GƏNCƏLİLƏRƏ: YERLİNİZ YUSİF QASIMOV İTKİN DÜŞÜB YA HƏLAK OLUB?

Стандартный

YusifQasmov.jpg

Qasımov Yusif Telman oğlu — Qarabağ müharibəsi şəhidi.

Yusif Telman oğlu Qasımov 13 avqust 1963-cü ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 6 iyun 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə vzvod komandiri olmuşdur.

Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərənin Aterk bölgəsində gedən döyüş zamanı ağır yaralı vəziyyətdə itkin düşmüşdür.

VİKİPEDİYA

Bu isə Ganca.org saytındandır:

«Yusif Telman oğlu Qasımov 13 avqust 1963-cü ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 6 iyun 1990-cı ildə Yusif Qasımov hərbi-xidmətə çağırılmışdır. N saylı hərbi hissədə vzvod komandiri olmuşdur.

Yusif Qasımov 19 iyul 1992-ci ildə Ağdərənin Aterk bölgəsində gedən döyüş zamanı ağır yaralı vəziyyətdə itkin düşmüş və həlak olmuşdur».

Məlumdur ki, itkin düşmək və həlak olmaq tamam fərqli şeylərdir. İnsanın ölümü məlumdursa, o, itkin deyil. Yəni gəncəlilər bunu başa düşmürlər? Əgər həlak olubsa, nə vaxt? Meyiti hardadır? 

Özü də görün şərəfsiz insanlar əsgərin şəklini nə günə qoyublar. Bunu ermənilər eləməyib, Gəncədən olan simasızlar eləyib…

http://ganca.org/index.php?option=com_content&view=article&id=236:qasmov-yusif-telman-olu&catid=37:gnc-hidlri&Itemid=9

Обсуждение закрыто.