ÜMİD NƏCCARİ. «MƏNƏ BİR ÇƏTİRLİK VƏTƏN SAXLA YAĞMURDA…»

Стандартный

ÜMİD

Durduğun yerdə dur, dağlar kimi…
Göz də qırpma.
Payızın yapraqları intihar etməsin budaqlarında…
Nəfəsini öldür,
Şəkillərdə olduğun kimi…
Doyunca baxım sənə
Ölümlə umudun arasındasan hələ
Dünyanın hər küncündə bir ovuc torpaq olsan da…
Birisinə mezarsan,
birisinə vətən…

*
Məni yuxunda gördün
Ayaqlarımı unutduğum gün.
Əllərimin sahibsizliyini bildiyim saatdan,
Mən payızın buruq buruq küçələrindən sənə danışıram.

Məni yuxunda gördün
Küləklər şəhərində kül olduğum gecələr.
Qurbəti gözlərimə yüklədiyim an,
Mən quru yarpaqlar radiosundan sənə danışıram,
Dinlə !

Sənsizliyə bir stansiya qalmışam mən,
Sənsizlik acı dərmandır toxdatmır dərdlərimi…

Məni yuxunda gördün
Bir qullab udduğum bulud da sənsizlikdir…
Güzgüdə görünən hər nə varsa
hisslərimin saçları ağarır yoxluğunda…
Hisslərimin ağıl dişi ağrıyır, uzaqlaşdıqca sən.

Sənsiz divar dibində qalan dilənçi qədərdir darıxmalarım,
Sənsiz darıxmadır hər addım.
Qürbətimə ağlayınca
mənə bir çətirlik vətən saxla yağmurda…

Обсуждение закрыто.