Daily Archives: 17.12.2017

САМИР БАБАЕВ, ПОМОЩНИК ЗАМПРЕДА ОБЛАСТНОГО СУДА

Стандартный

САМИР БАБАЕВ.jpg

Помощник заместителя председателя Самарского областного суда Самир Бабаев

Реклама

АГШИН: ИСТОРИЯ СНИМКА С ДЕДОМ МОРОЗОМ

Стандартный

2005.jpg

Может, у кого-то сохранился январский выпуск газеты «Очаг» от 2005 года. На первой странице есть новогоднее поздравление на азербайджанском языке и иллюстрация к нему: открытка с Дедом Морозом и с мальчиком. Так вот это на самом деле не открытка, а фотография, которая сделана Ширваном Керимовым на площади Куйбышева в ночь с 31 декабря 2004 года на 1 января 2005 года. А мальчик с Дедом Морозом – это Агшин. Я тоже там находился и помню, что было очень холодно. Но Агшину было весело. Захотел даже сфотографироваться с Дедом Морозом, который, кстати, брал дорого, кажется, пятьсот рублей…

Я тогда решил использовать настоящее фото, а не открытку. В нашей черно-белой газете, да еще в таком маленьком формате Агшина узнать не просто. Но это он. Надеюсь, оригинал снимка хранится в семейном альбоме Керимовых…

Маршрут моих пеших прогулок часто проходит через площадь Куйбышева. Каждым годом главная елка области становится пышнее. Я обычно снимал ее еще когда устанавливали, потом уже в украшенном виде. Теперь прохожу мимо, смотреть даже тяжело…

Наступающий год для нас будет не новый. Он будет другой…

Х.Х.

 

Çinarə ÖMRAY. BİR CÜT AYAQQABI

Стандартный

Çinarə.jpeg       

hekayə

Həyat uzun və qaranlıq yol kimidi… getdikcə aydınlaşır, yaşadıqca böyüyür. Gözlərində qəribə bir soyuqluq var idi o qızın. Gözlərindəki soyuqluğa görə mən həmişə o qızdan qorxurdum. O gözlərin sahibi adamı doğrayar, bir kərə də olsun “of” deməzdi. Nə qədər özünü başqa cür göstərməyə çalışsa da, gözlərinin dərinliyinə baxanda bəlli olurdu hər şey.Çatılmış iri qaşlarının arasında dərin kədər yarğanının yeri görünürdü həmişə. Sanki bütün hissləri vəhşicəsinə öldürmüş, öldürməklə də sakitləşməyib, doğrayıb o gözlərin dərinliyində dəfn etmişdilər arzularını… Yalandan da olsa həmişə şux görünməyə çalışırdı. Gülüşlərində qəribə bir qəddarlıq, kin var idi. Nədənsə mən o qızın nə gülüşünə, nə də baxışına isinə bilmirdim heç vaxt. Onu heç vaxt ağlayan da görməmişdim. Ətrafımda bu qədər insan olmasına baxmayaraq, hər zaman o qız məni düşündürür, məchul bir xəyallar aləminə qərq olurdum. Çox zaman özümə onun haqqında bu cür suallar verirdim:”Görəsən o hansı təsirli məqamda ağlaya bilər?” Gözəlliyi, şən-şux zarafatları ilə hər zaman ətrafı özünə cəlb edə bilirdi. Məktəbdə onu sevməyən, ona məktub göndərməyən oğlan demək olar ki, yox idi. Ona gələn bir neçə məktubu da özüm oxuyub cırmışdım. Gözəlliyi gözlərinin dil açıb demək istədiyini ört basdır edirdi. Hələ bir dəfə də ailəsiylə maraqlandım… Bu qızda nəsə var idi. 15-16 yaşlı bir qızın baxışları deyildi bu baxışlar , bu baxışlar sanki illərin acısını yaşamış, həyata nifrətlə baxan hamıya acı-acı gülümsəyən ruhu canında qarıyan qoca bir qadının baxışı idi. Bu qız cismən 16 yaşında olsa da,taleyi çoxdan qocalmışdı.Heç davranışları da yaşına uyğun deyildi. Müdirə xanım dəfələrlə onu dərsdən qaçıb ayrı-ayrı oğlanlarla görüşən, söhbət edən yerdə qolundan tutub güclə sinifə gətirmişdi. Ailədə anası, özü və özündən böyük iki qardaşının olduğunu da bilirdim. Anası minbir zəhmətə qatlaşıb gecə-gündüz işləyir, övladları üçün yaşayırdı. Sonra qardaşlarını tanıdım. Biri bizim məktəbin məzunlarından idi; o biri də bu il məzun olacaqdı. Yox, onlar tam normal uşaqlar idi. Axı bu qızda qeyri-adi nə var idi belə? Bir gün növbəti dərslərin birində şagirdlərə evə sərbəst yazı işi verdim. Mövzu “Valideyinlərim”idi. Mən bu mövzunu o daş kimi soyuq gözlərin sahibi üçün qoymuşdum əslində. Dərslərindən zəif olan, məşğələlərə əhmiyətsiz yanaşan bu qız bu dəfə dəftərə nəsə yazıb gətirmişdi. Həmin gün bütün varlığımla evə tez getməyə və onun yazısını oxumağa tələsirdim. İçimdəki qəribə bir hiss mənə deyirdi ki, o gözlərin sirri bu yazıdadır. Artıq dərs bitib mən isə evə tələsirəm. Müdriə xanım yenə məni saxlayıb şikayət edir. “Sevda müəllimə, sizin sinifdəki o qızı, Gözəli deyirəm. Yenə dərs zamanı “11b”-nin oğlanlarından biriylə məktəbin arxasında söhbət edən tutmuşam. Adam da utanmaq deyilən bir şey yoxdu. Dik gözümün içinə baxıb “pis iş görmürəm ki” deyir. Onun aləmində bu yaxşı hərəkətdi. Belə olmaz vallah. O qız haqqında ciddi tədbir görmək lazımdır. Mən onu məktəbdən uzaqlaşdırmağı düşünürəm. Digər uşaqlara pis nümunədir. Onun valideynini çağırın sözümüzü deyək. Belə olmaz daha, onun gələcəyi yoxdu bu gedişlə.”. Biz bir az danışdıqdan sonra mən sağollaşıb evə gedəsi oldum. Dayanacağa çatmışdım ki, Gözəlin sərbəst mövzuda işlədiyi yazı yadıma düşdü. Sinifdə unutmuşdum hər şeyi. Əslində bizim dərsimiz gələn həftə idi. Amma mən onu bu gün oxumaq istəyirdim, yenidən gəldiyim yolu qayıdıb,məktəbdən o yazıları götürüb döndüm evə. Evə çatar-çatmaz Gözəlin yazısını tapıb oxumağa başladım. Deməli yazı belə başlayır: “Valideynlərim! — Mən bu günə kimi “valideynim” sözünə alışmışam. Heç vaxt bu sözün sonunda “lər” şəkilçisi artırmamışam. Çünki mənim bir tək anam var. O da nə üçün var onu heç özüm də bilmirəm. Deyirlər ana dostdu, qızın rəfiqəsidir, sirdaşıdır. Həyatla bağlı deyilənlər kimi, bu da yalandı. Bizdə anam sadəcə səhər işə çıxıb, axşam evin çatışmamazlıqlarını alıb evə qayıdan, evi yığışdırıb, sonra yatıb sabah yenidən eyni iş görən və bizlə bir evdə yaşayan adi biridir mənim üçün. Hə, birdə iki qardaşım var. Biri böyük, digəri ondan bi raz kiçik. Onların da evdəki funksiyası qışqırıb bağırmaqdan, qızlarla danışmaqdan, hərdən də məni döyməkdən ibarətdir. Bir də anama “filan şeyi niyə almamısan” deməkdən. Bu qədər. Hə, bir də az qalmışdı unudam. Atam da olub deyirlər. Amma indi yoxdu.! Bu qızın bu qədər eqaist və etinasız yazısı məni həddindən artıq özümdən çıxartmışdı. Adam öz doğma anasına bu qədərmi soyuq olar yəni? Ata haqqında bu qədərmi düşüncəyə sahib olar yəni? Durub onların evinə getmək, o qızın üzünə baxıb var gücümlə bir sillə vurmaq istəyirdim. “Ya səbir!”- deyib yatdım. Sabah sinifə gedəndə onunla üz-üzə gəldim . Hər zamanki kimi danışıb gülməyindən qalmırdı yenə.Bu qədər tərbiyyəsiz olmaqmı olar? — Gözəl, bir dəqiqə olar səni? — Eşidirəm, müəllimə! — Yazını oxudum. — İkinizi də yazdınızmı sonunda — deyib gülürdü. — Mən səninlə ciddi danışıram. Müdirə xanım səni məktəbdən uzaqlaşdırmaq istəyir. Read the rest of this entry