«MEYDAN GÜNDƏLİYİ»: 1-10 AVQUST 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 1-10 AVQUST 1990

1 avqust 1990. SƏNƏDBakı şəhəri komendantının əmri N:4  31 iyul 1990-cı il Respublika zəhmətkeşlərinin və ziyalılarının arzusunu və Bakı şəhərində vəziyyətin sabitləşməyədoğru meyl etdiyini nəzərə alaraq Azərbaycan Xalq Cəbhəsi-nin “Azadlıq” qəzeti yenidən buraxılsın.

Bakı şəhərinin komendantı, polkovnik V.Z. BÜNYADOV. 

4 avqust 1990. “Azadlığ”ın bu gün yeni nömrəsi çıxıb. (Yalnız “Re-daksiya heyəti” imzasıqoyulub). Başlıca olaraq seçki məsələlərinə, Qarabağ mövzusuna və siyasi dustaqlara həsr edilib.Bu gün Babək Hüseynoğlunun redaktorluğu ilə “Aydınlıq” qəzetinin ilk nömrəsi də çapdan çıxdı. Tirajı 50 mindir. “Qayğı” cəmiyyətinin qəzetidir. 

10 avqust 1990. Qutqaşen (Qəbələ) rayonundan mən də Azərbaycan Ali Sovetinə deputatlığa öz namizədliyimi vermək istəyirdim. Cəbhəçi olduğuma görə namizədliyimi heç cür qeydə almadılar(bilirdilər ki, alınsam camaat hökmən məni seçəcək). Halbuki Sabir adına kolxozu birləş-dirənXırxatala, Cığatelli və Həmzəlli kəndlərində mənim tərəfdarla-rım xeyli imza toplamışdılar. Xırxatalada kənd ziyalıları və cəbhəçilə-rindən Niyazi Zöhrablı, Müsaqif Hüseynov, Müsavər Hacıyev,Abbasəli Səbzəliyev, Lətif Alcanov, Əsgər Qasımov, İmdad Zeynalov, Maarif Səmədov, ÇimnazMuradxanova, Cığatellidə Firidun Nəbiyev, Həmzəllidə İntiqam Dadaşov və başqaları bu işdə xüsusifəallıq göstərmişdilər. Qeydəalınmada yol verilmiş ciddi qanunsuzluqlarla bağlı Mərkəzi SeçkiKomissiyasının sədri Əli Kərimova yazdığım şikayəti bugünkü “Azərbay-can” qəzetində SabirRüstəmxanlı dərc edib.

11 avqust 1990. “Azadlığ”ın növbəti nömrəsi də çıxdı.Dünən Tbilisidən Ağdama gələn 43-80 AQF nömrəli avtobus Xanlar rayonunun Nadil kəndiyaxınlığında partlayıb, nəticədə 17 nəfər ölüb, 15 nəfər yaralanıb. 14 avqust 1990. Bugünkü “Kommunist”də “Şit” ictimai təşkila-tının hərbi ekspertləriA.Yevstiqneyev, Q.Melkov və B.Murasovun “Moskov-skiye novosti” qəzetində dərc edilmiş(12.08.1990) “Bakıda Yanvar faciəsi” adlı çox dəyərli rəyinin tərcüməsi verilib.

 

Реклама

Обсуждение закрыто.