ПАВШИЕ: ЛЕЙТЕНАНТ БАХЫШ ГУЛИЕВ ИЗ ГУЗАНЛЫ

Стандартный

Бахыш Гусейн оглы Гулиев родился 22 июня 1959 года в селе Гузанлы Агдамского района. Воинскую службу в Советской Армии проходил в городе Москве.

В 1982 году Бахыш переезжает в Казахстан, а через некоторое время перебирается в Алтайский край, там устраивается на работу на фабрике. И поступает на заочное отделение политехнического института. Позднее он переводится во всесоюзный институт легкой промышленности. Завершив учебу, Бахыш возвращается в родное село и работает инженером на агдамском станкостроительном заводе. Сразу после начала азербайджано-армянской войны записывается добровольцем в национальную армию. Вскоре он становится командиром батареи. Участвовал в боях в направлении Агдама и Агдере.

В конце июля 1992 года Бахыш с группой солдат попадает в засаду. Во время боя он получает осколочное ранение. Несколько дней пролежав в военном госпитале, Бахыш вновь возвращается на фронт. Но вскоре его состояние ухудшается и в середине августа его госпитализируют в Баку. 13 сентября, через месяц после безуспешного лечения Бахыш умер в госпитале.

Похоронен в родном Гузанлы.

Был женат. Осталось двое детей.

Baxış Hüseyn oğlu Quliyev — şəhid.

Baxış Hüseyn oğlu Quliyev 1959-cu il iyunun 22-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub.1976-ci ildə Quzanlı kənd orta məktəbini bitirəndən sonra kolxozda işləyib.1978-ci ildə sovet ordusuna çağrılan Baxış ikiillik hərbi xidmətini Moskva şəhərində başa vurub.Əsgərlikdən sonra kolxozda çalışıb.

1982-ci ildə Qazaxıstana köçən Baxış burada bir müddət kənd təsərrüfatında işlədikdən sonra Altay ölkəsinə gedir, orada fabrikdə işə düzəlir.İşləyə-işləyə politexnik instituna daxil olur,bir müddət burada oxuduqdan sonra Ümumittifaq yüngül sənaye və toxuculuq institutuna dəyişilir.Təhsilini bitirib yenidən doğulduğu kəndə qayıdır.1990-cı ildən Ağdam dəzgahqayırma zavodunda mühəndis kimi işə başlayır.Xocalı soyqırımından az sonra ,1992-ci ilin martında könüllü olaraq milli orduya yazılır.Şirin Mirzəyevin rəhbərlik etdiyi bataliyonda döyüşə başlayır və tezliklə batareya komandiri vəzifəsinə təyin olunur.Rütbəsi baş leytinant idi.Baxışın döyüş yolu Ağdam və Ağdərə bölgələrinin Yeni Qaralar, Canyataq, Gülyataq, Fərrux, Sırxavənd və başqa kəndlərindən keçir,ta Vəngə qədər gedib çıxır.Döyüşlərdən birində Baxışın başçılıq etdiyi batareya çətin vəziyyətə düşür,güllə və sursat tamamilə tükənmək üzrə idi.Belə ağır şəraitdə, yəqin ki, onların köməksizliyindən xəbərdar olan bir düşmən vertaliyotu batareyanın yerləşdiyi əraziyə sarı yön alır.Sayıqlığını itirməyən komandirin çevikliyi və cəldliyi sayəsində əsgərlərimiz həmin vertaliyotu vurub salırlar.

İyulun sonlarında batalyonun bir qurup əsgəri ilə birgə Sırxavənddə mühasirəyə düşən Baxış bədəninin dörd yerindən qəlpə yarası alır. Ancaq yaralandığını ailəsinə bildirmir. Ağdamın Qaradağlı kəndindəki hərbi qospitalda bir neçə gün müalicə olunandan sonra döyüşə qayıdır. Ancaq tezliklə vəziyyəti yenidən pisləşdiyindən avqustun 13-də Bakıya qospitala götürülür. Bir ay burada qalsada müalicənin xeyri olmur, sentyabrın 13-də qospitalda vəfat edir.

Quzanlı qəbirsanlığında dəfn olunub.

Baxış 1987-ci ildə ailə qurmuşdu. Özündən sonra iki övladı qalıb.

Обсуждение закрыто.