Эльдар Гасанов родился 26 декабря 1965 года в Джалилабадском районе. После службы в Советской Армии работал водителем. В 1990 году вступает в милицейский отряд особого назначения. Принимал участие в боях в Лачынском районе. Погиб 12 мая 1994 года в боях за поселок Горадиз.
Был холост.
Похоронен в селе Лаллар Джалилабадского района.
Указом президента Азербайджана Эльдару Гасанову посмертно присвоено звание Национального Героя.
Eldar Həsənov 26 dekabr 1965-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1983-cü ildə kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə kənd Hərbi Komissarlığı tərəfindən ordu sırasına çağırılır. 1986-cı ildə xidmətini başa vurub Cəlilabad rayonunda sürücü işləyir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır.
Eldar Laçın döyüşlərində mühasirəyə düşən əsgərləri itkisiz çıxarmağa müvəffəq olmuşdu. 1994-cü ilin yanvar ayında onun ikinci cəbhə həyatı başlayır. Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edən Eldarın adı daha da əfsanəyə döndü cəbhədə hər kəs onun şücaətindən danışırdı. 1994-cü il 12 may… Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə Eldar həmişəki kimi ön cərgədə idi. Qəfil atılan mərmi onun arzularla dolu ürəyini əbədi olaraq susdurdu…
Subay idi.
Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Cəlilabad rayonunun Lallar kəndində dəfn edilmişdir.
.
Для отправки комментария необходимо войти на сайт.