Daily Archives: 05.02.2018

MİRZƏ ƏLƏKBƏR SABİR. «BƏNZƏRƏM MƏN QOCA BİR DAĞƏ Kİ…»

Стандартный

SABİR

ŞƏKİBAİ
Yar getdikcə təhəssür dili-şeydadə durar,
Ömr vardıqca həvəs aşiqi-risvadə durar!
Seyli-tə’n oylə təməvvüclə alıb dövrü bərim –
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar!
Döysə də canımı minlərcə məlamət ləpəsi,
Zövrəqi-himmətim əvvəlki təmənnadə durar!
Bisütun sinəsinə dəysə də min tişə, yenə
Cövrə təmkin edərək durduğu mə’vadə durar!
Nəqdi-can isə bəhayi-tələbi-yar, iştə,
Can bəkəf aşiqi-sadiq belə sövdadə durar!
Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman,
Mən gedərsəmsə məramim yenə dünyadə durar!
Durmuşam pişü pəsi-tə’ndə, Sabir, necə kim,
O əliflər ki, pəsü pişi-ətə’nadə durar!

Реклама