Əziz Fəridə!
Bilirəm ki, Aqşini səndən artıq istəyən adam olmazdı. Güman edirəm ki, Aqşinin də ən çox istədiyi adam sən olmusan. Mən sizə çox gəlib-getmişəm, sənin necə yaxşı ana olduğunu bilirəm. İstərdim ki, bundan sonra da yaxşı ana olasan. Bu, çox vacibdir. Çünki Şəfiqə də sizin balanızdır, onun sağlam valideynlərə, xüsusən sağlam anaya ehtiyacı var.
Mən ilahiyyatçı deyiləm, ancaq bilirəm ki, yas, yəni öz insanın borclarını unudub özünü yasa həsr etməyi Quranda qınanılır. Çox istərdim ki, özünü yığıdırasan, qaydaya salasan, çünki indi ətrafıda olan əzizlərinin, yaxınlarının həyatı səndən asılıdır, qoy səni ağlar, təsəllisiz, xəstə halda görüb çaşmasınlar və yaşadıqlarından utanmasınlar!
Aqşin də səni xəstə, halsız, əli-qolu yanına düşmüş kimi görmək istəməzdi.
Dərdin ağırdır. Onu ləyaqətlə, qışqırıqlarsız çəkmək səni yüksəldər.
Kim bilir, bəlkə Aqşinin də ruhu şad olar!
Allah köməyiniz olsun!
Xeyri baba.
Для отправки комментария необходимо войти на сайт.