Сенан Тахир оглы Ахундов родился 29 сентября 1979 года в городе Физули. В 1993 году в результате оккупации Физули семья Ахундовых стала беженцами. Сенан в 1997 году окончил школу №144 в Бинагадинском районе. Продолжил учебу в Высшем военном училище имени Г. Алиева. Совершенствовал свои знания Сенан в военной академии в Германии. В 2009 году он окончил юридический факультет Бакинского государственного университета и приступил к работе в Министерстве обороны.
Подполковник Ахундов погиб в ходе так называемых «апрельских боев» в результате подрыва мины. Офицера похоронили 19 апреля 2016 года в городе Бейлагане.
Сенан Ахундов был женат. У него остались двое детей.
(русский текст – газета «Очаг»)
Sənan Tahir oğlu Axundov (d. 29 sentyabr 1979; Füzuli, Azərbaycan — ö. 18 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (polkovnik-leytenantı). 2016-cı ildə Aprel döyüşlərindən sonra şəhid olub.
Ailənin yeganə oğul övladı olan Sənan Axundov 1979-cu ilin 29 sentyabr günündə Füzuli şəhərində anadan olub. 1993-cü ildə erməni quldurlarının Füzuli rayonunun bir hissəsini işğal etməsi ilə Axundovlar ailəsi qaçqın həyatı sürməyə başladı. Sənan Axundov 1997-ci ildə Binəqədi rayonunda yerləşən N. Babayev adına 144 saylı tam orta məktəbi bitirdi. 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi, 2005-ci ildə Almaniya Hərbi Akademiyasını və 2009-cu ildə isə Bakı Dövlət Universitetinin «hüquq» fakültəsini bitirən Sənan Axundov daha sonra Müdafiə Nazirliyində fəaliyyətə başladı.
Sənan Axundov Nəcibə xanım ilə ailəli idi; Tahir adında oğul və Nəzrinə adında isə qız övladı yadigar qalıb. Sənan Axundov həmdə müğənni Günay İbrahimli ilə qohum idi.
Polkovnik-leytenant Sənan Axundov 2016-cı ilin aprel ayında Azərbaycan—Ermənistan təmas xəttində baş verən atışmadan sonra doğulduğu Füzuli şəhərinin ətrafında yerləşən və döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən işğaldan azad olunan Lələ təpə strateji nöqtəsində olan zaman minaya düşdü və şəhid oldu.
Aprelin 19-u isə Sənan Axundov Beyləqan şəhərində yerləşən «İbadətgahımız-Həzrəti Cərciz Peyğəmbər» məzarlığında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və polkovnik-leytenant Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Для отправки комментария необходимо войти на сайт.