«MEYDAN GÜNDƏLİYİ»: 13-18 İYUL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 13-18 İYUL 1990

13 iyul 1990. Bu gün Ağamalı Sadiq və Səfər Alışarlının im-zaladıqları ikinci “Azadlıq” çıxıb (150min nüsxə).Bu nömrədə “Demokratik Azərbaycan” seçki bloku haqqında geniş məlu-mat, seçkilərlə bağlıyazılar, “Zamanın tələbiylə Şimali Azərbaycan Demokra-tik Partiyası” başlığı altında ŞADP-nin təsiskomitəsinin üzvü İsa Qəmbərovla müsahibə və b. materiallar verilib.

14 iyul 1990. Bakının komendantı “Azadlıq” qəzetini yenə bağladı! 

17 iyul 1990. ”Kommunist” qəzeti Sov.İKP XXVIII qurultayının “Humanist, demokratik sosializmədoğru” proqram bəyanatını dərc edib.Bu nömrədə Sov.İKP MK Siyasi Bürosunun yeni seçilmiş tərkibi də var (şəkilləri və qısatərcümeyi-halları ilə). 10 iyulda Mixail Qorbaçov Baş katib, Mikolas Burokyaviçyus, Givi Qumbaridze,Stanislav Qurenko, Aleksandr Dzasoxov, Vladimr İvaşko, İslam Kərimov, Pyotr Luçinski, AbsəmətMasəliyev, Kahar Məhkəmov, Vladimr Movsisyan, Ayaz Mütəllibov, Nursultan Nazarbayev,Saparmurad Niyazov, İvan Polozkov, Yuri Prokofyev, Alfred Rubiks, Qalina Semyonova, Enn-ArnoSillari, Yefrem Sokolov, Yeqor Stroyev, İvan Frolov, Oleq Şenin, Gennadi Yanayev Siyasi Büro üzvüseçilmişlər.“SSRİ-də televiziyanın və radionun demokratikləşdirilməsi və inkişafı haqqında” SSRİprezidentinin fərmanı (14.07.1990) da mətbuatda verilib. 

18 iyul 1990. “Kommunist” Sov.İKP XXVIII qurultayına Azərbaycan KP XXXII qurultayında Moskvadan 3 nəfərin — V.A.Mixaylovun, N.S.Konarevin (SSRİ dəmir yolu naziri!) vəL.P.Kravçenkonun (SİTA-nın direkto-ru) seçilməsinə etiraz edənlərə sosioloq F.Mehdiyevin“Emosiyaya uymayaq” cavabını verir.Həmin qəzetin bugünkü nömrəsində Bakının yeni komendantı Valeri Ziyayeviç Bünyadovlamüsahibə dərc edilib.

Обсуждение закрыто.