MEYDAN GÜNDƏLİYİ: 8 SENTYABR 1991

Стандартный

adalet_tahirzade.jpg

8 sentyabr 1991.Azadlıq meydanı (prezident seçkisi günü).AXC-nin mitinqi. İsa Qəmbərovun atası Yunis bəy dünən vəfat etdiyinə görə bu mitinqi Abbas Abdulla aparır. Məngecikmişəm. Təxminən 5-in yarısında başlayıb.17.10. Vaqif Səmədoğlu danışır.

Deyir ki, Mütəllibov Qorbaçova da, Yeltsinə də əl verir, ona görədə onu seçirlər. Nazarbayevə və Akayevə isə vitse-prezidentlik təklif etdilər ki, müsəlmanrespublikalarında qeyrət-li rəhbərlər qalmasın. Mütəllibovun bəyanatını30 çomaq kimi həmişə onunbaşına vuracaq, sərvətimizi əlimizdən almağa çalışacaqlar.17.15. Tamerlan Qarayev: Dünən hərbi məktəbin yanında əsgərlər 3 qar-daşımızı öldürüblər. 20 Yanvar davam edir. Moskvaya da mə’lumat verəcəyəm.Seçkilərin nəticəsi bəlli idi. Mütəllibov prezident idi, olaraq da qaldı. (Tamerlan yazdığını oxuyur.Çox çəkir. Darıxdırıcı gəlir adama. Tribunanın qarşısında azərbaycanlı əsgərlər boş qalmış yerdədayanıb-lar. Qollarında bayrağımızın rənglərində lentlər — növbətçidirlər).17.36. Estoniya AS nümayəndəsi Reyn Tamme. (O danışarkən Estoniya və Azərbaycanınbayraqlarını qarşıdakı aparatın üstünə qoşa qoyur. Tamme rusca danışır. Sovet imperiyasını söyür).Za vaşu i naşu svobodu!31O, üç dəfə “azadlıq” deyir (əslində “azalıq”), aşağıdan onu dəstəklə-yirlər.17.40. İskəndər Həmidov: Dünənədək bizdə yalançı prezident var idi. (Gülüşmə). Bugündən isəbizdə fırıldaqçı prezident var. (Gülüşmə). Müba-rizəmiz bundan sonra başlanır. Cəbhənin qərargahıüçün bir həftəyə yer verilməlidir — yaşayış olmayan yerdə. Verməsələr inciməsinlər, binanı tu-tacağıq. Onlar bizi birliyə çağırırlar, onların milləti varmı ki, onlarla birləşək? Bir həftə vaxt veririk ki,prezidentlikdən əl çəksin.17.47. Firidun Səməndərov: Respublikada rəsmi yarım milyon, qeyri-rəsmi bir milyon işsiz var.(17.51. Dedilər ki, Əbülfəz Elçibəy gəlir. Meydan: “A-zad-lıq!”. Canlanma. A.Abdulla: Azərbaycan Xalq Cəbhəsinin başqanına eşq olsun!Meydan Əbülfəz bəyi sonsuz sevgi ilə qarşılayır. Bəy qabağa çıxır, xalq onu alqışlayır. Onutribunada əyləşdirirlər. Camaat əhatə edib. Xa-rici reportyorlar və fotomüxbirlər onu çəkirlər.Məşədi Əbdül onu qu-caqlayıb görüşür).Firidun Səməndərov çıxışını davam etdirir: Respublika nüvəsiz ərazi olmalıdır…17.57. A.Abdulla: Əbülfəz bəy rahatlansın, özü söz demək istəyəndə söz verəcəyik.17.58. Moskvanın deputatı Andrey Babuşkin. Şe’rlə başlayır.Onlarca azərbaycanlı gənc gördüm bizim barrikadada.32 Bu bizim sizin-lə birgə qələbəmizdir.İndi mən seçkiyə müşahidəçi kimi gəlmişəm. 21 seçki məntəqəsində olmuşam. Elə adam vardı ki,20 bülleten atırdı. Qutu-lar möhürlənəndə məntəqə üzvlərinin çoxunun iştirakı olmayıb.Liderlərinizi: Əbülfəzi, Tamerlanı qoruyun.18.04. A.Abdulla: Arxada qoyulmuş yüzlərcə jurnallarda seçkiyə e’ti-raz olaraq imza atın.18.05. Leyla Yunusova. Azərbaycanca başlayıb ruscaya keçir.(Tribunada milli bayraqlar endirilib qara bayraqlar da asılıb). Rəhbərlik öz istəyinə uyğun AS, NSyaradıb. İndi isə zövqünə uyğun müxalifət yaratmaq istəyir.

 

(Meydanda 200 minə yaxın adam var).18.10. Firidun Cəlilov (professor): Mən həm Qarabağa Xalq Yardımı Komitəsi rəyasət hey’ətinin,həm də Qaçqınlar Cəmiyyəti rəyasət hey’ətinin üzvüyəm. Hər ikisindən iste’fa verirəm. QaçqınlarCəmiyyətinin sədri dü-nən televiziyada qaçqınları biabır etdi. Azərbaycanda 1918-dən bu yana 1milyona yaxın qaçqın var.Vəzirov o vaxt, Mütəllibov isə dünən xalqla birləşmək şansını əldən buraxdı.18.24. A.Abdulla: Dünən satqın televiziyada 4 naxçıvanlı hüquqşünas danışdı. Onlar naxçıvanlıdeyil. O satqınlar e’lan elədilər ki, guya Nax-çıvan Azərbaycandan ayrılıb.18.26. Fəraməz Allahverdiyev (“a-zad-lıq!”) Naxçıvanın baş naziri Becan İbrahim oğluFərzəliyevin məktubu ilə sözə başlayır. O yazır:“Mən bu qələbəni AXC-nin qələbəsi sayıram”.(Sonra 4 hüquqşünasın televiziyadakı çıxışı ilə bağlı e’tiraz məktubunu — Heydər Əliyevin imzasıilə — oxuyur).Naxçıvanı Azərbaycandan ayırmaq istəyənlər Azərbaycanda demokratik hərəkatı boğmaqistəyirlər.(Daha sonra prezident seçkilərinin Naxçıvanda dayandırılması haqqında qərarı — Heydər Əliyevinimzası ilə — oxuyur).Naxçıvan AS-nin sədrinin müavini, baş nazir cəbhəçidir, 6 rayondan 3-ündə hakimiyyətcəbhəçilərin əlindədir.(H.Əliyevin bu sözlərini dedi ki, mən keçmiş işlərimə görə günahı-mı boynuma alır və söz verirəmki, müstəqil, vahid Azərbaycan uğrunda ça-lışacağam).Heç kəs Naxçıvanı Azərbaycandan ayıra bilməz.Azərbaycanın Atatürkü Əbülfəz bəyin ətrafında birləşək!18.50. A.Abdulla: Qeysər Xəlilov qaçmaq istəyir. Politexnik İnstitut-da onu professor etməkistəyirlər. Qeysər Xəlilov bu bildiriş33 dolu torbaları (5 torba var) televiziyada göstərsin. Bu torbanınneçəsi də Cəbhə qərargahındadır.18.53. Məşədi Əbdül: Fəraməz dedi ki, televiziyada danışanlar qa-dınlarımızdan utansınlar.Utandılar, ayın 3-ündə qadınları yığdılar Pa-rapet bağına. (Gülüşmə).İsa bəyin atasının məclisini aparıb oradan gəlmişəm. (Sonra Yunis bəyin və şəhidlərimizin ruhuna“Fatihə” oxuyur).18.58. A.Abdulla: Neçə il bundan qabaq ölənlərə çağırış gəlib. Bu ya-xınlarda ölmüş TofiqBayramı da seçkiyə çağırıblar.19.00. Xalid Əlimirzəyev (professor): Əziz mitinq iştirakçıları. Mənim kimi adamlar bura mərhələ-mərhələ gəlirlər. Mən yalanlarla üz-ləşmişəm.Xalqı bu günə gətirənlər başçılardır.Xalqı seçkilərdə aldatdılar.Əbülfəz bəyi təhqir etmək milləti təhqir etmək deməkdir.Mütəllibov Kompartiyanı buraxmalıdır, parlamenti buraxmalıdır. Bu gün verilənlərin hamısı kağızüzərindədir. Ziyalıları mübarizəyə çağırıram. Tələbələrimi mübarizəyə çağırıram, onlar Cəbhəyəqoşulsunlar. (Xalid müəllimin alovlu çıxışı mitinqçilərə çox yaxşı tə’sir bağışla-yır).19.10. A.Abdulla: Ad çəkmirəm, bə’zi cəbhəçilərin harada olduğunu so-ruşurlar. Kim Cəbhədəngedibsə onu minnətlə çağırmayacağıq.19.14. Əbülfəz bəyə söz verilir.Əbülfəz Elçibəy:-Yolumuz müstəqil, vahid Azərbaycan yoludur!(Bəy çox çətinliklə nəfəs alaraq danışır).34Yolumuz Demokratik Cümhuriyyətimizin bərpasıdır. Kommunistlər onu məhv etdiyinə görə indikommunist hökumətini tanımırıq.Bizim yolumuz ayrı-ayrı adamlara qarşı deyil. Bizim yolumuz demokra-tiya yoludur.Biz yenidən xalqı üz-üzə qoymaq istəmirik. Polyaniçko burada ikən Azərbaycanda vətəndaşmüharibəsi toxumları səpib. Bakı ağsaqqallarına minnətdaram ki, imperiyanın iki il çalışdığı bakılı -kəndli qırğınına yol vermədilər.Məşədi Əbdül kimi özünü maşının qabağına atıb övladımızı qurta-ran böyüklərimiz varsa heçnədən qorxumuz yoxdur.Koalisyon-zad deyirlər; bizim mübarizəmiz məslək mübarizəsidir, xe-yir davası yox.Kommunistlərin məsləki yoxdur, onlar dünən Leninin boynuna burada zəncir saldılar. Kommunistpartiyası faşist partiyası kimi bey-nəlxalq məhkəməyə verilməlidir. Parlament buraxılmalıdır.Cənubi Azərbaycanda demokratik inqilab gözlənilir. Sabah Təbrizdə baş verəcək hadisələrəmünasibət bildirilməliyik.Yaxın 1 ayda təşkilatlanmalıyıq. (Fazil Nəcibin “Sakarya çayı” şe’ri-ni söyləyir: … Ayağa qalx,Sakarya!).19.27. A.Abdulla: Bugünkü məclisimizdə 27 ölkənin müxbirləri işti-rak edir.

 

19.29. Tofiq Qasımov: İndiki tarixi şəraitdən istifadə edib Azər-baycanı azad etməliyik. Bunu edəbilməsək bizim qeyrətimiz yoxdur. Kommu-nistlər hakimiyyətdən getməlidirlər, yoxsa biz azad olabilmərik.Biz qanunsuz seçilən prezidenti tanımırıq! (Televiziyanın verdiyi mə’lumatlara əsasən aydın idiki, artıq Mütəllibovun prezident olmasının qarşısını almaq heç cür mümkün deyil -Ə.T.). Bütünhakimiyyətin iste’fa-sını tələb edirik! (“İs-te’-fa!”). Azərbaycan parlamenti yenidən seçilmə-lidir.Demokratik dövlətlərə müraciət edirik: Azərbaycanın istiqlalını tanısınlar, ancaq prezidenti vəhakimiyyət strukturlarını yox!Bizim mətbuat və televiziyada çıxış imkanımız olmadığına görə hər həftə bura yığışmalıyıq. Hərmüəssisədə tə’til komitələri yaratmalıyıq ki, sabahkı qəti hücumumuzda lazım olanda istifadə edik.Azərbaycan xalqı azadlığa çatanadək yatmamalıdır. Yatmaq qurtardı! Bizim növbəti təbliğat, tələbmitinqi gələn V gün saat 6-da olacaq.Moskvada ölən 3 şəhiddən biri bakılıdır (Kriçevski). Şəhidləri-mizə Azərbaycanın Milli Qəhrəmanıadı verməliyik.19.44. A.Abdulla: Tə’til dayanıb. Dəmiryolçulara təşəkkür edirik!19.45. İsgəndər Həmidov: Tə’til alınıb. İsa bəylə mənə 4,5 milyon cərimə kəsilib. Tə’tildayandırılıb, ancaq istənilən vaxt başlayacağıq.19.46. Tofiq Qasımov: Qurultayda qəbul olunan insan hüquqları bəyan-naməsinə əsasən tə’tiləgörə hökumətdən icazə almaq lazım deyil.19.47. Mitinq qurtarır.

 

Обсуждение закрыто.