«MEYDAN GÜNDƏLİYİ». 18 NOYABR 1988

Стандартный

adalet_tahirzade

18 NOYABR 1988.Gecə meydanda 21 adam qalıb.Səhər saat 9-a 20 qalmış Lenin meydanına çatdım.8.42-da meydanda min nəfərə yaxın adam var (əsasən tələbələr). İçində qızlar da var.Gözlərindən yuxu tökülür.“Rədd olsun Araz boyu tikanlı məftillər!” və “30 milyonluq azəri xalqı, azadlıq naminə birləşin!”şüarları axşamkı şuxluqla durur. Yeni şüar da gördüm: “Ermənilərə qarşı milli cəbhə yaratmaq!”.Uzun ağ parçaya “Öldü var, döndü yox!!!” yazılıb divara vurulub, yumruq şəkli də çəkilib.Meydanda tonqal yerləri qaralır.

Havada 12 dərəcə isti var (uzaqdakı buruqdan — bulvardakı -görünür). Bir çox tələbələr adyallara bürünüblər.Sağ tribunanı milislər (əsgər milislər) tutub. Soldakı iki tribuna-da isə camaat oturub. Ənvərlə görüşdüm. Dedi ki, yoldaşlarım Vəzirovun ya-nına qaçdılar.(Hatəminin dəstəsi sol tribunanı tutub).9.03. Xarici Dillər və Tibb İnstitutlarının tələbələri gəldilər. Xarici dillərin tələbələrinin çoxuqızdır.9.11. Fuad Musayevə dedim ki, camaatın təhlükəsizliyini təmin etmək üçün baş tribunanınqarşısında iki cərgə milisin durması məsləhətdir. Dedi ki, yaxşı təklifdir.9.17. Bir oğlan Azərbaycanın bayrağı altında şüar dedi (2 dəfə): “Bu gecə burada qalan bacı və qardaşlarımıza eşq olsun!” (“Ura!”).9.20. “Elektroştamp” zavodunun fəhlələri gəldilər.7 No-li tikinti idarəsinin fəhlələri gəldilər. Gələnləri həmişə olduğu kimi alqışlarla qarşıladılar.9.40. APİ-nin tələbələri gəldilər.9.45. Etibar Quliyevlə (Dilçilik institutu) söhbət etdik. Dedi ki, Vəzirov Pagosyana heçnə edıbilmir. O ona deyir ki, səni ataram bayıra. Cavabında: “Ti tolko poprobuy” eşidir.Dünən Vəzirov bizim nümayəndələrlə görüşündə deyib ki, Ermənistan-da MK bu saat sıradançıxıb. Hakimiyyət “Qarabağ” təşkilatının əlindədir. Moskva işləyir.(Dünən gedib sonra qayıdan dəstəni B.Vahabzadə aparırmış).10.00. Meydanda 20-25 min adam var.10.15. Bir böyük dəstə “Azərbaycan”, bir böyük dəstə isə eyni vaxtda “Abşeron” mehmanxanasıtərəfdən gəlir. “Azərbaycan” tərəfdən gələnlər: politexnikin və universitetin bütün tələbələri(çox böyük izdihamdır, ucu görünmür; 10.15-də gəlib qurtardı). “Abşeron” tərəfdən gələnlər:l.Şmidt zavodunun fəhlələri (1.000 nəfər olar).10.25. İnşaaat Mühəndisləri İnstitutunun təxminən 1.000 nəfərlik tələbəsi gəldi. Əllərində şüar:“Türk millətinə eşq olsun!” (Üstündə qırmızı ay-ulduz). XTİ-nun tələbələri də gəlib.10.34. AZİ-nin çoxminlik tələbələri gəldi.Rus Dili İnstitutunun çoxminlik tələbələri gəldi.10.36. 20 No-li orta məktəbin 9-10-uncu sinif şagirdləri (100-ə yaxın) gəldilər.10.40. XTİ-nun 100-200 tələbəsi gəldi.10.43. Xarici Dillər İnstitutunun, Politexnik İnstitutun tələbələri gəldilər (çoxminlik).Ayrı-ayrı, dəstə-dəstə adamlar arası kəsilmədən gəlir.Bütün tribunalar (4-ü də) dolub. Ancaq əsas, baş tribunada rəsmi adamlar yoxdur. Tribunalarda oturanların çoxu qızlardır.Bu gün camaatın qarşısını milis kəsməyib. Hətta “Azərbaycan” meh-manxanasının yanındamaşın qoyub, maşınların meydana girməsini saxla-yıblar.İlk dəfə olaraq Akademiya rəhbərlərindən Nəriman Quluyevi burada gördüm. Partkom Zakir,həmkarlar Fərid, Budaq Budaqov da buradadırlar. Əbülfəz Əliyevi dövrəyə alıb nə isə danışırlar.11.00. Meydanda 100 mindən çox adam var. Qışqırırlar: “Və-zi-rov!”, “mik-ro-fon!”.

11.05. Şüar çıxdı: “İşləmirik, oxumuruq, tətil edirik!”. Başqa şüarlar: “Ölərik əldən əgər getsəvətən”, “Torpaqdan pay olmaz!”, “Tələblərimizi yerinə yetirin!”, “Bizi ermənilərin ayağınaverənlərə ar olsun!”, “Topxanaya toxunmayın!”.11.15. Mikrofon gətirdilər.11.16. Tibb İnstitutunun tələbələri gəldilər.Şüarlar: “Yaşasın müstəqil Azərbaycan!”, “Yaşasın Vahid Azərbaycan!”, “Topxana milliqeyrətimizdir!”, “Vaqif kimi elinizi sevin!”, “Fəhlə sinfi, mübarizəyə!”, “Sumqayıtqəhrəmanlarına eşq olsun!” (Azərbaycanın bayrağı üstündə yazılmışdı), “Qarabağınmuxtariyyəti ləğv edilsin!”, “Azərbaycan torpağında yalnız azərbaycanlılar yaşamalıdır!”.Bir karikaturada isə uzun xaç və eybəcər bir baş təsvir olunub. Başa doğru bir yumruq uzanıb.Bunların altında yazılıb. “Ara, Vazgen, nöş belə oldu?”.11.28. Ənvər: qüvvə saxlamalıyıq.Bizim hökumətimiz, partiyamız da bizi müdafiə edir. İşimiz haqdır.11.33. “Və-zi-rov!”.11.35. Qorxmaz (tələbləri yenidən oxuyur): Biz 24 saat vaxt vermişdik. İndi bir saat vaxtımızqalıb. Tələblərimiz ödənilməsə oturaq nümayiş günlərlə davam edəcək.11.45. Əbülfəz Əliyev: — Qarşımızda üç problem var:1) Ermənistan SSR-dən didərgin düşənlərdir. Bəlkə də ağacları yox, 10 minlərcə insanın taleyinidüşünməliyik.2) Ermənistan SSR-in özündə yaşayan azərbaycanlıların təhlükəsiz-liyi, mədəni-milli varlığımüdafiə olunmalıdır.3) Dağlıq Qarabağ məsələsidir. Bizə qarşı iftiralar başlayıb. Bütün gücümüzü, ağlımızı toplayıbonlarla mübarizə etməliyik.Xalqımız özü hər şey həll edəcək. Tələbimiz: radio və televiziyamız laqeyd qalmasın. Xalq bütövolmasa heç nə həll edə bilməz.11.50. Nemət: — Sabir Rüstəmxanlıdan xahiş edirik ki, hardadırsa tribunaya çıxsın, bizə köməketsin. Bizi başa düşün. Yuxarıdan onlar, aşağıdan siz bizi sıxırsınız. Bir-birimizə inanmasaq heçnə edə bilmərik.Bizə qarşı İttifaqda nifrət yaradılıb, onu aradan qaldırmalıyıq. Heç bir artıq hərəkətə yolverməməliyik. Bizə inanmırsınızsa kimə inanmalıyıq? Siz bizi fitə basanda biz kiminlə vuruşaq?Biz son damla qanımıza qədər verməyə hazırıq.Etiraz etməyi bacarmalıyıq. Artıq xalq yalançı milli qəhrəmanları qəbul etmir. Mən Nemətəm,məni heç kəs ala, sındıra bilməz! (Alqışlar).(Tofiq Fikrətin “Yaşa, ey sevgili millət, yaşa, var ol! “misralı “Millət şərqisi” şerini söylədi).Qabaqlar 5 azərbaycanlının bir yerə toplaşması mümkün deyildi. İndi fəxr edirəm ki, bu qədərxalq birləşib. Biz fitnələrə cavab verəcəyik. Müqəssirləri cəzalandıracağıq.Milli Cəbhəni elan etməklə yaranmır.Deputatları, direktorları, raykomları özümüz seçməliyik. Biz öz hüquqlarımızı qanun çərçivəsindəqorusaq bizə heç nə edə bilməzlər.Bizi yalnız ölüm xalqdan ayıra bilər.12.05. Ənvər: Şuşadan bizə teleqram gəlsə (Topxana ilə bağlı) oxuyacağıq. Öləcəyik,dönməyəcəyik — Qarabağda Azərbaycan hökumətini bərpa etmək üçün.Bakıya Qəhrəman şəhər adı verilsin. Müharibədəki fədakarlığı-mıza görə şəhərimiz bunalayiqdir.Sağ olsun burada camaata yeməklə yardım edənlər. Tələblərimiz qüvvəsində qalır.12.07. Nemət: Qoyulan vaxtdan 7 dəqiqə keçib. İndi yenə cavab gözləyirik. Təklifləri oxudu: “Familiyalarımızın sonunu asanlıqla dəyişə bilək”, “Azəri türkləri adıqaytarılsın”.12.23. Qorxmaz: Qosplanın işçiləri 500 manat pul yığıb. Onları “Qayğı” cəmiyyətinin hesabınakeçirmək gərəkdir ki, camaata yemək alıb versinlər.İndi heç kəsə söz verilməyəcək. Çox söz demişik. İndi iş görməliyik.12.25. Əbülfəz. Təklif oxudu: “Diqqətli olun, aradakı fitnəkarları ya aradan çıxarmalı, ya dasakitləşdirməli”.Şüarlara fikir verin. Bizə gələn bütün təkliflər bir yerə yığılacaq. Onları ümumiləşdirib həm yerliorqanlara, həm də Moskvaya nümayiş adından göndərək.Birliyə gediriksə bir-birimizi tənqid etməyək. Ziyalılarımızın ardınca danışmayaq.12.30. Bütün meydan dolub (mayın 18-ində olduğu kimi). 500 m

 

adam var.12.35. “Və-zi-rov!”.12.43. Sabir Rüstəmxanlı: — Mən sizin düzlüyünüzü alqışlayıram. Sizin qarşınızda baş əyirəm. Bubirlik olmasa heç bir iş görə bilmərik.Bizim böyük, şərəfli tariximizi kiçik güzgüdə göstərib, xalqımızı dünyada təhqir ediblər. Bizi uzunillər elə tərbiyə ediblər ki, özümüzü tanımamışıq.Bizim ovaxtkı tələblərimizdən çoxuna əməl edilməyib. Dil haqqında tələbimiz vardı. Ancaq aydınoldu ki, nazirlərimizin çoxu ana dilindən iyrənir. Kəndçiyə rusca məktub göndərən nazir həmingün işdən çıxarıl-malıdır. Yenə kəndlinin başına dərman tökülür. Sumqayıtın hər 4 uşağın-danbiri xəstədir.Kəndləri gəzmişəm, hər şey bərbaddır. Xalq olmasa onun hökuməti də olmaz. Xalq miskin olsaonun hökuməti də pis gündə olar.Bu gün Azərbaycanın 2 imperiya arasında parçalanmasının 160 ili-dir. Bunu niyə mətbuatımızqeyd etmədi? Keçdi Sibir xofu. Azərbaycanda 30 mindən çox açılmamış arxiv var. Dünyabilməyir ki, biz ayrıyıq. Bizi müstəmləkə siyahısına da salmayıblar.Qorbaçovun yanındakılar onun siyasətini təhrif edirlər. Azərbaycana uzanan yad əllərkəsilməlidir. DQMV-də Ermənistan ev tikirsə Azərbaycan hökuməti Göyçədə, Borçalıda ev tiksin.Niyə Azərbaycan tələbələri yayda gedib başqa yerdə işləməlidir? Bakıda fəhlə çatışmır, tələbələrbunu özləri həll etsinlər.(Yemək gətirdilər).Məktəbimizin proqramlarını özümüz hazırlamalıyıq.Dünən mitinqdən sonra sizin iradənizlə Vəzirovun yanında olduq. Mən nümayişlərin əleyhinədeyiləm. Dünən bura gəlməsəydik mətbuat heç nə yazmazdı. Topxanada iş dayandırılmaqüzrədir.Qoy var olsun Azərbaycanın birliyi!13.00. Nemət. (Tələbləri oxudu).Söz verilir Abdulla İbrahimova — hökumətin nümayəndəsinə.A.İbrahimov: Əziz balalar, hörmətli həmvətənlər! Əvvəl öz adımdan müraciət edirəm. MənQarabağda olmuşam. Siz ki bu işə qoşulmusunuz, sizə eşq olsun! Siz bizə lazımsınız. Mən elanedirəm ki, bütün dörd tələb həyata keçirilə bilər və əmin edirəm ki, keçiriləcək.13.05. Nemət: İndi dağılaq. Tələblərə əməl olunmasa gələn şənbə ümumazərbaycan tətiliedərik.Nemət bunu deyəndən sonra mikrofonun səsini kəsdilər (13.06) və gö.Nemətgil dağılmaq təklifi ilə məsuliyyəti boyunlarından atdılar.5-6 min nəfər getsə də camaat yerindən tərpənmədi. Çox adam oturdu. (Vəzirovu tələb edirlər).13.20. “Azərbaycan” mehmanxanası tərəfdən çox böyük kütlə gəlib camaat qovuşdu.Rulon kağızı açdılar ki, camaat üstündə otursun.13.25. Bir oğlan baş tribunadan bayraği yelləməyə başladı. Camaat alqışlayır, bir yerə toplaşır.13.40. “Azərbaycan” mehmanxanası yanından “A-zər-bay-can!” qışqıra-qışqıra böyük izdihamgəlir. Qabaqlarında milis maşını gəlir. Bakı Elektrik Maşınqayırma Zavodunun fəhlələridir.Əllərində Azərbaycan bayrağı. Öndə qadınlar.Camaat mikrofon tələb edir.13.50. B.Vahabzadə: Bura gəlmişdən o kişinin (yani Vəzirovun – A.T.) yanında 20 dəqiqədanışdıq. Dedim ki, millətə nə deyim? Dedi ki, biz Topxanada heç nə tikməyə qoymayacağıq.Verilməyəcək və qoyulmayacaq.Aman günüdür, birliyimiz pozulmasın. Rəhbərliyimizlə özümüz arasında ayrılıq yaratmayaq.Hamımız eyni olaq.13.58. Molla: Əssalaməleyküm. Culfanın Camaldın kəndindən Əliyəm.Cavid adına üzümçülük sovxozunun fəhləsiyəm. (Camaat ona qulaq asmayıb “Və-zi-rov!”qışqırmağa başladı).Dövlət planlarını hər ay 100-200 faiz yetirmişəm. (Fitə basdılar. Şerini oxudu):Vətənin haradır deyə bilməzsən,İstərsən öləsən, ölə bilməzsən.Qarabağ çörəyin yeyə bilməzsən…(Fitə basdılar. Əl çəkmədi, şeri sonadək söyləmək istədi).

Реклама

Обсуждение закрыто.