“Hədis-ərbəin” — “qırx hədis” deməkdir. Füzuli türk (Azərbaycan) dilində nəzmə çəkdiyi hədisləri Əbdürrəhman Caminin farsca tərcümələrindən götürmüşdür və bunu öz müqəddiməsində yazır.
“…bu, qırx hədisi-mö’təbərdir, bəlkə qırx danə gövhərdir ki, ustadigirami mövlana Əbdürrəhmani-Cami əleyhirrəhmə intixab edib, farsi mütərcəm etmiş və şərti mən həfəzə min ümməti ərbəinə hədisən yəntəfiunə, bihi qəbləcəza bəəsəhullahu yovməl-qiyaməti fəqi-hən alimən məqaminə yetmiş. Ümum feyz üçün tərcümeyi-türki olunur”.
25-Cİ HƏDİS
Sənə bər kim yetirsə bir ehsan,
Qıl onun şükri-ne’mətin hər dəm.
Şükri-məxluqa olmayan qadir,
Qılmaz, əlbəttə, şükri-Xaliq həm.
(müasir dillə: insana minnətdarl olmayan onu yaradana da minnətdar olmaz- «Ocaq»)
Для отправки комментария необходимо войти на сайт.