НАЦИОНАЛЬНЫЕ ГЕРОИ АЗЕРБАЙДЖАНА: МАЙОР САМИД ИМАНОВ

Стандартный

SAMİT İMANOV

Самид Гюльага оглы Иманов родился 14 октября 1981 года в поселке Советабад (Ныне Гасанабад) Нефтечалинского района Азербайджанской ССР.  В 1998 году окончил Нефтечалинскую городскую школу №1. В том же году поступил высшее военное училище имени Г. Алиева, которое успешно завершил в 2003 году. В дальнейшем проходил обучение в Турецкой Республике. Начиная с 2004 года занимал разные командирские посты в подразделениях сил особого назначения.
В 2007 году становился участником военных учений и слушателем курсов в Швейцарии, Румынии и Пакистане.
В течение некоторого времени Самид Иманов являлся начальником охраны министра обороны. Вернулся на боевую позицию добровольно, заняв пост начальника штаба войсковой части особого назначения.
Майор Самид Иманов погиб в ночь с 3 на 4 апреля 2016 года от осколочного ранения в ходе так называемых «апрельских боев».Тело майора удолось забрать с нейтральной территории только 8 апреля. 9 апреля 2016 года майор Самид Иманов был похоронен на Аллее шахиде города Нефтечалы.
Был женат. Остались двое детей.
Указом президента Азербайджанской Республики от 19 апреля 2016 года майору Самиду Гюльага огды Иманову посмертно присвоено звание Национального Героя Азербайджанаа.
(русский текст — газета «Очаг» Самара)
Samid İmanov (tam adı: Samid Gülağa oğlu İmanov; d. 14 oktyabr 1981; Həsənabad qəsəbəsi, Neftçala rayonu, Azərbaycan — ö. 4 aprel 2016; Talış kəndi, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülüb
Samid Gülağa oğlu İmanov 1981-ci ilin 14 oktyabr günündə Neftçala rayonunun şimalında, Kür çayının sahilində yerləşən Həsənabad qəsəbəsində (dövrün Sovetabad qəsəbəsi) Gülağa və Xuraman İmanovların ailəsində anadan olub. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi.

Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getdi, 1998-ci ildə isə həmin məktəbi bitirdi. Elə həmin ildəcə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirdi və Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görüldü.

Samid İmanov 2013-cü ilin 16 iyun günündə dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Bu nigahdan onların bir qızı və bir oğlu var idi; Fidan (2014) və Turan (2016).

Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında «Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası», «Komando təlimi və paraşütdən sərbəst atlamaq» kurslarına qatıldı. 2007-ci ildə «Anadolu-2007» və «Anadolu Qartalı-2007» birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həmdə Pakistanda «Ləpirçi və antiterrorist», İsveçrədə «Dağ təlimi», Rumıniyada isə «Dağa dırmanma üzrə təlimatçı» kurslarında iştirak etdi.

2014-cü ilin avqust ayının əvvəllərində Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Samid İmanovun rəhbərliyi altında onun dəstəsi qarşı tərəfə keçdi və əməliyyat keçirdi. Döyüş nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 20 hərbi qulluqçusu məhv edildi.

Samid İmanov həmdə bir müddət Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun mühafizə xidmətinin rəisi olub. Daha sonra isə mayor İmanov öz istəyi ilə yenidən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəni qayıtdı, hissənin qərargah rəisi və Xüsusi Təyinatlı Qoşunun komandasının köməkçi vəzifəsini icra etdi.

Mayor Samid İmanov 2016-cı ilin aprel ayının əvvəlində sonuncu döyüşə qatıldı. Azərbaycan-Ermənistan təmas xəttində 24 il fasilədən sonra başlayan amansız döyüşlərdə Samid İmanov Tərtər rayonunun Talış kəndi istiqamətində düşmən ilə atışdı.

Aprelin 3-dən 4-nə ötən gecə döyüş zamanı mayor İmanov neytral ərazidə ayağından və çiynindən qəlpə yarası aldı. Əsgərlər onu döyüş meydanından aparmağ istəsədə, Samid İmanov buna qəti sürətdə etiraz etdi və onun əvəzinə yaralı gizirin çıxarılmasını əmr etdi. Əsgərlərin etirazına baxmayaraq isə mayor İmanov əmrin icra edilməsi üçün qəti göstəriş verdi. Yaralı giziri döyüş meydanından çıxaran əsgərlər həmin ərazinin artıq təhlükəli olmasına baxmayaraq Samid İmanovu aparmağ üçün yenidən döyüş meydanına qayıtdı, amma mayor İmanov artıq orada deyildi. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra erməni tərəfə əsir düşməmək üçün oradan uzaqlaşdı. Bütün mərmiləri qurtaran mayor İmanov düşmənə erməni tərəfinə sağ düşməmək üçün əlində qumbara saxlamışdı. Səhərə gədər əsgərlər ona tapmadığı üçün isə mayor Samid İmanov qan axma nəticəsində qəhrəmancasına şəhid oldu. Aprelin 8-i Samid İmanovun nəşi neytral ərazidən götürüldü və doğma Neftçala rayonuna aparıldı.

Aprelin 9-u isə mayor Samid İmanov anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında izdihamla son mənzilə yola salındı.
2016-cı ilin 19 aprelində Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandası İlham Əliyevin 1966 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor Samid Gülağa oğlu İmanova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görüldü.

 

Обсуждение закрыто.