НАЦИОНАЛЬНЫЕ ГЕРОИ АЗЕРБАЙДЖАНА: РАФАЭЛЬ ГАБИБОВ

Стандартный

rafael.jpg

Рафаэль Шерафет оглы Габибов родился 4 апреля 1964 года в городе Алибайрамлы. Воинскую службу в Советской Армии проходил в Прибалтике и дослужился до звания прапорщика. После демобилизации поступил в военное училище в Ленинграде. Продолжил службу в звании лейтенанта. Вместе с братом Джабраилом воевал в Афганистане.

В 1992 году Рафаэль стал участником уже другой войны – Карабахской. Принимал участие в боях за села Тезекенд, Нарынджылар, Зодгызыл, Медени Ала Гала, Агдабан и др. Рафаэль проявил героизм в сражениях за Кельбаджар. Придя на помощь оказавшимся в окружении разведчикам, он уничтожил значительную живую силу и технику противника.
Рафаэль погиб 7 июля 1992 года в результате тяжелых ранений, полученных в бою в направлении Тезекёрпю.

В августе 1994 года указом президента Азербайданской Республики Рафаэлю Габибову посмертно присвоено звание Национального Героя Азербайджана.

(русский текст — газета «Очаг»)

Rəfael Sərafət oğlu Həbibov — Azərbaycanın Milli QəhrəmanıQarabağ müharibəsi şəhidi.

Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.

Respublikamızın ərazi ütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə məhv edir.

1992-ci il iyulun 6-da çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur.

Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun adını daşıyır…

Реклама

Обсуждение закрыто.