Назим Агакиши оглы Исмаилов родился 30 октября 1959 года в городе Баку. После окончания средней школы №80 поступил в Азербайджанский институт нефти и химии. В 2978-80гг проходил срочную службу в городе Коврове Владимирской области. После службы продолжил учебу в вузе, который окончил в 1985 году и был принят на работу в нефтегазодобывающем управлении в качестве инженера. В течение восьми лет работал начальником участка.
28 октября 1993 года Назим Исмаилов присоединился к подразделению добровольцев и отправился на фронт в качестве командира полка. Первые бои состоялись в Агдамском районе. Несколько сел было освобождено благодаря успешным действиям полка под командованием Назима Исмаилова. 28 декабря противник перешел в контрнаступление с целью вернуть себе потерянные высоты. Подразделение Назима попало в окружение. После семичасового боя наши бойцы смогли прорваться через окружение. Вскоре они вновь вступили в бой, чтобы вывести товарищей, все еще не успевших выйти из осады. 31 декабря Назим Исмаилов в ходе тяжелых боев погиб.
Похоронен Н. Исмаилов в Баку на Аллее шахидов.
Был женат. Остались трое детей.
Средняя школа №80 в поселке Бакиханов в настоящее время носит его имя.
(русский текст – газета «Очаг» Самара)
İsmayılov Nazim Ağakişi oğlu — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman döyüşçü.
Nazim İsmayılov 30 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri, Sabunçu rayon 80 nömrəli orta məktəbi bitirmiş, Azərbaycan Dövlət Neft Akademiyasının Neft qaz-mədən fakültəsinə qəbul olunmuşdur. 1978-1980-ci illərdə Vladimirov vilayətinin Kovrov şəhərindəki tank hissəsində hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ali təhsilini davam etdirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirərək Sabunçu rayonundakı «Balaxanıneft»(o zaman «Leninneft») Neft-Qaz Çıxarma İdarəsində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 8 il idarənin 6-cı mədənində sahə rəisi işləmişdir. hazırlamışdı.
28 oktyabr 1993-cü ildə Sabunçu rayonunda yaradılmış könüllü dəstəyə qoşularaq alay komandiri kimi cəbhəyə yola düşdü. İlk döyüşünə doğma Ağdam rayonundan başladı. 27 dekabr 1993-cü ildə onun rəhbərliyi ilə bir neçə uğurlu əməliyyat aparıldı. Ağdamın Sofulu, Məhəmmədəli, Boyəhmədli kəndləri və bir neçə strateji yüksəklik heç bir itki vermədən erməni təcavüzkarlarından təmizləndi. Qərargah Boyəhmədli kəndinə köçürüldü. Ermənilər yüksəklikləri geri qaytarmaq üçün dekabrın 28-də əks-hücuma keçdilər. Nazimin komandirlik etdiyi alay son ana qədər müdafiə olunandan sonra düşməndən təmizlənmiş kəndə çəkildi. Onlar axşam saat 4-də mühasirəyə düşdülər. 7 saatlıq döyüşdən sonra mühasirəni yara bildilər. Mühasirədə qalanları xilas etmək üçün növbəti dəfə hücuma keçdilər. Nazimin iş yoldaşı, döyüş dostu və qərargah rəisi Adil Mürsəlov o anları illər sonra belə xatırlayacaqdı: «Beş gün idi ki, şiddətli döyüşlər gedirdi. Nazim xəstələnmişdi, qızdırma içində yanırdı. Qərargaha qayıtması üçün nə qədər dilə tutsam da, sözümə qulaq asmadı. O, heç vaxt kimsəni darda qoymazdı. Son nəfəsinə qədər Azərbaycan uğrunda vuruşdu. Dekabrın 31-də, günorta saat 3-ün yarısında Nazimi vurdular…» Beləliklə, Güllücə kəndi uğrunda bu döyüş onun son döyüşü oldu. O, Bakı şəhəri Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Ailəli idi, Sevinc, Səbinə və Zeynəb adında üç qızı var
Vaxtilə təhsil aldığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli orta məktəb və Bakı şəhəri Bakıxanov qəsəbəsinin mərkəzi prospektlərindən biri indi Nazim İsmayılovun adını daşıyır. Yaşadığı binada Şərəf lövhəsi vurulmuşdur.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.