ПАВШИЕ: БАХРУЗ НУРИЕВ

Стандартный

Bəhruz_Nuriyev.jpg

Бахруз Аллахверди оглы Нуриев родился 7 июля 1970 года в селе Кенгерли Агдамского района. Окончил среднюю школу №250 в городе Баку. Был художником-любителем. Занимался боксом и каратэ.

В 1987 году поступил на вечернее отделение механического факультета Азербайджанского политехнического института. В 1989 году был призван на службу в Советской Армии. После январских событий 1990 года вернулся на родину и продолжил службу в Гяндже. Позднее, став добровольцем, прошел боевой путь через села Агстафинского, Шушинского, Кельбаджарского, Агдамкого, Лачинского районов. Погиб 17 июля 1993 года в одном из боев в Агдере.

Награжден орденом «Азербайджанское знамя». В Низаминском районе столицы одна из улиц носит его имя.

(русский текст — газета «Очаг»)

Bəhruz Nuriyev — əfsanəvi döyüşçü, «Azərbaycan Bayrağı» ordeni kavaleri.

Bəhruz Allahverdi oğlu Nuriyev 1970-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib. Həvəskar rəssam olub, lakin çəkdiyi rəsmlər peşəkar rəssamların da diqqətini cəlb edib. Yüksək musiqi duyumlu Bəhruz həm də idmanın karate və boks növləri ilə məşğul olub.

1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.

Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib. 1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.

Bəhruz Nuriyevə “Azərbaycan bayrağı” ordeni verilib. Bakının Nizami rayonunda Bəhruz Nuriyev adına küçə var. Bu küçə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə xeyli düşmən yaraqlısı və onların döyüş texnikasını məhv edən şəhid Bəhruz Nuriyevin adını daşıyır

Реклама

Обсуждение закрыто.