AQŞİNİN XATİRƏSİNƏ: ZƏNGİLAN LƏHCƏLİ UŞAQ

Стандартный

СИДИТ.jpg

2007-ci ildə Rusiyada uşaqları avtokreslosuz aparanlar üçün məsuliyyət və 500 rubl məbləqində cərimə təyin edildi. O vaxt Şirvan müəllim balaca Aqşini tez-tez özüylə 6-cı priçal deyilən yerdə sahili gəzməyə gətirir, ancaq avtokreslo almağı yubandırırdı. Bir dəfə yenə sahildən qayıdanda mən də maşında idim. Aqşin arxada oturmuşdu. Şirvan müəllim qabaqda yol müfəttişinin dayandığını görüb Aqşinə dedi:

  • Aqşin, əyil gizlən, milisioner əmi səni görməsin.

Aqşin təmkinini pozmadan dedi:

  • Ata, mən onu eliyə bilməyəcəm…

Zəngilanın işğalından çox sonra, Zəngilandan çox uzaqda doğulmuş Aqşin ana dilimizdə Zəngilan ləhcəsiylə danışırdı…

X.X.

21.12.2017

Обсуждение закрыто.