«MEYDAN GÜNDƏLİYİ». 27 APREL 1992

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 27 APREL 1992

27 aprel 1992. Azadlıq meydanı. AXC-nin mitinqi Meydanda adam həmişəkindən azdır — 50 min olar. İsa bəyin dünən ax-şam televiziya ilə çıxışıcamaatı çaşdırıb.17.24. Arif Hacıyev açdı.17.25. İsa Qəmbərov. Bugünkü mitinqimiz işğal gününə həsr olunub. Uzun illərdən bəri ilk dəfəicazə verilmiş mitinq keçiririk.Deyirdilər ki, 28 aprel 28 Mayın məntiqi davamıdır.

Xeyirlə şəri qovuşdurmaq istəyirdilər. Düzbir il qabaq universitet qarşısında tələbə-lər mitinq keçirmək istəyirdilər. Tələbələri, millət vəkillərinidöydü-lər.Namizədimiz Əbülfəz Elçibəydir. Yaqub Məmmədovun namizədliyi əsasən kolxoz-sovxozlardanirəli sürülür. Əbülfəz bəyə 500 min nəfərdən çox imza atıb. Partokratiya indi əlacı yalnız seçkiləriyarımçıq saxlamaqda görür. Sessiyanın məqsədi də bu idi. Bəhanə gətirirlər ki, guya yaş senziniləğv edəcəkdilər.Yaqub Məmmədov Tahir Əliyevi daxili işlər nazirliyindən azad etmək haqqında fərman verdi. Bizona xəbərdarlıq etdik. Buna baxmayaraq o, Nurəddin Yusifovu nazir tə’yin etdi. Bu, həmin adamdırki, Cəlilabad hadisələri-nin ən böyük günahkarlarından biridir. T.Əliyevin işdən çıxarılmasını eşidən qeyrətli bacı-qardaşları-mız Ali Sovetin qarşısına yığışdı. İkidəfə iste’fa verib sözünü geri götürən Yaqub Məmmədov bu dəfə də fərmanını geri götürdü.Biz televiziya ilə AS qarşısında mitinq keçirməyimizi deyən kimi deputatlara 15 dəqiqəyə zəngedib bildiriblər ki, sessiyanı saxlayın. Onlar da saxlayıblar. Bütün bunlar rəhbərliyin qeyri-səmimiliyini göstərir.Seçkilərə bizi zorla cəlb ediblər. İndi onu yarımçıq qoymağa icazə verə bilmərik. Bu,respublikada yenidən qeyri-sabitlik yaradacaq. Respublikada prezident vəzifəsinin icraçısı var, başnazirin icraçısı var. Qoy bu adamlar, müvəqqəti şəxslər iyunun 7-sinədək öz vəzifələrini icra etsinlər.17.48. Arif Hacıyev: Soruşurlar ki, niyə tribunada əsgərlər var? Bi-rincisi, eşitdiyimizə görə, ViktorPolyaniçko yenidən Bakıdadır. İkincisi də, ABŞ-ın parlamenti ABŞ vətəndaşlarının Azərbaycanda olmasını münasib bilməyən qərar qəbul edib. Bu bizi narahat edir. Ona görə də bizim xahi-şimizləƏbülfəz Elçibəy bu gün mitinqə gəlməyib.(“El-çi-bəy!”, “El-çi-bəy!”).17.49. Universitetin tələbəsi: Bu gün də universitet qarşısında mi-tinq keçirdik.17.52. Arif Hacıyev: Bir çox milis bölmələri bildirir ki, Tahir Əli-yev işdən çıxsa onlar tə’til edəcək,kütləvi tədbirlərə əl atacaq. Biz silah sarıdan, ordu sarıdan düşməndən geri qalmırıq. Əbülfəz bəyinprezident-liyi sabitlik yarada bilər.17.54. BDU-nun müəllimi E’tibar Talıblı bu gün BDU qarşısında ke-çirilən mitinqin müraciətinioxuyur. (Əbülfəz bəyə səs verməyə çağırır-lar).17.58. Tahir Kərimliyə söz veriləndə alqışlar qopur: Mitteran deyib ki, yaddaşını unudan xalqazadlığını da unudacaq. (İşğaldan danışır). (Əbülfəz bəyin ən layiqli namizəd olduğunu sübut üçün uyğun faktlar deyir). Əbülfəz bəyin rəqibləri45 milli burjuaziya ilə birləşdiklərini de-yirlər, Tağıyevi misal gətirirlər. Tağıyev öz sərvətinin ağası idi. Xalqı sərvətini soranlardan milli burjuaziya olmaz. 18.07. Vaqif Səmədoğlu: Mən dedim ki, daha çıxış etməyəcəyəm Mey-danda, çünki meydan artıqsiyasi xadimlərindir, şairlərin yox.Moskva bizi oyuna çəkir, biz də o oyuna gedəcəyik. Mən bu millətin öl-məsini istəmirəm. Bizimləadam kimi danışsalar adam kimi danışacağıq, silahla danışsalar silahla danışacağıq. YaşasınAzərbaycan, yaşasın azadlıq!18.14. Məmməd İsmayıl danışır. (Sonda şe’r də oxudu).18.23. Çingiz Qəniyev (respublika üzrə Mərkəzi Seçki Komissiyasının üzvü kimi mə’lumat verir):Seçkiyə 9 namizəd vardı. Əşrəf Mehdiyev geri götürdü, indicə Araz Əlizadə qeydə alınmadı(camaatda səs-küy) — 20 min imza toplaya bilməyib. 7 namizəd qeydə alındı. Ən çox yerdə səstoplayan namizəd Əbülfəz Elçibəydir. “Gün” proqramında verilən mə’lumatların ço-xu yalandır.Əbülfəz bəyə toplanan imza yarım milyondan çoxdur. Yerdə qalanlar 30-40 mindən çox deyil.Yaqub Məmmədov üçün saxtakarlıqla iclaslar keçirilib. Onlar haqqında bizə imzalı mə’lumatlarverin, istintaq orqanlarına verəcəyik.18.27. Arif Hacıyev.18.28. Nəsir Ağayev (Bakı və Kəndlər Birliyinin sədri): Sosial-demok-ratlar aranı qarışdırmaqistəyirdilər, imkan vermədik.Dünən BKB Məhəmmədi kəndində öz məclisini keçirib. Bəyanat qəbul edib (bəyanatı oxuyur).18.38. Xalid Əlimirzəyev. Demokratik qüvvələrdən danışdı.18.46. Türkiyənin millət vəkili Zəngər Özər bəy (bozqurd). Əbülfəz bəyi “bütün türklərin lideri”adlandırdı.18.50. Milis mayoru İsmayıl Həkimov.18.54. Bəxtiyar Həmzəyev (Demokrat Gənclər Birliyindən).18.57. Məşədi Vaqif suala cavab verdi: Deyirlər ki, Hacı Mayıl Bakı və Kəndlər Birliyinə sədrqoyulub. Dünən Hacı Mayıl, “Qurtuluş”dan Məlik kişi, “Tövbə”dən Hacı Əbdül fəallıq etdilər, məclisipozmağa çalışdılar, alınmadı.19.00. Millət vəkili Fərəc Quluyev Naxçıvan camaatının Əbülfəz bəyə səs verəcəyini dedi.19.04. İsgəndər Həmidov. (Onu da camaat coşğunluqla qarşılayır). Əbülfəz bəy artıq seçilib. 27rayonda olmuşam. Artıq bugündən Əbülfəz bəy prezidentdir. Buna mane olsalar Ali Sovetinbinasından atacağıq onla-rı. Polyaniçko qayıdıb. Ayın 3-ünədək buradan çıxarılmasa ayın 5-ində onubu meydanda e’dam edəcəyik. Bu göstərir ki, Yaqub da Ayaz Mütəllibovun yolunu tutub.Mütəllibova verilən güzəştlər ləğv edilməlidir.Milis işçiləri Tahir Əliyevi müdafiə etmədilər. Bu gün dal tarixlə mitinq keçirməyin nə adı var?Ona da xəbərdarlıq edirik ki, müavinlərini çıxarmasa onunla da danışacağıq. Milisin sıralarıtəmizlənməlidir. Ta-hir ətrafını təmizləməlidir.Bu gün bizə dəqiq xəbər çatıb ki, Əbülfəz bəyə, millətə xəyanət hazır-lanır. Bildiririk ki, bir millətoğlu həlak olsa, on Yaqub kimisi, Feyruz46 kimisi gedəcək. Qanı qanla yuyarlar.Artıq Qarabağda döyüşlər bizim üstünlüyümüzlə gedir. Mayın 7-sində sevinəcəksiniz.47Süleyman Dəmirəl və Alparslan Türkeş bu gün burada olmalı idi. Yaqub Məmmədov türk səfirliyiilə danışdı ki, onlar Tiflisdən Daşkəndə get-sinlər.Mayın 3-ünə saat 5-ə mitinq tə’yin edirik. Üç məsələ var: 1) türklər: Süleyman Dəmirəl, Türkeşdanışacaqlar, 2) seçkini dayandırmaq istəsələr Əbülfəz bəyi prezident e’lan edəcəyik, 3) Polyaniçkoovaxtadək getməsə buraya ayağından sürüyə-sürüyə gətirəcəyik.Bəy dedi ki, mənim vəkillərim xalqdır. Meydana yığılanların hər biri mənim vəkilimdir.19.20. Arif Hacıyev: Əminik ki, silahlı üsyan etməyimizə ehtiyac qal-mayacaq.19.21. Mitinq bağlı e’lan edilir. 

 

Реклама

Обсуждение закрыто.