ПАВШИЕ: НИЗАМИ АЛЕКПЕРОВ

Стандартный

Nizami_Ələkbərov

Низами Сафи оглы Алекперов родился 17 января 1978 года в селе Гузанлы Агдамского района. Был младшим из шести братьев. В 1992 году окончил сельскую среднюю школу. В 1995 году был призван на воинскую службу. В апреле 1997 года получил боевое задание в прифронтовой зоне. Вместе с семью разведчиками он осуществил вылазку в тыл противника. В течение трех дней они по радиосвязи передавали своему командованию важные сведения о военных объектах противника. Когда задание находилось в стадии завершения, армяне напали на след наших разведчиков. В завязавшемся бою наши бойцы подорвали себя гранатами, чтобы избежать плена. Их тела были переданы только в октябре 1997 года благодаря посредничеству Международного Красного Креста. Они были похоронены 16 октября 1997 года в Баку в Аллее шахидов.

Указом президента Азербайджанской Республики от 24 июня 1998 года  Низами Сафи оглы Алекперов посмертно награжден орденом «Азербайджанское знамя.

(русский текст – газета «Очаг» Самара)

 Ələkbərov Nizami Səfi oğlu — «Azərbaycan Bayrağı» ordeni laureatı

Nizami Ələkbərov 1978-cı il yanvar ayının 17-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Altı qardaşın ən kiçiyi idi. 1982-ci ildə Quzanlıdakı orta məktəbin I sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib. 1995-ci il iyul ayının 27-də hərbi xidmətə yollanıb. «N» saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin əmri ilə döyüş tapşırığı yerinə yetirmək üçün döyüş bölgəsinə göndərilib. 7 nəfər kəşfiyyatçı ilə birgə erməni hərbçilərinin arxa cəbhəsinə adlayıb. Üç gün burada qalıb və həmin istiqamətdə ermənilərin bütün mühüm hərbi obyektlərinin yerini öyrənərək radiostansiya vasitəsilə öz komandanlığına çatdırıb. Lakin əməliyyatı tamamlayıb geri dönərkən erməni hərbçiləri onların izinə düşüb. Döyüşdə xeyli sayda erməni hərbçisini məhv etsələr də, güllələri qurtardığına görə düşmən əlinə keçməmək üçün qranatla özlərini partladaraq həlak olublar. Onların meyitləri yalnız 1997-cı ilin oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə geri alınıb. Onlar 1997-cı il oktyabr ayının 16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.

Nizamı Səfi oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunmuşdur.

 

Реклама

Обсуждение закрыто.