«MEYDAN GÜNDƏLİYİ»: 01-07 İYUL 1988

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 01-07 İYUL 1988

01 iyul 1988.

Keşiş Hiloyanda bomba tutulub. (Aydın Məmmədov mənə dedi).

 4-5 iyul 1988.

Türk alimləri ilə birgə bizim institutda “Kitabi-Dədə Qorqud” mövzusunda kollokvium keçirildi. (Orxan Şaiq Gökyay, Osman Sərtqaya, Bəhaəddin Ögəl, əhməd ərcilasun, Tuncər Gülənsoy,Fikrət Türkmən, Asim Sakaoğlu iştirak edirdilər). Ermənilər Moskvadan bu tədbiri pozmağa çalışıblar, nail olmayıb. 

04 iyul 1988.Bir-iki gündür ki, Qazaxda iğtişaşlar davam edir. Katib Murad Aşurovu çıxarmaq istəyirlər.(Bütün Ermənistandan olan katiblər kimi o da xalqın dərdlərinə baxmır). Erməniləri təmizləyiblər. Milyonçu Simonun evini (maşın ehtiyat hissələri satan) yandırıblar, başını daəziblər. Bir uşağı öldürüb. Qoşunlar var. Borçalılılar silahlı yardıma gəlmək istəyiblər, yolukəsiblər.Yevlaxdan da erməniləri təmizləyiblər. Evlərini alıblar. (Yeni tikilən evləri Ermənistandan gələnlərə verməmək üçün). Şamxor və Xanlarda, Gəncədə də təmizləmələr gedir. 

06 iyul 1988

.“Vremya” dedi ki, Yerevanda Zvartnots hava limanında toqquşma olub. Həkimə müraciət edənlər var. Şəhərdən dəhşətli reportaj verdilər.

 07 iyul 1988.

“Vremya” Zvartnots təyyarə limanındakı hadisələrdən danışdı. Yerevanda vəziyyətinormallaşdırmaq üçün görülən işləri dedi.36 nəfər yaralanıb. “Amerikanın səsi”: Xaçik Qazaryan ölüb

 

Реклама

Обсуждение закрыто.