MEYDAN GÜNDƏLİYİ: 18 MAY 1992

Стандартный

adalet_tahirzade

18 may 1992.

Ali Sovetin sessiyası  Jurnalistləri zala buraxmadılar. Mətbuat işçiləri üçün olan zal-da televizorla baxdıq (buradabirbaşa göstərilir).18.18. Ziyad Səmədzadə deputatları qeydiyyatdan keçməyə çağırır. 229 nəfər iştirak edir. Yetərsay 240 nəfərdir. Deyilənə görə, 249 nəfər aşağı-da katiblikdə qeydə alınıb.Bu dəfə operatorlar demblok oturan tərəfi göstərir.18.27. 241 nəfər iştirak edir. 9 nəfərin kartoçkası yoxdur. Sessiya başlaya bilər.18.27. Ziyad Səmədzadə açır: Sessiya bu gün öz işini qurtarmalıdır.

Yaqub Məmmədovun 3ərizəsi var. (Ərizələri oxuyur). (Bayırda: “İs-te’-fa!”).818.31. Y.Məmmədovun ərizəsi səsə qoyulur. Lehinə 192, əleyhinə 14. Ye-tərsay yoxdur.Mübahisə doğurur ərizələrin məzmunu.18.35. Tamerlan ərizəyə baxılmağın gündəliyə salınmasını səs qoyur (238 səslə).18.36. Kartoçkasız deputatları saymaq üçün komissiya yaradılır (Şa-yiddin Əliyev, AslanAbbasov, Mirmahmud Fəttayev). (Sessiyanı Ziyadmı, Tamerlanmı aparır — bilinmir. Tamerlantəşəbbüsü ələ alır).18.39. Tahir Kərimli bildirir ki, mən müstəqil deputat kimi heç bir səsvermədə iştiraketməyəcəyəm. Tamerlan Ziyad Səmədzadəyə deyir ki, fikir vermə, gijdəyir (mikrofonun açıqqalmasından xəbəri yoxdur). 209-u iştirak edib, 230-u lehinə (iste’fanın) səs verib.(Sessiya çölə ötürüldüyündən camaat xəbəri alqışlayır).18.43. Mürşüd Məmmədov Yaqub Məmmədova təşəkkür e’lan edilməsi-ni təklif edir. Yeni sədrinseçilməsini səsə qoymaq istəyirlər.18.44. Faiq Baxşəliyev soruşur ki, gündəlikdə başqa məsələlər yox-dur? Z.Səmədzadə “yoxdur”deyəndə T.Qarayev “3 məsələ var” söyləyir.Bir deputat deyir ki, ya bu gün respublikadakı vəziyyətə münasibət bildirilsin, ya da parlamentburaxılsın.

 

18.50. İsgəndər Həmidov: Düşdüyümüz vəziyyətin səbəbkarı bu parlamentdir. Onun buraxılması gündəliyə salınsın. (Bayırda gurultulu alqış-lar).18.51. Məmmədağa İsayev (Sabirabad): Ayaz müəllim onun ətrafındakı adamların diktəsi iləişləyirmiş. Mən onu müdafiə etmişəm. Ancaq ondan narazı qaldım ki, seçilən kimi kin-küdurətiunutmadı. Bu parlament xalqa lazım deyil.Bir deputat: Dövlət Müdafiə Şurası yaradaq, prezidentliyə namizəd-ləri ora daxil edək.18.57. Z.Səmədzadə: Qabaqca sədri seçək, sonra gündəliyi təsdiq edək. Respublikanı 10 dəqiqədə başsız qoymaq olmaz. Xalq Cəbhəsi rəhbərliyi ilə, başqa yoldaşlarla ümumi dil tapmışıq.İsa Qəmbərovun namizədliyi verilir. (Bayırda alqışlar).19.00. Bəxtiyar Vahabzadə çıxıb İsanı tə’rifləyir: İkinci namizəd lazım deyil!9 (Bayırda alqışlar).Naxçıvanın daxili işlər naziri Heydər Əliyevin namizədliyini irəli sürür. (Bayırda alqışlar).Birisi E’tibar Məmmədovun namizədliyini irəli sürür. (Bayırda al-qışlar).Birisi Sabir Rüstəmxanlının namizədliyini irəli sürür (Sabir İsanı müdafiə etdiklərini bildirir).(Bayırda: “is-te’-fa!”. Kimə iste’fa — bilinmir).19.05. Vaqif Səmədoğlu: Heydər Əliyev böyük şəxsiyyətdir, ancaq onu Naxçıvandan ayırmaqcinayətdir. Özü burada olsaydı namizədliyinə razı ol-mazdı. İsanı müdafiə edə bilməsək onda bəlkədə bu parlamenti buraxmalı olarıq. Bu müzakirələri kəsək.19.08. Arif Rəhimzadə: Əliyevin namizədliyi mütləq səsə qoyulmalı-dır.19.09. İsa bəy: Namizədliyimi geri götürmək fikrində deyiləm. Ehti-yac olsa özüm haqqındamə’lümat verərəm.19.10. Arif Hacıyev: AXC-nin razılığı olmayan bir adamın respub-lika rəhbərliyində olmasıçətindir. Hüquq qaydalarına görə, iclasda olma-yan, proqramını bildirməyən adamın namizədliyi irəlisürülə bilməz. Onunla telefon əlaqəsi saxlayın. Bizdə qəti əminlik var ki, Əliyev də İsa Qəmbərovunnamizədliyini müdafiə edəcək.19.13. İsa Qəmbərov öz Proqramı ilə bağlı danışır. E’timad göstə-rilsə iyunun 7-sinədək buvəzifədə qalaram. Bu yük Yaqub Məmmədov kimi qətiyyətli bir adamı da əydi Mən son günlərinhadisələri ilə məşğul oldu-ğuma görə proqram hazırlamamışam. Mənim proqramım AXC-ninproqramı-dır, Əbülfəz Elçibəyin proqramıdır. AXC-nin e’timad mandatı ilə işləmə-yən adamın taleyiçətin ola bilər. Heydər Əliyevin seçilməsi həm də respub-likada parçalanma amilinə çevrilə bilər.19.20. İsa bəy suallara cavab verir. (Bayırda Məşədi Əbdül qışqı-raraq danışır, camaat da hay-küy salır).19.20. Əsədov Heydər Əliyevi çox tə’rifləyəndən sonra konkret heç kə-sin namizədliyini irəlisürmür.19.24. İsa bəyin namizədliyinin bülletenə daxil edilməsi səsə qoyu-lur. Keçir.Bir deputat Arif Hacıyevin təklifini müdafiə edir — Əliyevlə tele-fonla danışılsın.19.28. Arif Hacıyev: H.Əliyev burada yoxdur, özü də İsadan az səs yı-ğıb.Əli Ömərov: Əliyev də hökmən bülletenə salınmalıdır.19.30. 10 dəqiqəlik fasilə — Heydər Əliyevin rə’yini telefonla öyrən-mək üçün.Fasilədə AS binasında 15 may hadisələrinin izlərinə baxıram. Pən-cərələrin iri şüşələrininəksəriyyətində çoxlu güllə deşiyi var. İkiqat şüşələrin bayır qatındakı deşik balaca, içəri qatdakı isəondan 10-15 də-fə böyükdür. Pərdələr də güllə ilə deşilib. Foyedə tavanlarda çoxlu güllə yerləri var.Çilçıraqlarda da bə’zi lampalar qırılıb.20.41. Ziyad Səmədzadə: Heydər Əliyevlə danışmaq mümkün olmadı.(Yerdən təkliflər olur ki, sessiya sabaha saxlanılsın).20.43. Arif Hacıyev: Bakıda çevrilişə qarşı inqilab olub. Bakıdakı vəziyyətə AXC nəzarət edir.Onun razı olmadığı namizəd işləyə bilməz. Mə-sələni sabaha saxlamaq olmaz. Bayırda da bunamizədliklə bağlı narazılıq var.20.45. İsmayıl Şıxlı: Vəziyyətimiz ağırdır. Məsələni uzatmaq ol-maz. Azərbaycanda AXC hakimqüvvədir. Bizim bir neçə gün qabaq buraxdığı-mız səhvi bir də təkrar etməyin. Gerçəklik hissiniitirməyək. (Yerdən: “Səsə qoyulsun”).20.47. Hacıbaba Əzimov: Bə’zi deputatlar yenə də parçalamaq, kimisə kiməsə qarşı qoymağacəhd göstərirlər. Heç olmazsa indi yekdillik göstə-rək. Bəsdir səhv etdiyimiz. Başqa bir alternativolmadan İsa bəyə səs verək.20.49. Z.Səmədzadə: Hesablayıcı komissiya seçək (namizədlərin adla-rını oxumağa başlayır,yarımçıq qalır).Bir deputat: Heydər Əli oğlunu ya də’vət etməliyik, ya da onunla tele-fonla danışılmalıdır. Yoxsasessiya sabah 9-da başlansın.20.52. Mürşüd Məmmədov: Heydər Əliyevi burada təhqir edəndə səsiniz çıxmırdı. Siyasi yekdillik göstərək.20.53. Tofiq Qasımov: Ali Sovetin reqlamentinə görə, sessiyada iştirak etməyən adamınnamizədliyinin irəli sürülməsi mümkün deyil. Bu nə bazardır açmısınız?20.54. Z. Səmədzadə seçki komissiyası üzvlərinin tərkibini səsə qoyur.

 

241 nəfər iştirak edir səsvermədə.20.53. Əliyevi müdafiə edən deputat Tofiq bəyə qarşı nəsə deyir, eşidilmir.20.59. Hesablayıcı komissiya (7 nəfər) 240 lehinə səslə seçilir. Səd-ri seçmək üçün onlar qonşuotağa göndərilir. (Onlar gələnədək fasilə yara-nır).Əliyevpərəst deputat artıq üçüncü dəfədir ki, Z.Səmədzadə ilə bar-maq hədəsi ilə danışır.21.03. İxtiyar Şirinov (hesablayıcı komissiyanın sədri) seçki haq-qında mə’lumat verir.21.09. Z.Səmədzadə: Deputat Samur Novruzov (həmin əliyevpərəst depu-tat!) tə’kidlə tələbedir ki, sessiyanın sabaha keçirilməsi səsə qoyulsun.(Z.Səmədzadə səsə qoyur, bu təklif cəmi 20 səs toplayır). Deməli, bülletendə yalnız İsaQəmbərovun adı qalır. 21.12. GİZLİ SƏSVERMƏ ÜÇÜN FASİLƏ VERİLİR Fasilədə zalda Rəhim Qazıyev cəbhəçilərlə bərk mübahisə edir. Cəbhəçi Tofiq Seyidov onuhündürdən (biz “jurnalist balkonu”nda onu ay-dın eşidirik) və çox kəskin tənqid edir, onu orduyaratmamaqda, Müdafiə Nazirliyində işi düzgün qura bilməməkdə, seçkiyə qarşı çıxmaqda, haki-miyyəti ələ keçirmək istəməkdə… günahlandırır. Özü də, eşitdiklərinin hamısı faktlardan ibarətolduğuna görə Rəhim Qazıyev özünü nə qədər tə-mizə çıxarmağa çalışsa da onun dediklərininqabağını gətirməkdə acizlik çəkir, Tofiq bəyin sərt və haqlı sözlərindən tə’sirlənib alnını tutur, si-qareti siqaretə calayır.Dəstələrin qaçmasını R.Qazıyev “təxribatçıların işi” adlandırır, Cəbhəni ona maddi və canlıqüvvə ilə kömək göstərməməkdə təqsirləndirir. Tofiq bəy isə cavab verir ki, biz sizə manat-manatyığıb nə qədər pul gön-dərmişik, ən seçmə oğullarımızı birinci batalyona verdik, hamısı arxa-dangüllələndi. Niyə bunların (əli ilə zaldakı deputatları göstərir) oğul-ları barlarda kef etməlidir, mənölməliyəm? Mən onlara Vətən qoruyan de-yiləm.22.02. Zaldakı monitorlarda Qarabağdan qaçan döyüşçülərə aid video-lentlər göstərilir. Bunu,görəsən, kim təşkil edib? FASİLƏDƏN SONRA 22.32. Z.Səmədzadə sözü İ.Şirinova verir. O, protokolu oxuyur.Səsvermədə 258 deputat iştirak edib. 1 bülleten e’tibarsızdır.Bülletenə İsa Qəmbərovun adı salınıb. Lehinə — 234Əleyhinə — 14Bitərəf — 9Lehinə deputatların 90,7 faizi səs verib. 22.35. İ S A Q Ə M B Ə R O V ALQIŞLAR ALTINDA TRİBUNAYA ÇIXIR:- Adətən belə dəqiqələrdə standart sözlər işlədilir ki, e’timadını-zı doğruldacağam. Mən isə sözverirəm ki, vəziyyətin pisləşməsinin qarşı-sını alam. Çalışacağam ki, Xalq Cəbhəsinin işini davametdirəm. Alqış-lara ehtiyac yoxdur.İşimizi davam etdirməliyik.(Bunu deyərək gedib sakitcə ÖZ YERİNDƏ — Ali Sovetin sədri kürsü-sündə əyləşir)22.40. İsa Qəmbərov: Yəqin təcrübəsizliyimi nəzərə alacaqsınız. Təc-rübəli müavinlərləməsləhətləşəcəyəm.***(Nazirlər Kabinetində dəyişikliklər haqqında qərarın müzakirəsi baş-layır).22.42. Söz baş nazir Rəhim Hüseynova verilir. 4 birinci müavini olacaq: Vahid Əhmədov, AbbasAydın oğlu Abbasov, Ziyad Əlabbas oğlu Sə-mədzadə, Rəhim Həsən oğlu Qazıyev.5 müavini olacaq. 4-ü var: Ağayev Rüf’ət, Gülməmmədov Rauf, Rada-yev Matvey, CəlilovFiridun (humanitar sahələr). 5-inci yer hələ razı-laşdırılmayıb.22.46. İsgəndər Həmidov: NK-nin strukturu formalaşdırılarkən nəzərdən qaçan şey var — hərbi-sənaye kompleksinin nümayəndəsi müavin ol-malıdır.İsa bəy cavab verdi ki, Vahid Əhmədov HSK-ni təmsil edir.Başqa təkliflər oldu.22.49. Müavinlər səsə qoyulur.22.57. Rüf’ət Ağayevin lehinə — 173, əleyhinə — 62, bitərəf — 9, səs vermədi — 4, iştirak edir — 248.Qəbul edilmədi.İsa bəy: Bu keçmir, lazım olsa bu məsələyə Milli Şurada baxarıq.

 

23.01. Matvey Radayev də keçmir: 168 lehinə, 67 əleyhinə, 12 bitərəf, 2 səs verməyib, 249iştirak edir.23.05. Bir deputat deyir ki, İsa bəy, 20 dəqiqədir sədrsiniz, 2 dəfə AS-in iradəsinə qarşıçıxmısınız — AS təsdiq etməyəni Milli Şura təs-diq edə bilməz.İsa bəy: Milli Şuranın səlahiyyəti var. (Zalda birdən-birə güclü e’tiraz uğultusu).23.09. Ziyad Səmədzadənin AS sədrinin I müavinliyindən azad olun-ması səsə qoyulur. (O, başnazirin I müavini olur). 226 səslə keçir.23.11. Z.Səmədzadəyə söz verilir. (Çox qısa çıxışdan sonra düşüb aşağıda əyləşir).23.13. Tamerlan Qarayevin AS sədrinin I müavini olması səsə qoyulur. Lehinə — 234, əleyhinə -8, bitərəf — 3.İsa bəy: İcazə versəniz Tamerlan bəy soldan sağa keçsin. (Gülüşmə). (Tamerlan sol stuldandurub İsa bəyin sağındakı stulda oturur).23.15. İsa bəy: Solda boşluq yaranıb. Müavin yerinə Afiyəddin Cəlilo-vun namizədliyi irəlisürülür. (211 səslə keçir).23.16. Milli Şura haqqında Konstitusiya qanununun layihəsi təqdim edilir. Milli Şura bundansonra “Ali Sovetin Milli Şurası” yox, “Azərbay-can Respublikasının Milli Məclisi” adlandırılsın və keçiddövründə Ali Sovetin səlahiyyətləri Milli Məclisə verilsin.23.19. Firidun Cəlilov xahiş edir ki, bu qanun haqqında izahat ve-rilsin.İsa Qəmbərov: Ali Sovet haqqında mənfi sözlər söylənildi. Onun sessiyaları da respublikadavəziyyətin sabitliyini pozur.23.21. Konstitusiya qanunu adbaad səsvermədən keçir. Lehinə — 171, əleyhinə — 48, bitərəf — 13,səs verməyən — 8, iştirak edir — 240. Keçmədi.23.22. İsa bəy: Deməli, Ali Sovet öz səlahiyyətlərini Milli Şuraya vermək istəmir. Onda budeputatlar respublikada vəziyyəti qeyri-stabil et-məyə çalışmalarını əsaslandırsınlar.(Kommunist deputatlar ortadakı mikrofonlardan çıxış edib e’ti-razlarını bildirirlər).23.26. İsgəndər bəy: Camaat bayırda sizin çıxaracağınız rə’yi gözlə-yir. (Gülüşmə). Deputatlarıntoxunulmazlığı gələn seçkilərədək qalır. Ona görə lehinə səs verək, bu gecəni burada yatmayaq.23.30. Xeyrulla Əliyev.23.31. Tofiq Qasımov: Keçən sessiyada iki deputat Milli Şuranın əleyhinə çıxdı. Onlar reqlamentəgörə işdən çıxmalı idilər, ona görə də Milli Şuranı buraxmaq onlara daha əlverişlidir.Milli Şura məhsuldar işləyib, 100-dən çox qanun qəbul edib.23.37. Yerdən çoxlu səs: “Səsə qoyun”.23.39. Cəbrayıl Nağıyev (Qəbələ deputatı) də Ali Sovetin səlahiyyət-lərinin Milli Məclisəverilməsinə tam tərəfdar çıxır.23.40. S.Rüstəmxanlı: Keçən sessiyada prezidenti qaytaran deputatlar öz günahlarını dərk edibsəs verməlidirlər.23.41. İsa bəy “acizanə xahiş edir” ki, səs versinlər.Lehinə 215 səs verilib, ancaq yetərsay yoxdur — 240 yerinə 236 səs var.23.43. Deputatlar adbaad qeydiyyatdan keçirlər, 247 nəfər iştirak edir.23.44. Arif Hacıyev: Dövlətin işini sabotaj etməyin. 10-15 deputat sabotaj etməsin.23.45. Nəriman Həsənzadə: Milli Şura gecə-gündüz işləyir. 14-ü günü biabırçı tamaşa idi. Səninəlindən hansı səlahiyyəti alırlar?23.47. Əli Ömərov: Biabırçılıqdansa səs versək yaxşıdır.23.48. Tofiq Bağırov: Bunun deputatlara mənfi tə’siri olmayacaq.(Yerdən tə’kidlə: “Səsə qoyun”).23.49. İsa bəy: Biz və çöldəki camaat 5 gecədir ki, yatmırıq. Bu ge-cə də yatmaya bilərik.23.50. Tahir Kərimli: Siz deputatları yuxarıda oturanlar ələ sa-lıblar, istədikləri qərarı qəbuletdiriblər. Bizim parlament ancaq föv-qəl’adə sessiyalar parlamentinə çevrilib. Açığını deyim ki, səsverməsəniz camaat sizi bayıra buraxmayacaq.23.52. Tamerlan Qarayev izahat verir.(Yerdən tə’kidlə: “Səsə qoyun”).23.57. Yeni, adbaad səsvermə:Lehinə — 244Əleyhinə — 3Bitərəf — 3Səs vermir — 4İştirak edir — 254.Qəbul edilir.23.58. Sürəkli alqışlar.Görəsən, Azərbaycan kommunizmdən xilas olurmu?!.23.59. İsa bəy: Mən bu qərara görə sizə minnətdaram!00.00. Şadman Hüseynov: Milli Məclisin üzvləri indi təsdiq olun-sun (sayı, tərkibi).

 

00.01. T.Qarayev: Bunu tələsik etməyək. Kim Milli Məclisdə iştirak etmək istəyirsə sabahdanərizə versin.00.03. İsa bəy: Bu Ali Sovetə 14 may qərarına görə öz təqsirini yumaq üçün hüquqi imkanyaradaq. (Bununla bağlı qərar layihələrini oxuyur).00.05. Qərarlar adbaad səsverməyə qoyulur.Lehinə — 214Əleyhinə — 1Bitərəf — 2Səs vermədi — 3İştirak etdi — 230.Yetərsay yoxdur.00.07. İsa bəy: Yenə köhnə xasiyyətimizdən əl çəkmirik.Zaldan çıxan deputatları içəri də’vət edin.00.08. Yenidən qeydiyyatdan keçirilir. 242 deputat iştirak edir.00.10. Milli Şuranın buraxılması haqqında qərarın ləğvi adbaad səs-verməyə qoyulur. 241 səsləqəbul edilir (1 əleyhinə).00.11. Prezidentin qayıtması haqqında qərarın ləğvi adbaad səsverməyə qoyulur. 236 səslə(əleyhinə 1) qəbul edilir.00.13. Respublika prezidenti seçkilərinin dayandırılması haqqında qə-rarın ləğvi adbaadsəsverməyə qoyulur. 240 səslə keçir (2 əleyhinə).00.15. İsgəndər Həmidov: Mənə ayıb olar ki, deputatların evinə mi-lis göndərib onların silahınıalaq. Ona görə onlar gətirib silahı təhvil versinlər.00.17. İsa bəy: Şəhərdəki silahlı qüvvələr tərksilah olunandan son-ra deputatlardakı silahlarıverək.00.18. İsgəndər bəy: DTK sədrinin birinci müavini Sadıqov özünü güllələyib, qorxuruq ki, o birideputatlar da belə edə. (Gülüşmə).00.19. İsa bəy deputatlara təşəkkür edir. Azərbaycan Ali Sovetinin son sessiyası başa çatır.00.20. Xahiş edilir ki, deputatlar kartoçkaları təhvil versinlər.(Bayıra çıxırıq).***İsgəndər və Nəsir Ağayev camaat qarşısında danışırlar. İsa bəy gəlir.00.31. AZƏRBAYCAN MİLLİ MƏCLİSİNİN SƏDRİ İSA QƏMBƏROV:- Əziz qardaşlarım, əziz bacılarım! (Səsini eşidən kimi sürəkli alqışlar).Biz öz Konstitusiyamızı qoruya bildik.Ali Sovetin səlahiyyətləri Milli Məclisə verildi.Qüvvələrin parçalanmasına imkan verməməliyik.Qələbəni hər gün, hər saat qazanmalıyıq.Vəziyyət həddindən artıq mürəkkəbdir. Lakin mən güman edirəm ki, torpaqlarımızı qaytarmağaimkanımız var.Yaşasın azad, demokratik, bütöv Azərbaycan!00.36. Sürəkli alqışlar. Sürəkli “El-çi-bəy!”. (Əbülfəz bəy gəlir).00.37. İsa bəyin təklifi ilə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilir. Əbülfəz bəy gəldi.(Sürəkli, coşğun “El-çi-bəy!”).00.39. Tamerlan Qarayev: Azərbaycan Xalq Cəbhəsinin böyüklüyü nami-nə qarşıdurmadan xilasolduq.00.41. Sürəkli “El-çi-bəy!”. 00.41. Əbülfəz Elçibəy:- Əziz bacı-qardaşlarım, çox sevimli, candan istədiyim gənclik!Bu gün Azərbaycan demokratiyasının ən güclü qələbələrindən biri-dir. Bu gün Azərbaycandemokratiyası bütün dünyaya öz gücünü göstərdi.Bu gün özünüz də gördünüz ki, bir millət kimi meydana çıxıb öz gü-cümüzü göstərə bilirik.Yaxın 10 gündə Bakıda sakitlik yaradacağıq. Bakıda bundan sonra güllə səsi eşidilməyəcək.Şəhidlər xiyabanında 1-dən artıq güllə atmaq olmaz.10Bütün gücümüzü Qarabağa yönəldəcəyik. 2-3 aya qətiyyətimizi görəcəksi-niz.Var olsun azadlıq!00.45. Sürəkli “a-zad-lıq!”.Aşağıda bir nəfər Əbülfəz bəy kəsən çörəyi bütün camaata paylayır.00.46. Çingiz Qəniyev AXC rəhbərliyi adından xalqa təşəkkür edir.00.47. Tahir Kərimli: Bizim qarşımızda 9 başlı əjdaha durmuşdu. Onun 5 başını kəsmişdik, bugün də 3 başını kəsdik. Mürtəce parlamenti buraxdıq.Yaşasın azadlıq!

 

00.50. Sabir Rüstəmxanlı danışır: Əlimizdən qram-qram alınmış hüquqlarımızı bu gün qram-qram qaytardıq. Arzu edirəm ki, dünyada azadlı-ğın da bir Azərbaycan variantı olsun.00.54. Universitetin müəlliməsi Sevil xanım.00.56. Yunus Oğuz mayın 14-ündən çəkən mitinqi ayın 19-unda bağlı e’lan edir.Tribunanın qarşısında boyaboy “Düşmənini tanı, milli intibahını yüksəlt, haqq sənindir!” şüarıyazılıb.

 

 

Реклама

Обсуждение закрыто.