Daily Archives: 02.07.2017

НАЦИОНАЛЬНЫЕ ГЕРОИ АЗЕРБАЙДЖАНА: ШИКАР АСЛАНОВ

Стандартный

Şikar_Aslanov.jpg

Шикар Асланов родился 10 июня 1970 года в селе Сулейманлы Джабраильского района. Среднюю школу окончил в 1987 году. В 1988-1990 гг. служил в Советской Армии. После демобилизации поступил на патрульно-постовую службу районного отделения милиции. Когда начался армяно-азербайджанский вооруженный конфликт, отправтдся на фронт. Принимал участие в боях в Ходжавендском районе. Погиб 2 июля 1992 года от снайперской пули.

Указом президента Азербайджанкой Республики Абульфаза Эльчибея от 8 октября 1992 года Шикару Давуд оглы Асланову посмертно присвоено звание Национального Героя Азербайджана.

(русский текст — газета «Очаг»)

Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitirir.

1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur.

1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur. Subay idi.

Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Реклама