ROHİNCALAR KİMDİR?

Стандартный

Displaced_Rohingya_people_in_Rakhine_State_(8280610831).jpg

Rohincalar (birm. ရိုဟင်ဂျာ) — Myanmanın Arakan ştatında yaşayan müsəlman xalq. 2012-ci ilin məlumatlarına görə Myanmada 800 000 rohinca yaşayır. BMT-nin məlumatına görə, dünyada ən çox zülmə və əziyyətə məruz qalan etnik azlıqlardan biridir. Rihinca dili hind-Avropa ail ailəsinə məxsusdur.

Rohincalar özlərini müasir Myanma ştatı Rakhaynın köklü əhalisi sayırlar, hərçənd tarixçilərin çoxu güman edir ki, rohinjalar Myanmaya Britaniya ağalığ dövründə, qismən də 1971-ci ildə Banqladeşdə istiqlaliyyət uğrunda müharibə zamanı köçmüşlər. Myanma hökuməti onlara vətəndaşlıq verməkdən imtina edir və onları Banqladeşdən gəlmiş qeyri-leqal mühacir adlandırır. Myanmanın başqa etnik qruplarından fərqli olaraq, enik və linqvistik cəhətdən Hindistan və Banqladeş xalqlarına yaxındırlar. Dini etiqadlarına görə rohincalar müsəlmandırlar.2012-ci ilin təxmini məlumatına görə rohancaların sayı 800 000 nəfərdir. BMT-nin məlumatına görə, rohincalar dünyada təqiblərə ən çox məruz qalan etnik azlıqlardan biridir. Xeyli rohinca qonşu Banqladeşdə Myanma ilə sərhəd boyundakı qaçqın düşərgələrində yaşayır.

Müsəlmanlar Arakanda məskunlaşmağa XVI əsrdə məskunlaşmağa başlamışlar, hərçənd Britanya ağalığına qədər Birmada olan müsəlmanların sayını dəqiq müəyyən etmək çətindir. 1826-cı ildəki birinci ingilis-Birma müharibədi nəticəsində ingilislər rakanı anneksiya etmiş və benqalların Arakana işçi qüvvəsi kimi köçməsinə təkan vermişlər. 1969-cu ildə Arakanda müsəlmanların sayı 5% çatır, hərçənd bundan əəvvəlki hesablamalar daha böyük rəqəmlər göstərir. Britaniyanın 1872-ci və 1911-ci ildə keçiurdiyi siyahıyaalmalar Akyamb dairəsində müsəlmanların sayının 58 255-dən 178 647-yə çatdığını müəyyən etmişdir.

1942-ci ildə rohincalarla buddist arakanlılar arasında rakhayn qırğını baş vermiş və bundan sonra bölgədə etnik qütbləşmə kəskinləşmişdir. Müsəlmanlar tərəfindən öldürülən buddistlərin sayı 50 min təxmin edilir, on minlərlə buddist qaçmağa məcbur olmuşdur. Müttəfiqlərdən  yaponlarla mübarizə üçün silah alan rohincalar onu arakanlılara qarşı çevirdilər. Britaniyalıların hesabatına görə, “sonradan bizim tutduğumuz ərazi əsil müsəlman ölkəsi idi”. Arakan beləliklə iki yerə bölündü.

Birma istiqlaliyyət əldə edəndən sonrakı ilk illərdə Rakhayn ştatının müsəlman əhalisi aradında separatist ovqatı oyandı. Birmada hakimiyyət başına gələn hərbi rejim ştatın əhalisini ölkə vətəndaşları kimi tanımadı. Bu əhalinin Banqladeşə köçürülməsi kampaniyası başlandı, ancaq ordada rohincaları orda da qəbul etmirdilər.

 

Vikipediya

(ruscadan tərcümə — “Ocaq” qəzeti)

Реклама

Обсуждение закрыто.