НАЦИОНАЛЬНЫЕ ГЕРОИ: НАМИГ АБДУЛЛАЕВ

Стандартный

Namiq_Abdullayev_(milli_qəhrəman)

Намиг Вахид оглы Абдуллаев родился 10 мая 1974 года в селе Авшар Агджабединского района. Окончил местную среднюю школу.

На фронте Намиг оказался в декабре 1992 года.9 февраля 1993 года армянские формирования предприняли крупное наступление на наши боевые позиции на территории Ходжавендского района. В бою, в котором противник имел преимущество в живой силе и технике, наши солдаты проявили героизм. Погиб, бросившись под танк с боевой гранатой.

Указом президента Азербайджана 16 скентября 1994 года Намигу Абдуллаеву присвоено звание Национального Героя (посмертно).

Namiq Vahid oğlu Abdullayev 10 may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirən Namiq orduya getmək istədiyini bildirir. Lakin yaşı çatmadığına görə onu cəbhəyə göndərmirlər.

Namiq 1992-ci ilin dekabr ayında cəbhəyə yola düşür. 1993-cü il 9 fevralda erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. N.Abdullayev bu döyüşdə xüsusilə fərqlənir. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı. Zirehli texnikanın heyəti məhv edildi və vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu.

Subay idi.

Azərbaycan respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Abdullayev Namiq Vahid oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Avşar kəndində dəfn edilib.

Avşar kənd orta məktəbi onun adını daşıyır.

Обсуждение закрыто.