SEYİD ƏZİM ŞİRVANİ: «MƏN EYLƏ BİLİRDİM Kİ, MƏNƏ YAR OLACAQSAN…»

Стандартный
SEYİD ƏZİM ŞİRVANİ: «MƏN EYLƏ BİLİRDİM Kİ, MƏNƏ YAR OLACAQSAN…»

Mən eylə bilirdim ki, mənə yar olacaqsan,

Aləmdə mənə yari-vəfadar olacaqsan.

 

Mən eylə xəyal etmiş idim ey dili-rəna,

Sərbəstə olan qəmlərə qəmxar olacaqsan.

 

Əvvəl eləyib mehrü məhəbbət mənə, axır,

Məndən, nə bilim ki, belə bizar olacqsan.

 

Rövşən elədim şəmi-cəmalin, nə bilim ki,

Əğyarə gedib şəmi-şəbi-tar olavaqsan.

 

Dil yetməz idim mən sənə, ey yari-dilazar,

Bilsəydim əgər beylə dilazar olacaqsan.

 

Sərməst meyi-hüsnü səfasən hələ, ey gül,

Ol vəqt ki, hüsnün gedə, hüşyar olacaqsan.

 

Məğrursan, ey gül, xəbərin yoxdur özündən,

Əyyami-xəzan gəlsə, xəbərdar olacaqsan.

 

Bir vəqt olacadır ki, sən ey Yusifi-sani,

Üşşaqi-siyəhbəxtə xəridar olacaqsan.

 

Xar eylədi ol gül səni əğyar yanında,

Seyyid, hələ bundan dəxi sən xar olacaqsan.

 

 

Обсуждение закрыто.