MEYDAN GÜNDƏLİYİ: 18, 25 AVQUST 1990

Стандартный
MEYDAN GÜNDƏLİYİ: 18, 25 AVQUST 1990

18 avqust 1990.

Bu gün “Azadlığ”ın “Redaksiya heyəti” tərəfindən buraxılan yeni nömrəsi çıxdı. Cəbhə qərargahında AXC-nin Məclisi vardı. Nəcəf bəy mənə də xəbər etmişdi. Burada qəzetinməsələsi də həll edilməli idi.Tamerlan Qarayev qəzaya düşdüyünə görə Tağı Xalisbəyli sədrlik edirdi. Seçkilərlə və Əbülfəz bəyin AXC sədri kimi səlahiyyət müddətinin uzadılması ilə bağlı məsələlərin müzakirəsindən sonra növbə “Azadlığ”a çatdı. İsa Qəmbərov və Hikmət Hacızadə Nəcəf bəyi redaktor kimi həddən artıq sərbəstlikdə, heç bir rəyi nəzərə almamaqda günahlandırıb Ağamalı Sadiqin redaktor seçilməsinə təkid etdilər.

Onları dəstəkləyənlər də oldu. Ancaq Firidun Cəlilovun çıxışı, demək olar ki, məsələni həll etdi. O göstərdi ki, bizim içərimizdəkiNəcəf bəy kimi təmiz və vicdanlı, təvazökar adamların qədrini bilməliyik. Onu bura zorla məngətirmişəm. Əgər Nəcəf indi buradan getsə bir də heç vaxt qayıtmayacaq; gəlin onu itirməyək.Məhz bundan sonra Firidun bəyin də tərəfdarları tapıldı və Nəcəf bəyin redaktor qalması qətiqərara alındı, ancaq onun qarşısında şərt qoyuldu — redaktor redaksiya heyətinin fikrini nəzərəalmalıdır. 

25 avqust 1990. “Azadlığ”ın 20 Yanvardan sonra Nəcəf bəyin komandası ilə ilk nömrə-si çıxdı.Nəcəf bəy qəzetin dəyişdirilmiş başlığına da, “Redaksiya heyəti” imzasına da, Ağamalı Sadiqinredaksiyaya gətirdiyi müxbirlərə də toxun-madı, əksinə, Azər Əbilbəyli, Azər Əhmədov, Əhməd Abdal, Elçin Quluyev, Kamal Əliyev və başqalarına qalıb əməkdaşlıq təklif etdi. Oxucu, beləliklə,qəzetdə heç bir zahiri dəyişiklik hiss edə bilməz.Əlimizdə hazır materiallar az olduğuna görə rəsmi sənədlərə və iri yazılara geniş yer verdik.

Реклама

Обсуждение закрыто.