MEYDAN GÜNDƏLİYİ. 16 İYUN 1992. Ə. ELÇİBƏYİN ANDİÇMƏ MƏRASİMİ

Стандартный
MEYDAN GÜNDƏLİYİ. 16 İYUN 1992. Ə. ELÇİBƏYİN ANDİÇMƏ MƏRASİMİ

16 iyun 1992. A z ə r b a y c a n R e s p u b l i k a s ı n ı n p r e z i d e n t iƏBÜLFƏZ ELÇİBƏYİN an d i ç mə mə r a s i m i 14.13. Əbülfəz bəy zala girir. Fotoqraflar, televiziyaçılar onu əha-tə edirlər.

14.15. İsa bəy Milli Məclisin andiçmə mərasiminə həsr edilmiş ic-lasını açır.Tribunada Ali Sovet sədrinin müavinləri Tamerlan Qarayev və Afiyəddin Cəlilov əyləşib, HeydərƏliyev isə yoxdur.14.16. Cəfər Vəliyev (MSK-nın sədri) seçki haqqında hesabat verir. Əbülfəz bəyə prezidentseçilməsi haqqında rəsmi sənəd təqdim edir və onun çiyninə üçrəngli prezident lentini keçirir.14.24. Uvertüra çalınıb qurtarır.14.24. Əbülfəz bəy Qur’ana (bu zərli Qur’an əlyazması Əlyazmalar İns-titutundan gətirilib) vəAzərbaycan Konstitusiyasına əl basaraq and içir. Hamı ayaq üstə dinləyir. Azərbaycanın dövləthimni çalınır.14.27. Alqışlar. Əbülfəz bəy bir vaxtlar Mütəllibov əyləşən yerdə oturur.14.28. Şeyxülislam Allahşükür Paşazadə prezidentə xeyir-dua ve-rir.14.36. Şeyx Bəyə Qur’an verir, Qur’anı ona, onu Allaha, xalqı isə ona tapşırır.14.37. Pravoslav kilsəsinin protoiyereyi Georgi ata prezidentə xe-yir-dua verir.14.40. İsa bəy mərasimə gələnlər haqqında qısa mə’lumat verir. Bə’zi teleqramları oxuyur(Qırğızıstandan — Əsgər Akayevdən, Naxçıvandan — Heydər Əliyev, Qafar Məmmədov, Asif Kələntərli,Rəşid Həsənov və Anar Səfərovdan, Türkiyədən — Turqut Özal, Süleyman Dəmirəl, Hikmət Çətin və

 

Məs’ud Yılmazdan, ABŞ-dan — Corc Buşdan, Rusiyadan — Boris Yeltsindən, Çeçenistandan — CövhərDudayevdən və b.).14.46. AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ƏBÜLFƏZ ELÇİBƏYƏ söz verilir. Hamı ayağaqalxır.- Hörmətli millət vəkilləri!

Əziz qonaqlar!Xanımlar və bəylər! Ulu xalqım!Bir az əvvəl Azərbaycan Respublikasının prezidenti kimi sizin qar-şınızda and içdim. İndi isəfürsətdən istifadə edərək bütün seçiciləri-mə mənə göstərdikləri yüksək e’timada görə dərinminnətdarlığımı bildi-rirəm və bir daha təkrar edirəm ki, prezident andıma dönmədən sadiq qala-cağam.Təbiidir ki, bu günlər hamımız 1918-ci ilin mayını, Şərqdə ilk dəfə respublika hakimiyyətformasını e’lan edən və demokratik inkişaf yolunu seçən şanlı sələflərimizi sonsuz ehtiramla yadedirik.Biz özümüzü 1918 — 1920-ci illər Azərbaycan Demokratik Respublikası-nın varisləri adlandırırıq.Bu həm tarixi ədalətin bərpa olunması, həm də suverenliyimizin və müstəqilliyimizin real məzmunlazənginləşməsinə imkan verəcək yeni siyasi xəttin e’lan edilməsi deməkdir.İndi Azərbaycan hədsiz dərəcədə ağır günlərini yaşayır. Qarabağda, Er-mənistanla sərhəd boyurayonlarda müharibə gedir, torpaqlarımızın bir his-səsi təcavüzkar tərəfindən zəbt edilmişdir,iqtisadiyyat dərin böhran içə-risindədir, nizam-intizamdan əsər-əlamət qalmamışdır, yüksək ixtisaslıkadrlar çatışmır, cinayətkarlıq baş alıb gedir… Bir sıra xarici ölkələrin siyasi, iqtisadi, hərbitəxribatçılığı, informasiya blokadası respublika-mıza güclü ziyan vurur. Bütün bunlar azmış kimi,Azərbaycandakı siyasi çə-kişmələr, qarşıdurmalar cəmiyyəti içəridən didib-parçalayır. Açıq deməklazımdır: biz uçurum qarşısındayıq.Vəziyyətdən çıxış yolu varmı? Var. İcazənizlə bir neçə məsələnin üzərində dayanım.İlk növbədə qamətimizi düzəltməliyik, qəti bilməliyik ki, süstlük, inamsızlıq, ruh düşkünlüyü biziölümə aparacaq. Fəaliyyət göstərməliyik!Ən əvvəl dövlətimizin ərazi bütövlüyünü qoruyub saxlaya bilən, suve-ren Azərbaycanı və onunvətəndaşlarını buxovlardan tam azad etməyə imkan verən idarəetmə sistemi yaratmalıyıq. Busistemin əsasında iki prinsip durmalıdır. Əvvəla, qanunun aliliyi tə’min olunmalıdır; ikincisi, birdəfə-lik yəqin etməliyik: hakimiyyət problemləri həll etmir, ən əlverişli şərait ya-radır ki, vətəndaşlarınözləri həmin problemləri həll etmək imkanına malik olsunlar.Biz bu məqsədə çatmaq üçün xalqın bütün fiziki və əqli qüvvələrini səfərbərliyə alacağıq.Hələlik isə nə tələb olunur? Güclü hakimiyyət, milli razılıq və mə’nəvi birlik.Güclü hakimiyyət üçün xalqın e’timadı gərəkdir. Prezident seçkilə-ri göstərdi ki, bu cür e’timadvar. Milli razılığa və mə’nəvi birliyə gə-lincə isə mən təqribən 74 il bundan əvvəl MəmmədəminRəsulzadənin de-diyi, indi də son dərəcə aktual səslənən sözləri təkrar etmək istəyirəm: “…Bu günfirqə ehtirasları, şəxsi qərəzlər və bütün bu kimi Vətən və millət qayəsi qarşısında səfil qalanqərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.Respublikada yaranmış gərgin vəziyyəti nəzərə alaraq bu gün bir da-ha bildirirəm:Azərbaycanın rəhbərliyi xalqa sədaqətlə xidmət etməyə ha-zır və qadir olan bütün qüvvələrləəməkdaşlıq etməyə hazırdır!Yeri gəlmişkən deyim ki, hakimiyyət üzərində ən tə’sirli, çoxşaxəli nəzarət sistemi hazırlanmalıvə tə’cili işə salınmalıdır.SSRİ dağılmışdır, lakin imperiya təfəkkürü durur və yəqin ki, uzun müddət öz amansız təbiətinigöstərəcək. Deməli, hər cür açıq və gizli təcavüzə hazır olmalıyıq. Amma bir sıra keçmişrespublikaların mövqeyi göstərir ki, ölkələr arasında yeni münasibətlər yaratmaq meyli güclənir.Azərbaycan da bu prosesə öz köməyini əsirgəməməlidir.Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin hamısı, ən əvvəl Rusiya ilə bərabər hüquqlu vəqarşılıqlı surətdə faydalı əlaqələr yarat-malıyıq. Xüsusilə nəzərə çarpdırmaq istəyirəm ki, suverenlikvə inteqrasi-ya bir-birini istisna etmir, əksinə, müasir dövrdə bir-birindən asılı olan amillər sayılır.Avropa ölkələrinin təcrübəsi bunu əyani şəkildə sübut edir. Əməkdaşlıq çoxşaxəli olmalıdır.Azərbaycan heç bir ittifaqa gir-mədən Türkiyə və İranla da, Amerika və Avropa ilə də, ümumiyyətlə,bütün Şərqlə və Qərblə siyasi, iqtisadi, elmi-texniki, mədəni əlaqələr yaratma-lıdır.Millətlərarası münaqişələri aradan qaldırmaq ən mühüm vəzifələ-rimizdən biri olacaq. Dəfələrlədemişik ki, biz birinci növbədə özümüzə arxalanmalı, Azərbaycanın müdafiə qabiliyyətinimöhkəmləndirməliyik. Er-mənistanın təcavüzünün qarşısını yalnız güclü Azərbaycan ala bilər. Am-ma eyni zamanda siyasi vasitələrdən imtina etmirik.Blokada yarılır, bir sıra dövlətlərin başçıları, ictimai təşki-latlar, hərbi və siyasi birliklərErmənistanın təcavüzünü pisləmişlər. Güman edirik ki, həm hərbi qüdrətimiz, həm də sülhsevərqüvvələrin tutduq-ları mövqe problemin həllinə öz tə’sirini göstərəcəkdir.Biz azərbaycanlılar Qafqazın ən qədim və mədəni xalqlarından biri-yik. Ədalətli sülh və əmin-amanlıq hökm sürən Qafqaz evi yaratmaq vəzifəsi həm də bizim öhdəmizə düşür. Hansı şərtlərlə?

 

Sərhədlər toxunulmaz qal-malı, ölkələr bir-birlərinin daxili işlərinə qarışmamalıdır, azlıq təşkil edənmillətlərin milli-mədəni hisslərinə hörmət bəslənilməli-dir…Özünün qədim tarixi boyu Azərbaycan dəfələrlə ağır vəziyyətə düş-müş, hər dəfə də ən ağırsınaqlardan ləyaqətlə çıxmaq üçün özündə qüvvə tapmışdır. Bu dəfə də belə olacaq.İyirminci ildə Vətənimizi istila etdilər, ancaq əyilmədik. Uzun illər boyu hər cür zülmə mə’ruzqaldıq, amma mənliyimizi itirmədik. Qanlı Yanvarda yüzlərlə vətəndaşımız şəhid oldu, ammaəzmimiz qırılmadı. Qa-rabağ münaqişəsi başlanandan bəri Vətənimizin nə qədər övladı aramızdangedib, amma sarsılmırıq, əksinə, mətinləşirik. Yolumuza Azərbaycanın azadlığı və müstəqilliyi ulduzu nur saçır. Biz bu ulduzun işığındademokratiya və tərrəqqiyə doğru irəliləyirik.Diqqətinizə görə çox sağ olun.1414.54. İsa bəy hamının adından özü danışır.14.59. 45 dəqiqəlik andiçmə mərasimi başa çatır. Alqışlar

 

Реклама

Обсуждение закрыто.