«MEYDAN GÜNDƏLİYİ». 15-16 MAY 1992

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 15-16 MAY 1992

15 — 16 may 1992.Cümə günü. Mütəllibova qarşı silahlı xalq üsyanı günü Bütün qüvvələr Mütəllibova qarşı birləşib. Türkiyə televiziyasının verilişlərini kəsiblər.15.21. 4 maşın (hərbi) yola düşür AXC qərargahı qarşısından. Camaat onların ardınca — piyada.Qərargahın qarşısındakı Üzeyir Hacıbəyli küçəsi başdan-başa adamdır (350 min nəfərdən çoxolar). Axın bu küçədən Rəşid Behbudov kü-çəsinə çatıb sola dönür. Axında böyük əksəriyyətgənclərdir.

Qadınlar da az deyil.Əbülfəz bəyin qəbul otağının qarşısındakı balkondan tribuna kimi istifadə edirlər. Buradanmitinq aparılıb, Məşədi Vaqif idarə edib. Rəşid Behbudov küçəsində camaata qoşuluram. Xalq “a-zad-lıq!”, “Ə-bül-fəz!” qışqırır, CavanşirQuluyevin bəstələdiyi “Azərbaycan əsgəri” marşını oxuyur.Xarici Dillər İnstitutunun yanına çatanda hündür yerə çıxıb ba-xıram — Rəşid Behbudovküçəsindəki camaatın ucu nə qabaqda, nə də arxada görünür. Yarım milyondan çox adam var. 5dekabr 1988-də tərsinə gəldiyimiz bu yolu indi düzünə geri qayıdırıq. Küçə boyunca birmərtəbəlievlərin hamısı-nın qarşısında vedrələrdə su çıxarıb camaata paylayırlar. Hava yaman istidir (30dərəcə olar), yol da yoxuş.15.57. Çoxları tərləyib, pencəyini çıxarıb. Birisi Mütəllibova qar-şı şüar qışqırır, yerdə qalanlar daona qoşulur. Başqa birisi isə Hacı Əbdülə sataşan şüar söyləyir, ətrafındakılar gülüşür.116.03. Rəşid Behbudov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə dönürük. Qarşıdakıcamaatın yenə ucu görünmür — yəqin körpünün yanında olar. Maşınların hərəkəti dayanıb. İzdihamgetdikcə böyüyür.16.06. “El-çi-bəy!”.AQZ 26-03 nömrəli milis maşınında əyləşmiş milis leytenantın-dan (adını demədi) soruşuram:“Milis kiminlədir — Tahir Əliyevlə, yoxsa yeni nazirlə?”. Cavab verdi ki, Tahirlə, xalqla.Körpünün yanına çatırıq. Yenə camaatın ucu görünmür. Mən “Rədd ol-sun Ayaz Mütəllibovmafiyası!” və “Ordu və milisi xalqla həmrə’yliyə çağırı-rıq!” şüarları tutmuş dəstənin qarşısınakeçirəm.16.16. Körpünün üstündəyəm.16.18. “Naxçıvan” mehmanxanasının qarşısında durub eyni zamanda həm sola — Bakıxanovküçəsinə, həm də sağa — İnşaatçılar prospektinə baxıram. İnşaatçılardakı camaatın ucu, nəhayət,göründü — “Olimp” mağaza-sının qabağındadır, Bakıxanovdakılar isə Volodarski fabrikindən oyana,özü də elə sıxdırlar ki, iynə atsan yerə düşməz. Deməli, ən azı 600-700 min adam var. Ancaqdəstələr indi nizamla gedir.Bu küçədə binalar kölgə saldığına görə bir az sərin düşdü.16.22. Statistika idarəsinin qabağında Pənah Hüseynov və Naxçıvan-dan olan millət vəkiliSülhəddin Əkbərovla rastlaşıram.Burada içi əliavtomatlı Milli Ordu əsgərləri ilə dolu, üstlərin-də milli bayrağımız və Türkiyəninbayraqları dalğalanan hərbi yük maşın-ları sıraya düzülüb gedir.16.33. Kasparın yataqxanasının qarşısından keçirik. Bir oğlan dos-tunun çiyninə çıxıb əlindəkiyaylığı yelləyir və “El-çi-bəy!” qışqırır.16.35. Cəbhəçilərlə (Əli Kərimov, İbrahim Vəliyev və başqaları) görüşürəm. Əli bəy, deyəsən,çox yorulub.16.40. Nərimanov (indiki Əzizbəyov)3 prospektindəyəm. İzdiham irəliləyən bütün yerlərdə kommersiya, komisyon mağazaları-nın hamısı bağlıdır.Camaat çox intizamlıdır, heç bir artıq hərəkətə yol verilmir. Xorla, çəpik altında “Azərbaycan əsgəri”marşı oxuyurlar.Bayaq Pənah bəy camaatın, daha doğrusu, xalqın Cəbhənin dünən gecəki çağırışınıdəstəkləməsindən çox razılıqla danışırdı.16.47. Şüşəli bazarın qarşısı. Bura yığışanların (alverçilərin) çoxusunun gülsatan, şəhər əhliolduğu bilinir. Üzlərindən çox qayğılı görünürlər. Yəqin Ayaz Mütəllibovun yenidən geri dönüşününonlara ziyan gətirə biləcəyindən ehtiyatlanırlar.16.51. Əzizbəyovun heykəlinin yanına çatanda DTK-nın qarşısından keçənlər görünür.Bir kişi çiynində qoşalülə tüfəng gedir.

 

16.56. Biz DTK binasının yanına çatanda Ali Sovetin qarşısında aramsız atışma başlayır. Camaatpərən-pərən düşür. Fəxri xiyabana tərəf geri qaçırlar. Bir müddət dayanırlar. Xəbər verilir ki, atanlarbizim əs-gərlərdir. Camaat yenə qabağa cumur.DTK binasını keçəndə küçənin barıt iyinə büründüyünü görürük.17.01. Şiddətli, fasiləsiz atışma gedir. “Moskva” mehmanxanasın-dan, bir də Mehdi Hüseynküçəsindən bizə atırlar. Şəhidlər xiyabanında da onların (mütəllibovçuların) qüvvəsi var.17.04. Camaatın hücumu dayanır. Deyirlər ki, atan bizimkilərdir.17.05. Camaat yenə Ali Sovetə doğru cumur.17.07. Ali Sovetin qarşısı tamam tutulur.Üstündə “AXC” yazılan ZTR. İçi və üstü adamla doludur.17.07. Aramsız qələbə atəşləri başlayır. Yox! Sən demə, bu, “Moskva” mehmanxanasından bizə atılan atəşlər imiş! Çoxları ZTR-inarxasında gizlənir. Mehmanxanaya yaylım atəşləri açılır. Müharibədəki kimi əməlli-başlı atışma gedir- sanki 20 yanvar gecəsidir!17.09. (Birinci batalyon: Əliyev Əbülfəz Vəli oğlu, 03 nömrəli ZTR-dən).Hacı Əmrulla, Mübariz Mustafayev (Bakı və Kəndlər Birliyindən olan ZTR-dəkilər) fəaldırlar.17.16. Meydandakı döyüş maşınına (QAZ 53-ə) çıxıram. Buradakılar: Namiq Baxşıyev, Nizami Yəhyayev, Rasim İsmayılov (IV batalyon).Yenə mehmanxanadan atırlar. Bu maşından ona cavab atəşi açmaq is-təyirlər. Pulemyot xarabolur. Elşən Abbasov atmaq istəyir.17.20. Xəbər gəlir ki, telestudiya alındı (deyəsən, düz deyil).Əlində tapança tutmuş Məşədi Əbdülü qucaqlayıb öpürəm, “sağ ol, Hacı” deyirəm. Qışqırır ki,yox, hacı deyiləm, hacılar oğraşdır (pis ad çıxarmış hacıları nəzərdə tutur).17.24. Telestudiyanın həyətinə girirəm. Bizim Milli Ordunun əsgər-lərinə “Azadlıq” qəzetininvəsiqəsini göstərib keçirəm.Əhməd Əhmədov (buradakı sıravi əsgər): Bizim əsgərlər öz xalqına güllə atmaz. 25 əsgərik.Arif Əsgərov (buradakı milis starşinası): Silahsız gəlmişik. Telestudiyanın qarşısında əsgərlərimiz durub. Buranı “OMON”çu-lara tapşırıblar. Şuşa milisbatalyonundan rota komandiri Orduxan Kə-rimov.Sədrin kabinetinə girirəm. İçəridəki şəxslərin bayırda baş verən hadisələr haqqında rə’yləriniöyrənmək istəyirəm. (Onların hamısı çaş-başdır, hiss olunur ki, özlərini tamam itiriblər və nə etmək,necə danış-maq, kimi müdafiə etmək lazım olduğunu bilmirlər).Məmməd Murad: Qanın əleyhinəyik.Rafiq Zeynalov (prezident aparatında şö’bə müdiri): Hadisələrin gedişini tam dərk edə bilmirəm.İstərdim ki, bunların hamısı son nəti-cədə Azərbaycan xalqının mənafeyini güdsün.Məmməd Həsənov (hüquqşünas): Qanun pozulmamalıdır. Bu hərəkat qeyri-demokratikhərəkatdır. Zorakılıqdır. Xalqımıza ziyan olmasın.Televiziya rəhbərliyi dəyişilib. Sədr yenə Məmməd Muraddır.417.36. Atışma səsləri Məmməd Muradın kabinetindən də eşidilir. Mütəllibovçular Şəhidlərxiyabanından atırlar.Məmməd Muraddan birbaşa efir məsələsini soruşdum, yanındakı,statusu mənə bəlli olmayan Tofiq Sultanov5 buna e’tiraz etdi.17.38. Bu vaxt xəbər gəlir ki, studiyada artıq birbaşa veriliş ge-dir. Oraya yollanıram. Veriliş hələyoxdur, ancaq çəkilişə hazırlıq ge-dir. Rauf Qarayev, Çingiz Qəniyev studiyada əyləşiblər. DiktorHəqiqət Əsgərzadə yanlarında oturub. Rejissor Vasif Babayevdir. Milli Ordunun əsgəri İbrahimDünyamalıyev əlində tapança qapıda dayanıb.17.42. Həqiqət Əsgərzadə Çingiz bəylə Rauf bəyi birbaşa verilişdə tamaşaçılara təqdim edibkənara çəkilir. Çingiz Qəniyev çıxışına baş-layır. Mən studiyadakı uşaqlara deyirəm ki, birbaşa efiriyoxlayın, görək həqiqətən gedirmi? Bir azdan xəbər gəlir ki, yoxladıq, gedir.Çingiz Qəniyev: Bakıda AXC qanuni hökuməti bərpa etmək ərəfəsin-dədir. Yerlərdə AXC-ninşö’bələri ətrafında birləşin.Çingiz bəy televiziya ilə bütün xalqı Ali Sovetin qarşısına top-laşmağa çağırır.17.49. Rauf Qarayev danışmağa başlayır. Vəziyyəti izah edir.17.52. Birbaşa veriliş qurtarır.17.53. Telestudiyadan çıxıram.18.01. Mən Ali Sovetin qarşısındakı meydançadan burada toplaş-mış camaata televiziyadakıbirbaşa veriliş haqqında mə’lumat verdim. Camaat xeyli ruhlandı.İlqar Məhərrəmov (Sabirabaddan) iştirakçılara konfet paylayır.18.05. Əsgərlərimiz: Sumqayıtdan — Cavan Fərəcov, Tovuzun Əlibəyli kəndindən RövşənZirəddin oğlu camaat içərisində keşik çəkirlər.18.10. Elxan Ələkbərov (cəbhəçi) — yaralanıb, başı sarıqlıdır. Əlindəki avtomatı Ali Sovettutularkən rus əsgərlərindən alıb. Ali Sove-tə indi yalnız bizimkilər nəzarət edir.

 

18.12. Meydanda indi 20-30 min adam olar.18.15. Ali Sovet binasının içinə pəncərədən girirəm, çünki bütün pəncərələrin şüşəsi qırılıb, yerətökülüb. Hətta içəridəki pəncərə şü-şələrində də (sağ qalanlarda) çoxlu güllə deşikləri var.18.22. Ali Sovet binasından evə zəng etmək istəyirəm. Telefonlar işləmir. Bir milis deyir ki, KQBxətləri kəsib.Arif Hacıyev, Qurban Məmmədov, Niyazi İbrahimov və başqaları içəri girirlər. Milislər şikayət edirki, pistoletimizi alıblar.Bir nəfər gəlib xəbər verir ki, İsa bəy televiziya ilə birbaşa da-nışır. 3-üncü mərtəbəyə qalxıb 18-inci otaqda televizora baxırıq.18.27. İsa bəy: Artıq Qarabağ problemi yoxdur, Qarabağın qaytarılma-sı problemi var.Pənah Hüseynov da sözə başlayır. Xalqı Ali Sovet binasının qar-şısına çağırır.İsa bəy: Heç bir yad ölkənin qoşunu6 işimizə qarışa bilməz.18.45. Bu otaqda Müstəqil Mə’lumat Mərkəzindən olan Akif Məmməd-zadə deyir ki, dünənkiMütəllibov qaytarılan sessiyada yetərsay olmayıb. Kartla səs verənlər “kartım yoxdur” deyə əllə dəsəs verərək sün’i səs çoxlu-ğu yaradırdılar; onlardan biri də Bakının prokuroru Məmməd Quluyev idi.Akifin deməsinə görə, bu gün Ali Sovetdə adam az olub. Sədr Yaqub Məmmədov tezdən çıxıbgedib, ondan sonra başqa işçilər də qalmayıb.Dünən axşam “Azadlıq” qəzetini çap etməyiblər, ona görə də bu gün köşklərdə yoxdur.Ali Sovetdən çıxıram. Meydana gəlirəm.18.53. Qabil Məmmədov camaata xəbər verir: Bir qədər bundan qabaq İ 44-35 AZ nömrəlimaşınla təhlükəsizlik qüvvələri nindza formasında AXC qərargahına hücuma keçdilər. Sifətləri yarıyakimi örtülü idi. Qə-rargah qarşısında güclü atışma oldu. Onlardan iki nəfər öldürüldü. “Tə’ciliyardım”da (özləri gətirən) apardılar. İçəri girə bilmədilər, an-caq qərargahı pis günə qoydular.19.01. Mən İsa bəylə Pənah bəyin televiziya ilə birbaşa çıxışı haq-qında camaata mə’lumatverirəm.19.06. İsgəndər Həmidov gəlir. Mə’lumat verir ki, bizimkilərdən 1 nəfər ölüb, 3 nəfər yaralanıb.Dedi ki, buranı siz aldınız.19.09. Kapitan Fəhmin Hacıyev danışır: Qələbə qazanmaq üçün 3 gün gecə-gündüz buradaqalmalıyıq. Yarımçıq heç nə qoymayaq.19.13. Bəxtiyar Vahabzadə: Xalqımıza güllə atan prezidentdən pre-zident olmaz. Ancaqmöhkəm durun.19.15. Bir qoca qadın danışır. Bəxtiyar Vahabzadəni tə’rifləyir.19.29. Meydanda camaat nisbətən azalır. Belə vaxt adamlar adətən çı-xışlar olanda yığışırAncaq indi nə mikrofon var, nə də meqafon.[“Axşam saat 19.30-da müxalifət üzvü Fəhmin Hacıyev televiziya ilə “saat 8-ə qədər prezidentsarayı boşaldılmasa təyyarə vasitəsi ilə binanın bombardman ediləcəyini” bildirən ultimatum verdi.Çox keçmədən heç bir ma-neəyə rast gəlmədən prezident sarayına daxil olan cəbhəçilər binada heçkəsin olmadığının şahidi oldular”. — O.B.Sultanov. “…Azərbaycanda siyasi mübarizə” kitabı, 198-incisəh.]19.35. Meydanda Milli Ordunun əsgərləri olan qızlarımızla görü-şürəm — Qarabağın ilk könüllüqızlarıdır: Sahilə Zamanova (18 yaşı var), Kəmalə Qəhrəmanova (ləqəbi “Qəqəni”; 18 yaşı var). 17yaşlarından vuruşur-lar. Şuşadan gəliblər. Soruşurlar ki, Şuşada zirehli texnika yox idi, bəs buradaniyə var? Niyə Şuşada burada olan silahlar yox idi?19.39. Mikrofon quraşdırılır və xahiş olunur ki, mülki geyimli adamların hamısı aşağı düşsün.Bunu onunla izah edirlər ki, vəziyyət gərgindir, yenə ata bilərlər.19.44. Arif Hacıyev mikrofonla danışmaq istəyir. Cihazlar xarab olur.19.49. Arif bəy: Bu gecə qanunçuluğu bərpa etməliyik. Milli Şura üzvlərinin və AS işçiləriningəlməsinə şərait yaradın. Qələbə eyforiya-sına uymayın. Heç kəs buradan getməsin.19.52. Bütün mülki geyimli adamları düşürürlər. Yuxarıda yalnız Milli Ordunun əsgərləri qalır.19.54. Ağamalı Sadiq danışır.***Dincəlmək, sonra qayıtmaq üçün evə gedirəm. Deyəsən, sol ayağım bayaq-kı basabasda əzilib.***Evdə televizora baxdım. Moskvanın “Novosti” proqramı Bakı hadisə-lərindən heç bir şərhvermədən danışdı. Azərbaycanın “Gün” proqramı isə Cəbhənin xalqı meydana çağırışı ilə açıldı.Hərbçi Şahinin dünənki sessiyada olan çıxışı da verildi.Bir qədərdən sonra respublika ədliyyə naziri İlyas İsmayılov dü-nənki sessiyanı yuyub çəpərəsərdi, “Röyter” agentliyinin müxbirinə verdiyi müsahibədə onu qanunsuz saydığını söylədi.Sabir Rüstəmxanlı da danışdı. Əsasən respublikanın bugünkü gü-nündən söz açdı. Tamerlan Qarayev də çıxış edib, Milli Şuranı çağırmaqdan danı-şıb və deputatları AS-ə də’vətedib.

 

Реклама

Обсуждение закрыто.