ПАВШИЕ: ВУСАЛ ХАЛИЛОВ

Стандартный

Vüsal_Xəlilov.jpg

Вусал Адалет оглы Халилов родился 18 декабря 1972 года в поселке Хырдалан. Окончил местную среднюю школу №2 и профессионально-техническое училище №8. В 1991 году был призван на службу в Советской Армии. После семи лет службы в городе Минске вернулся в Азербайджан. Вступив в ряды Национальной армии, Вусал принял участие в боях за Шуша, Агдам, Физули. В 1994 году получил тяжелое осколочное ранение в бою в селе Алханлы в Физулинском районе. Умер 11 августа 1996 года в результате осложнения, связанного с боевым ранением.

(русский текст – газета «Очаг» Самара)

Vüsal Ədalət oğlu Xəlilov 1972-ci il dekabr ayının 18-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Xırdalan şəhərindəki 2 saylı orta məktəbin 8-ci sinfini bitirib. Zabit olmaq arzusuyla sənədlərini Cəmşid Naxçıvanski adına hərbi məktəbə verib. Qismət olmayıb. Bakıdakı 8 saylı texniki peşə məktəbini bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Belarus Respublikasının paytaxtı Minskdə 7 ay xidmət edəndən sonra Azərbaycana qayıdıb. Milli ordunun sıralarına qoşulan Vüsal ŞuşaAğdamFüzuli uğrunda gedən döyüşlərdə vuruşub. 1994-cü ildə Füzuli rayonunun Alxanlı kəndində gedən qanlı döyüşdə düşmənin «Qrad» qurğusundan atdığı mərmi parçalarından ürək nahiyəsindən və başından ağır yara alıb. Qəfil olaraq 1996-cı il avqustun 11-də döyüş zamanı ürək nahiyəsindən aldığı mərmi parçasının yaratdığı narahatlıqdan dünyasını dəyişib.

Обсуждение закрыто.