«MEYDAN GÜNDƏLİYİ»: 29 NOYABR 1988

Стандартный

adalet_tahirzade

29 NOYABR 1988.

13.00. Yataqxana qonşularəm Nazım və Qurbanla birgə aerokassaya gəldik baxmağa. İşəriadamla dolu idi. Bayır qapının birinin ağzı yalnız ermənilərlə dolmuşdur. Qapıda rusca yazıvardı: “6 zal – prodaja biletov tolko na Yerevan”. Burada 200-300 erməni vardı. Gələndə“Elmlər Akademiyası” metro stansiyasındakı aerokassanın qarşısında da çoxlu adam yığışmışdı.Deyilənə görə, aeroportda da erməni əlindən tərpənmək mümkün deyil.13.10. Zorge küçəsində poliklinikaların yanından keçirik. Birinin qapısı ağzında qırmızı pilləüstündə yazılmışdır: “Tətilçilər, tibb işçiləri sizinlədir!”.

Başqa bir poliklinikanın pəncərəsindəkağız yazılıb vurulmuşdur: “Tibb işçiləri tətilçilərə xidmət edir. Yaşasın Qarabağ!”.Ü.Hacıbəyov küçəsində rus əsgərləri bir erməninin (köçən) ev şeylərini maşına yükləyirlər.***Srağagün Azərbaycan televiziyası ilə akademik Firidun Köçərli çıxış edib. Camaatda şair Qabilin çıxışı nə qədər məhəbbətlə qarşılanmışdısa Firidun Köçərlinin çıxışı o qədər etiraz doğurmuşdu. F.Köçərli dindarların mitinqdə çıxışını ələ salmış, ümumiyyətlə, çıxış edənlərin savadsız olduğunu demişdi.*** Yerevana dekabrın 27-sinədək biletlər satılıb qurtarıb.***İçəri dünən gecə odun buraxmayıblar. İndi də tək-tük odun keçirmək istəyənləri qoymurlar. İki-üç oğlan əlində şirə balonu içəri keçmək istəyirdi. Bizim növbətçilər qoymadılar, dedilər ki,əsgərlər onsuz da sındıracaq.13.25. Meydanda adam azdır — 200-250 min olar. Meydan təmizlənib.Bu gün Akademiyadakı 143 ¹-li poçtun müdiri, erməni Davidova Karinanı işdən çıxarıblar (əsasən qadınlar). Camaatın Moskvaya vurduğu etiraz teleqramlarını ötürmürmüş.***Hava səhərdən çisəkli-yağışlıdır. İndi isə buludlar parçalanıb.***14.00. “XXII qurultay adına neftayırma zavodunun çadırında olduq. Tətil edirlər, ancaq çalışırlarki, xarici ölkələrə cərimə verməsinlər. Çox mübariz əhval-ruhiyyəli kollektivi vardı. 1989-uil üçün Ermənistana neft göndərilməsinə etiraz edirlər. Dedilər ki, zavod tezliklə tamamdayanacaq, çünki tankerlər neft daşımır. Bir döyüşkən qız dedi ki, 17 ermənini zavod əməkkollektivi şurasının qərarı ilə işdən azad etdik. (Bu üsulu ilk dəfə S.Rüstəmxanlı irəli sürmüşdü).Beləliklə, Bakının ən böyük sənaye müəssisəsi keçən V gündən (25 noyabrdan) tətilə qoşulub.***“Zaqfederasiya” zavodu Xalq Cəbhəsi özəyinin çadırı üstündə yazılıb: “Azadlıq küçəsi, No-5”.***Bu gecə çadırlar az qala ikiqat artıb. hər çadırın qarşısında onun məxsus olduğu rayonun,kəndin, müəssisənin, zavodun və b. adı yazılıb. Meydanın cənubu artıq çadırlarla başdan-başaörtülüb.Ermənistanlılar danışırlar ki, Ermənistandan getmək çox qorxulu olub, ermənilər yoldamaşının qabağını kəsib yandırır, dağıdırlar.Ağsu rayonunun çadırındakılar deyirlər ki, Ağsu, Şamaxı, İsmayıllı rayonlarında ermənikəndlərini kütləvi şəkildə boşaldırlar. Şamaxının və İsmayıllının I katibləri bu işdə fəal iştirakediblər. Tapşırıblar ki, nə edirsiniz edin, ancaq ölüm olmasın. İndi erməniləri Mərəzəyə yığıboradan yola salırlar.***İki gün qabaq Kirov rayonunda bir erməni öz evini yandırıb qaçıb. ki, guya bizimkilər edib bunu.15.00. Əsgərlərin yanında durmuş növbətçi oğlanla söhbət edirəm — odunu içəri buraxmamağaəmr verilib, ərzaq da buraxmırlar. Bununla camaatı dağıtmaq istəyirlər. Yeni Suraxanı kəndinin çadırında söhbət edən qoca bir kişi deyir ki, heç kəs bura yeməyəgəlmir, ac dolansaq da duracağıq. Bir orta yaşlı kişi onun sözünə qüvvət verib dedi ki, odun daverməsələr kürək-kürəyə söykənib qızınacağıq, özümüzü yumruqla isidəcəyik, ancaq buradangetməyəcəyik.Ermənilərin kütləvi getməsindən söz düşəndə dedilər ki, Yerevana biletin qiyməti 300 manata,Moskvaya isə 150 manata qalxıb. Gərək sakitliklə çıxıb getsinlər. Öldürmək, döymək olmaz. Biroğlan dedi ki, bazarda, çörək mağazalarında onlara yemək satılmır. (Bu hərəkat, deyəsən,genişlənib).

 

 

Bəli, bu gün mənə aydın oldu ki, erməniləri Azərbaycandan çıxarmaq uğrunda kütləvi, genişhərəkat başlanıb. Bu, Ermənistandan bizimkilə-rin çıxarılmasına cavabdır. Əgər fevral-iyunaylarında onların bu hərəkətinə laqeyd yanaşdıqsa, indi xalq heç bir vədə, beynəlmiləlçilikçağırışına qulaq asmaq istəmir; o, ermənilərə nifrət edir, onlara inanmır.15.35. Radio ilə: Prokurorluğun verdiyi rəsmi məlumat. Dövlət əmlakını külli miqdardamənimsədiyinə görə Stepanakert inşaat materialları kombinatının sabiq direktoru Manuçarovhəbs edilmişdir. Cinayətkar dəstənin başqa üzvləri də həbs edilmişdir. (“Ura!”).***96-25-53 (Hacı Əzim Əzimov) (Şaumyana aid sənədlər var).***İngiliscə şüar: “To restore the soviet power in upland Karabakh”. “We uphold a just cause!”. Türkcə: “Dağlık Karabağda Sovyet Hakimiyeti berpa edilmelidir”.***16.35. Zığ kəndindən çadırında kağız üstündə karandaşla yazılıb: “Ermənin yaxşısına lənət”.Çadırın üstündə Türkiyənin bayrağı dalğalanır.Boynuna qırmızı lent bağlamış qurbanlıq qoyun var. Yəqin ki, axşam kəsib camaatapaylayacaqlar.***Çadırları da içəri keçirməyə qoymurlar. Ona görə bir neçə çadır əsgər sırasından bayırda,“Abşeron” mehmanxanasına tərəf qurulmuşdur.17.00. Qobustan qəsəbəsi sakinlərinin çadırı yanında bir qoçu kəsib ağacdan asmışlar. Boynulentli bir çöngə ilə qoyun isə növbə gözləyir.***Yeni şüarlar: «Bakı nümayişçilərinə Qəbələ (Qutqaşen) hədiyyəsi», «Əli bəy Huseynzadə,Əliağa Kürçaylı, Xəlil Rza ( Salyan rayonu nəzərdə tutulur) yurdundan gəlmişik!, Qorbaçov, bizsəni gözləyirik.17.30. Bir oğlanın başında qırmızı türk fəsi var (ortası qotazlı).Zavodların (tətilə çıxan) sayı xeyli artıb. Ona görə daha onların adlarını göstərmirəm. Bu günişləməyən zavodlardansa işləyən zavodların adını sadalamaq daha asandır.Adamları hər iki mehmanxana tərəfdən əsgərlər, sonra isə bizim uşaqlar diqqətlə, yalnızpasportuna görə yoxlayıb buraxırlar.Meydanda 350-400 min adam var (təkcə çadırlarda 20-30 min)nümayişçi olar).Qalanların hamısı fəhlə və ziyalılardır. Vəzifəli adamlara rast gəlməzsən. Döşündə “Qızıl ulduz”,“Oraq və çəkic” ordenləri, Ali Sovet deputatının nişanı olan bir nəfəri də görmədim.Akademiklər, SSRİ xalq artistləri, xalq şairləri, xalq yazıçıları və b. yoxdur bu adamlar arasında.Şairlərdən Qabil, yazıçılardan Yusif Səmədoğlu, alimlərdən Kamil Vəliyev gecələr də meydandaolur. Bir neçə dəfə rejissor Eldar Quluyevi görmüşəm.17.45. Hava bərk soyuqdur. Dostum Qorxmaz Məmmədovla birgə gəzişirik. Tribunalarda əvvəlkicoşğunluq yoxdur. Doğrudur, soldakı 1-inci tribuna yenə “formadadır”, ancaq bütövlükdəcoşğunluq get-gedə azalır — deyəsən, uşaqlar gündən-günə yorulur.Xor: “Biz ölərik, Ne”məti tək qoymarıq!”. Soldakı 2-ci tribunanın arxasında boş qalan yerdəsamovar qoyublar. Qızlar buradan tribuna sakinlərinə çay verir, onları qızdırırlar.***Camaat odunu paltarlarının altında xəlvət keçirir içəri.18.00. Hava tamam qaralıb. Bu gün mikrofon verilməyib. Camaat yerindən tərpənmir. Şüarlareşidilir: “Əhmədova azadlıq!”, “A — zər — bay — can!”, “Qa — ra — bağ!”, “Sum — qa — yıt!”, “Ne-mət!”.Hökumət evinin divarları və qarşıdakı, meydanın dəniz tərəfindəki iki dəmir qurğunun -məhəccərin üstü qırmızı və ağ parça üzərində yazılmış şüarlarla doludur. Tribunaların qarşısından təxminən 15 metr aralı sahə boya-boy boşdur. Camaatın qarşısınıqadınlar kəsib — onlar uzun skamyalarda oturub. Çoxusunun dizinin üstünə qatlanmış adyalsalınıb. Arxalarında isə camaat ayaq üstə durub.Meydanın işıqları yandırıldığı üçün hamı bir-birini yaxşı görür.18.10. Radio ilə təcili məlumat: SSRİ Səhiyyə Nazirliyi və respublika SN bildirir ki, meydandaepidemiyanın yayılması üçün təhlükə son həddə çatmışdır. Ona görə epidemiyanın bütün

 

Bakıya yayılmaması üçün qadın və uşaqların meydanda qalması qadağandır. (Təkrarı fitlə,uğultu ilə qarşılandı).“Öldü var, döndü yox!”, “Biz ki varıq, xəstəlikdən qorxmarıq!” (xor, sürəkli).(Soyuq havada epidemiya yayılması mümkün deyil).18.15. Aclıq edən oğlanlardan biri boşaldılmış meydançadan keçir. Hər yandan “eşq olsun!”sədaları ucalır. Bir oğlanla əyninə əsgər şineli geymiş qızın qoltuğunda olan bu oğlan hansıdəstənin qarşısından keçirdisə bu səs ucalır. Deyəsən, oğlan camaata ruh verməkdən ötrü gəzir.18.20. Biz soldakı 1-inci tribunada tələbələr arasındayıq. Uzaqda sağdakı (üzbəüz) dəmir qurğuüzərinə bu şüarlar (hərəsinin uzunluğu 20-30 m) bağlanılır: “Kirovabad şəhəri dahi şairimiz Nizami Gəncəvinin adını daşımalıdır!”, “AzərbaycanSSR-in suveren hüquqları təmin edilsin!”, “Gələcəyimiz naminə Azərbaycanda olan kimyəvi zavodlar ixtisar olsun!”.Göy parça üzərində ağ rənglə yazılan bu şüarların məzmunu üslubca qüsurlu olsa dasəliqəsindən bilinir ki, peşəkar rəssam (yəqin ki, tələbə) əlindən çıxıb.Özüm əl çalmaq istəyəndə gördüm ki, bu soyuqda əl çalanda adamın əli sızıldayır. Deməli, əlçalanlar məhz bu səbəbdən azalıbmış!18.30. Meydan sağdan və soldan yavaş-yavaş “əriməyə” başlayır.Xor: “Qurban olum Qarabağın daşına,Daşı düşsün erməninin başına!”.Bir dəstə qadın qabaqdan keçib getmək istədi.Xor: “Ay camaat, getməyin!Meydanı tərk etməyin!”.Çağırışa baxmayaraq onlar getdilər.Xor: “Ermənilər getdilər,Meydanı tərk etdilər!”.18.40. “XVI əsrdə azəri türklərinin Səfəvi dövləti” xəritəsi (əldə çəkilmə) baş tribuna qarşısınaqoyulmuşdur.18.49. Şərgşunaslıq İnstitutunun elmi işçisi Çeşmazərlə söhbət edirdik. Qorxmaz soruşdu ki,niyə Demokrat Partiyasını Tudə partiyasından ayırmırsınız? Cavab: Bunu KQB istəmir. Mən 6 ilDP katibi olmuşam. Mən katib olanda partiyanı Qulam Yəhya əlimdən aldı, məni Kamçatkaya,Sibirə göndərtdi. DP-nın məhvinə o, qol çəkdi. İndi qəbri Bakıda, Fəxri xiyabandadır.Bir qız soruşdu ki, indi Cənubla birləşmək mümkündürmü?Cavab: Yox. Birincisi, ona görə ki, xalq hələ bu fikrə hazır deyil. İkincisi də, Cənubda bizə“Rusiyət” deyirlər ki, bu da vəziyyəti mürəkkəb-ləşdirir.18.55. Nemət böyük bir dəstə ilə gəldi “əfqanlar”ın əhatəsində. Baş tribunanın sağından milisləronu yuxarı buraxmadılar. Sol tərəfdən qayıdıb gəldi. Yarıya kimi qalxdı yuxarı. Tribunadan 2-3nəfər təhlükəsizlik əməkdaşı çıxıb onunla nəsə danışıq apardı.“Ne-mət!”, “Ne-mət!” (sürəkli).21.30. Meydanın özündə təxminən 10-15 min adam var.Lap yeni şüarlar: “Var olsun xalqa qoşulanlar!”.“Bəsdir fəraq odlarından kül ələndi başımıza,Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!”,“Qanımı verərəm, Qarabağı vermərəm!”.21.40. Salyandan gəlmiş 80 yaşlı Kərimova Kiçikxanımla söhbət etdim. Həmrəylik üçün buragəlmişdir. Gecəni də burada qalacaq. Meydanı hərlənən dəstəyə qoşulub “Qarabağ” qışqıra-qışqıra getdi.22.35. 6 maşın gəldi (içi dolu əsgər), dolanıb “Azərbaycan” mehmanxa-nası tərəfə keçib ötdülər.Camaat bunu görüb təşvişə düşdü. Hamı tez əsgərlər tərəfə axışdı. Bir azdan həyəcanlar yatdı.Camaatda, bir növ, başıpozuqluq yarandı. “Təşviqatçı” jurnalının müxbirləri Şaiq və Məmmədşikayətlənirlər ki, niyə belə başsızlıq yaranmağa qoyublar? Bu fikrə gətirən səbəblərdən biri bu

 

gün mikrofonun verilməməsi və nümayiş komitəsi üzvlərindən heç kəsin camaat içinəçıxmamasıdır. Yoldaşlar deyirlər ki, bu meydanda 13 gündür ki, Azad Azərbaycan hökuməti mövcuddur. Bumeydanda tam demokratiya hökm sürür.Camaatın böyük əksəriyyəti Nemətin dünənki çıxışından əsasən narazı qalıb; SSRİ-dən ayrılmaq,leninizm — pyotrizm və sosializm — faşizm kimi bənzətmələrin hələ çox tez olduğunu söyləyirlər.Düzdür, Nemət özü də dünən dedi ki, mikrofon verilmədiyinə görə hirslənib belə sözlər dedim,ancaq, hər halda, bu sözlərin ciddi deyilmədiyini düşünmək yanlış olardı.Mən bir şeyi hiss edirəm ki, xalq hərəkatını içəridən parçalamaq üçün güclü təbliğat aparılır.Dünən Nemət onu nüfuzdan salmağa çağıran gizli bir təlimatı oxudu. Camaatın içində də mənməhz mitinq üçün gəldiyinə inanmadığım bir çox adamı görürəm.Dünəndən Sabir, Əbülfəz və Xəlil Rza tribunada görükmür. Deyəsən, Nemətlə onları ayrı salabiliblər. Əslində Nemət özü də buna şərait yaradır. Mən ona hörmət bəsləyirəm; hərəkatın sondərəcə mütəşəkkilliyin-də, camaatın ideyaca mətinləşməsində onun rolu hədsizdir. Həm dəəqidəsindən onu döndərmək, ələ almaq çox çətin, daha doğrusu, qeyri-mümkündür. Ancaqdünəndən hiss etdim ki, onda böyüklük hərisliyi, həvəsi yaranır və özünü Xiyabaninin, Səttarxanın yerində hiss edir. Bu hiss indi reallıq ölçülərini məhv etdirməklə yanaşı özünü də fəlakətəapara, xalq hərəkatını uçuruma yuvarlada bilər. Mənim də, ziyalılarımızın çoxunun da arzusubudur ki, Sabirin zəkası, təfəkkürü ilə Nemətin mətin-liyi ayrı düşməsin.Hamı hərəkatımızın taleyi üçün təşviş keçirir, 13 günlük zəhmə-tin, əziyyətin bəhrə verməsiniarzulayır.İndiliksə meydanda dayanmışıq, tələbələr əsgərlərə “psixi təsir” göstərmək üçün “Qa-ra-bağ!”qışqıra-qışqıra meydanı dörd dolanırlar.Bir müşahidəmi də yazmaq istəyirəm. Qızlarımızın başında kələğa-yılar çoxalıb. Özü də buyaylıq onlara çox yaraşır!Xor: “Ermənilər çuşkadır,Bizimçün iqruşkadır!”.Əsgərlər girən gecəsi (24-ünə keçən gecə) bəzənmiş 38-69 AQ, “Jiquli” (rəssam Şahinin maşını)tankın qabağına keçmişdi ki, içəri girmək istəyirsinizsə məni basıb keçin. Bu maşın hər güncamaata yemək gətirir. Sürücü gecələr onun içində yatır və maşını həmişə sağ tribunanınqarşısında saxlayır.Bu gecə əmrlə odunsuz qaldığı üçün meydanda tonqalların sayı xeyli azalıb. Əksinə, çadırlarınsayı ölçüyəgəlməz dərəcədə artıb. Onların hamısının içində isə dəmir sobalar qoyulub. Meydanıncənubu, ortadakı fəvvarənin dörd yanı və sol-sağdakı bütün ağaclıqlar (dənizədək) çadırlarladolub. Çadırlardan kiçik şəhər yaradılıb.Onu da hökmən deməliyəm ki, hər tonqal başı, hər çadır təbliğat mərkəzinə çevrilib. Ziyalılarlafəhlələrin çox maraqlı söhbətləri olur. Mən bu 13 gündə bir dəfə də olsun şəxsi söhbəteşitmədim. Hamı istisnasız olaraq Azərbaycanın taleyi ilə bağlı mövzuda danışır. Alimlər, jurnalistlər, yazıçılar və başqaları öz bildiklərini həvəslə fəhlələrə çatdırırlar. Bu gecə mənyataqxana qonşum Qorxmazla birgə poladəritmə zavodunun çadırında oldum. Çay içəndənsonra söhbətimiz alındı. Qorxmaz fəhlələrin Cənubi Azərbaycanla birləşmək imkanımız,ruhanilərə, dinə münasibət, Azərbaycanın gələcəyi və s. haqqında suallarına çox geniş vəəhatəli cavab verdi. Mən isə milli birliyin yaranması üçün dilə sevgini dinə pərəstiş səviyyəsinəqədər qaldırmağın zəruriliyini dedim və dil sevgisi ilə bağlı bir çox faktlar gətirdim, uşaqları anadilində oxutmağa çağırdım. Söhbətimiz fəhlələrin çox xoşuna gəldi. Bütün çadırlarda beləsöhbətlər gedir.Çadırların əksəriyyətində yemək-içmək axşamüstü boldur. Deyəsən, özlərinin də ac qalabiləcəyini duyan əsgərlər qoyunların və yeməyin içəri keçirilməsinə liberal yanaşıblar. TəkcəAğsu rayonunun çadırı yanında 8 qoyun cəmdəyi təmizlənib ağacdan asılıb. Əmircan kəndinin,musiqiçilərin çadırları yanında da qoyunlar şaqqalanıb və camaata kabab verilir.Bakı komendantının əmri ilə şəhərə rayon maşınları buraxılma-dığına, ərzaq maşınları geriqaytarıldığına görə indi Bakı kəndləri bu boşluğu doldururlar. Zirə, Hövsan, Zığ, Pirhəsən,Əmircan, Yeni Suraxanı və başqa kəndlərdən gələnlər çox qeyrətlə camaata yemək verir. Çay,çörək, yemək, demək olar ki, bütün çadırlarda az və ya çox dərəcədə var. Kim hansı çadıraistəsə girib qonaq ola bilər.Böyük lövhədə şer bəndi:

 

“Mən bu meydana qədəm qoymamışam şöhrət üçün,Mal üçün, izzət üçün, şövkət üçün, sərvət üçün. Yaradıb haqq məni öz millətimə xidmət üçün,Hazıram canı fəda etməyə bu niyyət üçün.Məhəmməd Biriya”.

 

Реклама

Обсуждение закрыто.