«MEYDAN GÜNDƏLİYİ»: 20-21 SENTYABR 1988

Стандартный

adalet_tahirzade

20 sentyabr 1988.

əlyazmalar İnstitutunda iclas.

 Bu məlumatlar verildi. 18-ində Yerevan və Stepanakertdə mitinqlər olub. Stepanakertdə 30-40 minlik. Daşnakpartiyasının və Estoniyanın da bayrağını asıblar. Xocalı qədim mədəniyyətli Azərbaycan kəndidir. İçindən 5 yük maşını keçib. İçində qatlama çarpayılar olub. Altını yoxlamaq istəyiblər. Maşında Ermənistanla bağlı şüarlar olub. “Jiquli”də olan bir erməni maşına minib qaçıb mitinqə. Oradan hücum ediblər Xocalıya. əsgərlər qarşısını almağa çalışıblar. Yenə 300 nəfər özünü bura çatdıra bilib. Yaralanan 25 nəfərdən 21-i erməni, 4-ü bizdəndir. Estoniya, Latviya və Moldaviyadan gələn nümayəndələr çıxış ediblər. Bayrağı dəyişməyi tələb edirlər. SSRİ-dən ayrılmaq istəyirlər. Dünən axşam saat 8-də Vəzirov Dzerjinski klubunda görüşü keçirib. Poğosyan deyib ki, hər yerdə, hər işdə azərbaycanlılardan ayrılmalıyıq. O, insanlıq simasını da itirib.Sessiya qərar çıxarıb ki, 1 nəfər gəlmə (Ermənistandan) azərbaycan-lını Dağlıq Qarabağa yazmaq olmaz. Bunun üstündə Şuşanın katibi Niyaz Hacıyevin davası düşüb. Onu da bununüstündə işdən çıxarıblar.Oktyabrın 1-inədək dərsləri saxlayıblar.Yerevanda rusca oxuyanları döyüblər. Rusları qanundankənar e lan edirlər.Manuçarov qəbir daşı düzəldən sexin müdiridir. Moskvadan gəlib yoxlayıblar. Milyonlarlayeyinti aşkar ediblər. Camaat onu tutmağa qoymur. Erməni ölülərini qəbiristanlığa qoymayıblarki, Manuçarova söz deyiblər.Stepanakertdə beş ev (4-ü azərbaycanlı, 1-i erməni) yanıb, Xocalıda da evlər yanıb. Vəzirov Qorbaçov, Yakovlev və Liqaçovla söhbət edib. Deyiblər ki, sərt qərarlar qəbuledəcəklər. Yerevanda 4 dəfə, Stepanakertdə 2 dəfə əsgəri qüvvəni artırıblar.Yenidən partbiletləri, komsomol biletlərini yandırırlar.Gündə 8-10 dəfə uçan Yerevan-Stepanakert təyyarə marşrutu var. İndi 4-ə endiriblər.Aeroport deyir ki, planım kəsirdə qalıb. Bakının ən ucqar guşəsinə 10 dəqiqə — yarım saatdan sonra əsgəri qüvvə gələ bilər. Mitinq olsa silah işlədiləcək (Vəli Məmmədov deyib). Srağagün dahi şairimiz Məhəmmədhüseyn Şəhriyar rəhmətə gedib.

 21 sentyabr 1988. Dünən Vazgenə Qırmızı əmək Bayrağı ordeni verdilər. “Vremya” gös-tərdi. “İzvestiya” da məlumat verib.

 

Реклама

Обсуждение закрыто.