
28 dekabr 1989.SSRİ xalq deputatları qurultayı 1979-cu ilin dekabrında Sovet qoşunlarını Əfqanıstanayeritmək haqqında qərarın “mənəvi və siyasi cəhət-dən pislənməyə layiq” olduğunu bildirib.
29 dekabr 1989.Cəlilabad hadisələri öz zirvəsinə çatıb. “Azadlıq” bu rayonda baş verənləri diqqətlə izləyir.
SƏNƏD“8 dekabrda Cəlilabadda keçirilən mitinqdə Daxili İşlər Nazirliyi dinc nümayişçiləri gülləbaranetdi. Hakimiyyətə can atan qüvvələr camaatın rayon katiblərinin “yuxarıdan təyin edilməsinə”haqlı narazılığından istifadə edərək, bir qədər əvvəl təyin olunmuş rayon PK-nin birinci katibininistefası tələbini qoydular. Birinci katibin istefasından sonra rayon kommunistlərinin 32%-ifövqəladə konfrans keçirməyi tələb edən sənəd imzaladılar. Dekabrın 25-də kommunistlərinmüəyyən hissəsinin yığıncağında raykomun yeni tərkibdə plenumunu seçmək tələbi qoyuldu.27 dekabrda rayona gətirilən əlavə milis dəstələri vəziyyəti qaydaya salmaq məqsədiylə həbslərkeçirdi. Narazı kütlə hücum edərək raykomun və milis şöbəsinin binalarına zərər vurdular, Ikatib X[eyrulla] Əliyev döyülüb rayondan qovuldu. Dekabrın 29-da Cəlilabadda “xalq hökuməti”adı altında qurum fəaliyyətə başladı. Sovet hakimiyyəti Müvəqqəti Müdafiə Komitəsi ilə əvəzolundu. Müvəqqəti təşkilat komitəsi və milli müdafiə şurası yaradıldı. Komsomol təşkilatı, DTK-nın rayon şöbəsi ləğv edildi”.(O.B.Soltanov. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda siyasi mübarizə. Bakı:Maarif, 1995, 75-76-cı səhifələr)