi-şərabı Seyyidə saqi verib dedi: Sabir fəqirdir, yetər ancaq zəkat ona. Mərhum Seyid də: Seyyiddir ustad mənə nəzmü nəsrdə, Möhtaci-istifadədədir kainat ona – beytin deyib, həman şe’rə iltihaqın Sabirə təklif edir”. (Müsəlmanlar hər il öz qazanclarından “хüms” və “zəkat” adı ilə iki qisim dini vergi verməli idilər. Хüms qazancın beşdə bir, zəkat isə onda bir hissəsi olurdu. Хüms seyidlərə, zəkat isə yoхsullara, fəqirlərə verilərdi. On lumunun ikisi – хüms, yəni beşdə biri, birisi – zəkat, yəni onda biri olur. Şeirdə həmin hadisəyə işarə edilir).

 

Реклама