«MEYDAN GÜNDƏLİYİ»: 20-23 AVQUST 1991

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 20-23 AVQUST 1991

20 avqust 1991. “Həyat” qəzetinin bugünkü nömrəsində SSRİ vitse-prezidenti G.İ.Yanayevin 18avqust tarixli fərmanı (“Səhhətinə görə Mixail Sergeyeviç Qorbaçov SSRİ prezidenti vəzifəsini icraedə bilmədiyinə görə… 1991-ci il avqustun 19-dan SSRİ prezidenti vəzifəsinin icrasına başladım”);“Sovet rəhbərliyinin bəyanatı” (G.Yanayev, V.Pavlov, O.Baklanov; 18 avqust) (19 avqust 1991-dəMoskva vaxtı ilə saat 4-dən SSRİ-nin ayrı-ayrı yerlərində 6 ay müddətinə fövqəl’adə vəziyyət e’lanedilsin; SSRİ Dövlət Fövqəl’adə Vəziyyət Komitəsi yaradılsın və b.); “SSRİ-də Dövlət Fövqəl’adəVəziyyət Komitəsi-nin 1 nömrəli qərarı” (16 maddədən ibarət); “SSRİ prezidenti vəzifəsini ic-raedən” G.Yanayevin “Dövlət və hökumət başçılarına və BMT baş katibinə mü-raciət”i (18 avqust)dərc edilib.A.Mütəllibov İranda idi. Dünən Bakıya qayıdıb.

 21 avqust 1991. Bu gün “QKÇP”-ni yıxdılar! A.İ. Lukyanov Qorbaçovla görüşmək üçün Qrıma gedib. N.Nazarbayev M.Qorbaçovla telefonla danışıb, SSRİ AS RH-nin iclası Qorbaçovun vəzifədən uzaqlaşdırılmasını qanunsuz sayaraq DFVK-nin bütün sənədlərini e’tibarsız sayıb. 

22 avqust 1991. Qorbaçov yerinə qayıtdı. Bu gün televiziya ilə çı-xış etdi. “Raboçaya tribuna”qəzeti 21 avqustda yazıb ki, Mütəllibov İranda olduğu vaxt Qorbaçovun hakimiyyətdən kənaredilməsindən razı qaldığını bildirmiş və “QKÇP”-ni bəyənmişdir.

 23 avqust 1991. Bu gün milislər, “Tövbə” və “Qardaşlıq” cəmiyyətlə-rinin adamları Sovet küçəsindəki AXC qərargahını vəhşicəsinə dağıdıb-tökdülər, mitinqçiləri, Bəyi, Nəcəfi, Pənahı, Sabirivə başqalarını dö-yərək yaraladılar. (Cəbhə qərargahının arxasındakı Tusi adına məktəbin tinində Hacı Əbdül maşından mitinqçilərin döyülməsinə baxır və gülürdü). Cəbhəyə bu hücumla Mütəllibo vnə qazanmaq istəyir? Ağlı üstündə adam indiki vaxtda belə iş görərmi? Axı bu hərəkətlə o, indiyədək demokrat kimi görünmək üçün yalandan da varsa gördüyü bütün işlərin (28 May günü,bay-raq və b.) üstündən xətt çəkdi. SSRİ-nin qaynar qazana döndüyü, Moskvada de-mokratlarınartıq yenidən qələbə çaldığı bir zamanda onun bu hərəkətinin məntiqini başa düşmək çox çətindir mənə.

 

Реклама

Обсуждение закрыто.