«MEYDAN GÜNDƏLİYİ»: 4-8 İYUL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 4-8 İYUL 1990

4 iyul 1990. Bu gün “Azadlığ”ın 20 Yanvardan sonrakı ilk nömrəsi44 çıxıb. Ancaq, nədənsə, onuA.Mütəllibovla bu haqda danışıqlar aparmış redaktor Nəcəf Nəcəfov yox, “Redaksiya heyətininüzvləri: Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı” imzalayıblar. Mənim dəqiq yadımdadır ki, Əlyazmalarİnstitutunda Əbülfəz bəy AXC-nin yeni hazırlanmış möhürü-nü ilk dəfə məhz Nəcəf bəyin “Azadlığ”ınredaktoru olması haqqında əmrin üzərinə vurmuşdu. Yəni onu redaktorluqdan çıxarıblar?.. Qəzetintirajı da birdən-birə 53 min 500-ə düşüb. Qəzetin başlığının biçimi də dəyişdi-rilib…Nə isə, qəzetin 1-2-ci səhifələrində “AXC İdarə Heyətinin Azərbaycan xalqına müraciəti” verilib.Əbülfəz Əli Elçibəyin “İslam özülçülüyü” məqaləsindən başqa digər yazılar əsasən qarşıdakıseçkilərə aiddir. 

5 iyul 1990. Respublika rayonlarına erməni hücumları artdıqca Azərbaycan rəhbərliyi də AXC-yətəzyiqi gücləndirir. “Kommunist” indiyə-dək Sabirabad və Neftçala cəbhəçiləri haqqında genişyazılar verib. Bugünkü nömrədə isə bildirilir ki, Qubadlı rayon prokurorluğu AXC rayon şöbəsininhesabına keçirilən pulları yoxlayıb. “Rayon şöbəsinin kassasın-dan 5 min manat götürüb aradançıxmış (seçdirmə mənimdir — Ə.T.) AXC rayon şöbəsi rəyasət heyətinin üzvü A. Şükürov barəsindəcinayət işi qaldırıl-mışdır”. Unutmamalı ki, Aydın Şükürov Azərbaycanın ermənilərin qar-şısındadayanan qeyrətli oğullarından biri olmaqla yanaşı, Qubadlının birinci katibi Ş.Yəhyayevin ənxoşlamadığı adamdır.

 

 8 iyul 1990. Bu gün AXC-nin təşəbbüsü ilə Bakıda Azərbaycan demokratik qüvvələrinin forumuolub. Yığıncaqda 60-dan artıq ictimai təşkilat, cəmiyyət, partiya və b. birliklərin nümayəndələriiştirak edib. — “Demokratik Azərbaycan” seçki bloku yaradılıb. Bloka 50-dən çox təşkilat daxil olub.Dünən və bu gün AXC-nin Məclisi keçirilib.

 

Обсуждение закрыто.