ŞƏHİDLƏR: ƏBÜLFƏZ MEHDİYEV

Стандартный

Əbülfəz_Mehdiyev.jpg

Əbülfəz Mehdiyev (tam adı: Əbülfəz Bəbir oğlu Mehdiyev; 1 noyabr 1965-ci ilTarovluQubadlıAzərbaycan SSR – 30 iyun 1992-ci ilTarovluQubadlıAzərbaycan) — Qarabağ müharibəsi şəhidi, ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Əbülfəz Bəbir oğlu Mehdiyev 1965-ci il noyabrın 1-də Qubadlı rayonunun Tarovlu kəndində anadan olmuşdur. 1971-ci ildə Qubadlı qəsəbəsində orta məktəbin birinci sinfinə daxil olmuşdu. 1979-cu ildə səkkizillik təhsil alandan sonra Şuşa şəhərindəki Musiqi məktəbinə qəbul olmuşdu. 1982-ci ildə musiqi məktəbini müvəffəqiyyətlə başa çatdırandan sonra Qubadlıya qayıtmış və qəsəbə musiqi məktəbində müəllim işləməyə başlamışdı. 1983-cü ildə Əbülfəz sovet ordusu sıralarına çağırılmış və hərbi xidməti qurtardıqdan sonra Vətənə qayıtmış, Qubadlı qəsəbə musiqi məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi.

Əbülfəz Mehdiyev 1987-ci ildə Bakı şəhər Kooperativ Texnikumunun qiyabi şöbəsinə daxil olmuş və 1991-ci ildə texnikumu bitirdikdən sonra rayon İstehlak Cəmiyyəti sistemində işləməyə başlamışdı. Lakin Qarabağ hadisələri, erməni xəyanətkarlığı, daşnakların haqsız iddiaları, onları dəstəkləyənlərin ədalətsizlikləri gənc Əbülfəzin səbrin tükəndirmiş, işdən əl-qolunu soyutmuşdu.

Əbülfəz Mehdiyev, elə həmin (1987-ci) il Azərbaycanın dilbər guşələrindən sayılan Qubadlı torpaqlarının müdafiəsinə qalxmış və bu məqsədlə xalqımızın qeyrətli oğlu Əliyar Əliyevin başçılıq etdiyi ərazi özünümüdafiə taboruna qəbul edilmişdi.

O, az vaxt ərzində istedadlı bir topçu kimi şöhrət qazanmışdı. Əbülfəz 18 nəfərlik bir dəstə ilə Ermənistanla sərhəd olan ƏyinAşağı CibikliYuxarı CibikliÇardaqlı və Tarovlu kəndlərinin müdafiəsində böyük igidliklər göstərmiş, quldur basqınlarının qarşısını almışdı.
Cəsur topçularımız sərrast zərbələri ilə dəfələrlə düşmənin atəş nöqtələrini susdurmuş, bir çox postlarını darmadağın etmiş, hərbi sursat və zirehli maşınlarını qənimət kimi ələ keçirmişdilər. Eşidəndə ki, ermənilərin Davudbek kəndindən onun doğulub boya başa çatdığı Tarovlu kəndinə növbəti hücum olacaq, o öz silahdaşları ilə birlikdə doğma kəndin müdafiəsinə getdi.

1992-ci il iyun ayının 30-da doğma Tarovlu kəndinin müdafiəsi uğrunda gedən döyüş igid topçunun son vuruşu olmuşdu. Həmin gün düşmən böyük qüvvə ilə Tarovlu kəndinə hücum etmişdi. Əlavə qüvvə köməyə gələnə qədər Əbülfəz dostu İrşad Həsənquliyevlə cəsarətlə döyüşə atılmışdı. Arxa-arxaya verən iki dost sayca xeyli üstün olan düşmənə qarşı mərdliklə vuruşmuş, dinc əhalini qəfil basqından xilas etmiş, 8 erməni quldurunu öldürmüşdülər. Bir neçə saat davam edən bu qanlı döyüşdə Əbülfəz sinəsindən ağır yaralanmış və qəhrəmanlıqla həlak olmuşdur.

Ailəli idi. Mənsum adlı bir oğlu yadigar qalıb.

VİKİPEDİYA

Обсуждение закрыто.