ПРОПАВШИЕ БЕЗ ВЕСТИ: НАТИГ ГАСЫМОВ

Стандартный

Natiq_Qasımov_(şəhid)

Гасымов Натиг Салим оглы родился 2 января 1971 года в селе Кичик Гарамурад Гедабекского района. В 1975 года семья Натига переехала в Мингячевир. В этом городе Натиг окончил восьмилетнюю школу и профессионально-техническое училище. После прохождения срочной службы в Советской Армии в Красноярском крае в 1991 году вернулся на родину и тогда же добровольцем отправился на фронт.

Натиг Гасымов воевал в отряде «Карабахские соколы» под командованием Ягуба Пашаева.

В 1992 году семеро наших солдат вступили в ожесточенный бой с армянскими вооруженными отрядами вблизи села Храмори Агдамсокого района. Потеряв всех боевых товарищей, Натиг продолжает вести бой и удерживает занятую позицию.

Из рассказа Джафароа Лжафарова, беженца из Ходжалы:

«Нас, 22 ходжалинцев, привели в Аскеран. Через несколько дней нас построили. Армянский офицер подошел ко мне и сказал, что я веду тебя к церкви. В ней находятся бойцы. Они оказывают нам сопротивление. Ты входи в церковь и скажи им, чтобы сдались. Если не сдадутся, мы расстреляем тебя и всех остальных пленных ходжалинцев. Если сдадутся, мы вас освободим.

Меня подвезли к церкви и приказали войти. Когда я вошел, услышал голос. Я быстро сказал, что я азербайджанец и, если он не сдастся, нас всех убьют. Он сказал, что он один и в течение пяти дней не ел. Все лицо его было покрыто копотью. Подумав, он снял с церкви азербайджанский флаг, выстрелил оставшимися двумя патронами в воздух и вышел из церкви. Прижав флаг к груди, он направился к армянам».

По информации Государственной комиссии, в списке пленных и взятых в заложники есть и Намиг Гасымов. Несмотря на неоднократные обращения Комиссии, узнать что-либо о судьбе Намига Гасымова до сих пор не удалось.

(русский текст – газета «Очаг» Самара)

Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.

Ağdamda Yaqub Rzayevin başçılığı altında «Qarabağ şahinləri» dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır.

1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Xocalı qaçqını, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfər müəllimin dedikləri:

— Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.

Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

vikipediya

 

Обсуждение закрыто.