«MEYDAN GÜNDƏLİYİ». 2 MAY 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 2 MAY 1990

2 may 1990

Arif bəy və Zaur bəylə gedib Göyçay bazarının yeməkxanasında səhər yeməyi yedik. Sonra onlarBakıya yola düşdülər.Saat 12-nin yarısında Maarif evinə çıxanda gördüm ki, gecikmişəm.11.30. Bəy dindən danışır. Onun yanında (rəyasət heyətində) Pənah Hüseynov, Vurğun Əyyubov meydan və Nəcəf Nəcəfov əyləşiblər.

Onlardan arxada bir-iki fəal cəbhəçi oturub.Bəy dinin xalqı geriyə atmadığını bildirdi. O, dünyanın xaçpərəst ölkələrində müsəlmanlığınqəbuluna ciddi meyldən söz açdı. Marksizm-leninizmi “cəfəngiyat” adlandırdı.Ölkədəki hərbi-polis rejiminin mahiyyətini açdı. Bildirdi ki, Azərbaycan rəhbərliyi köhnə stalinizmüsullarından əl çəkə bilmir.Etibar və başqa siyasi dustaqlar məsələsinə toxunuldu. Hindu tayfa-larının Amerikada başınaaçılan oyunların Moskvanın Qafqazda etdiyi söylənildi.Krutov (Moskva televiziyasında Xəlil Rzanı danışdıran diktor) KQB-nin podpolkovnikidir.Suallar verildi.- Dünənki Məclisin gedişindən razısınızmı, Bəy? Hansı mübarizə üsullarınız var?- … AXC bir siyasi məktəbdir. Göyçay Məclisindən razıyam. Ona görə yox ki, iş gördük. Məclisinsədrini seçdik. Başqa işlər görüldü.AXC yanvaraqədərki mübarizəsində ən güclü XC idi. O, güclü olanda rayonlarda rüşvət aşağıdüşmüşdü. İndi rüşvət yenə qalxıb.AXC-ni rus imperiyası əzir. Yazov deyir ki, məqsədimiz AXC-nin strukturunu məhv etməkdir. Bizə,əlbəttə, zərbə vuruldu. Ancaq süngülərin üstündə dayanmaq olar, oturmaq olmaz. Bu cürhakimiyyət saxlanılmaz.Nemət mübarizədə Lenin üsulunu götürür. Vəziyyət xarab olan kimi Finlandiyaya qaçır.(Gülüşmə).Seçkilərə AXC nümayəndələri nəzarət edəcək. Seçki bizdə demokratiya-nın səviyyəsinigöstərəcək.Pənah bəy suallara cavab verir. Ancaq cavablara keçməzdən qabaq AXC-nin fəaliyyətindəndanışır.- Çox uğurlarımız olub — erməni hücumlarının qarşısı alınıb, Moskvanın ermənilərə açıq yardımınamane olmuşuq, respublikada demo-kratik ruh yaratmışıq və b.Biz kasıb-varlı mübarizəsi aparmaq fikrində deyilik. Onları inan-dırmalıyıq. Nəzəriyyəmiz yoxdur. Çox qarışıq dövrdə yaşayırıq. Gah “Müsavat” dövrünə əl atırıq, gah Hitlerinəsərinə. Ziyalıların bəyanatı (“Elm”də) onu göstərir ki, hətta həmişə rəhbərliyin mövqeyindədayanan ziyalılar da hərəkatımızın perspektivinə inanır.Xalqımıza qarşı törədilən cinayətin iki səbəbkarı var: Qorbaçov başda olmaqla Moskva rəhbərliyi,Vəzirov başda olmaqla respublika başçı-ları. AXC-nin də səhvləri olub, cinayəti yox.Mayın ortalarından fəal hərəkata başlayacağıq. Bu şərait saxlansa seçkiləri boykot edəcək,seçilənləri etibarsız sayacağıq. Qeyri-demokratik seçki qanunu hazırlanıb.Təqib məsələsi. Sabirabadda XC-nə qarşı 8 məqalə, Göyçayda 4-ü çıxıb. Ssenari Mərkəzdən gəlir.Hamısında eyni ittihamlardır — pul yığılıb, zorla partbilet yandırıblar.Bizə qarşı mübarizədə kifayət qədər qanunsuzluq edilib. Biz bunlar-dan istifadə etməklə əksmübarizəyə başlayacağıq. Ruhdan düşməməliyik.Respublika Təşkilat Komitəsi heç bir iş görə bilmir.Rəhbərliyimiz əmin oldu ki, Moskva erməniləri sonadək müdafiə et-məkdən əl çəkmədi, onagörə onda ruh düşkünlüyü yaranıb.AXC rəhbərliyi belə hesab edir ki, partiyaların yaranması zəruridir, ancaq onlar AXC-ni, Xalqhərəkatını zəiflətməməlidir. Ölkədə istəyirlər ki, çoxlu partiyalar yaransın, öz aralarında didişsinlər,bundan Sov.İKP istifadə etsin.Bəy: Azərbaycan Xalq Cəbhəsi SSRİ-də ən güclü Xalq Cəbhəsidir.AXC hərəkatın içindən çıxıb.12.31. Vurğun Əyyubov: Türkiyədə 1989-uncu ilin ən böyük siyasi xadimi üçün mükafat Əbülfəzbəyə verilib. (Alqışlar).Avropa ölkələri Azərbaycan xalqını 89-un ən siyasi fəal 3 xalqından biri kimi qiymətləndirib.Moskva təzə katibdən39 milli qəhrəman yetişdimək siyasəti hazırlayıb. Onlardan biri ADR-in millibayrağının təsdiqi və həmin günün milli bayram kimi qeyd olunmasıdır. Ancaq bu işlə AXC çoxdanməşğul olub.MMŞ (Milli Müdafiə Şurası) MK-nın ideyası idi. Onun ideya anası Aydın Məmmədov (Bədii Tərcümə Mərkəzinin direktoru) və Polya-niçko idi.Tamerlan Qarayevin başçılıq etdiyi deputat komissiyası Yanvar cina-yətini öyrənmək üçün çoxyaxşı işləyir.Litvada olan əsgərlərə (azərbaycanlılara) AXC müraciət edib ki, orada fövqəladə vəziyyət elanedilsə silah işlətməsinlər. Ali Sovetimiz-dən tələb edirik ki, Litvanın müstəqilliyini tanısın.Landsbergisin müavinə Bəyə zəng vurub kömək istəyib. Tədbirlər hazırlamışıq.

 

Məclis yenidən seçilməlidir. Onun sayı çoxaldılmalıdır. Komissiya-lar olacaq.Şamaxı Məclisində AXC-ni təmizləməkdən danışdıq, 2 saatdan sonra Mütəllibov AXC-nitəmizləməkdən söz açdı. Bəyanat verdik ki, özü başdan-ayağa çirk içində olanlar bizə məsləhətverməsinlər. Rüşvət aşağıdan yuxarı Moskvaya axır. Rüşvətin sistemi dağılmalıdır.Türkiyədə tibb institutuna girən abituriyentə 90 sual verirlər (400 bal toplanmalıdır). 1 saat dərsburaxmaq olmaz.MMŞ. Ayın 18-ində Etibar Məmmədov dedi ki, partiya bizi aldatdı. 01.05. Nəcəf Nəcəfov: “Azadlıq” qəzeti çıxacaq. (Sonra bu məsələnin incəliklərinə, Mütəllibovlagörüşünə toxundu).Bakıya ermənilər qayıdırlar. Ancaq onlar bu mühitdə yaşaya bilməyə-cəklər, ona görə məninarahat edən məsələ deyil.(Dubinyakın yanındakı mübahisədən danışdı).Litvaya siyasi kömək edirik, iqtisadi köməyin də formaları tapılır.Mütəllibov başa düşür ki, sərhəd məsələsini həll etməsə böhran yenə qalxacaq.Televiziya çox mühüm obyektdir. Ona görə o vaxt öncə onu sıradan çı-xardılar. Rəhbərlərini də”bəli, baş üstə” deyən adamlar qoydular. Bizdə o antidemokratik ruh televiziyada hələ gedəcək.01.19. Bəy yenidən suallara cavab verir.- “Zəngəzur” və “Borçalı” cəmiyyətləri yaşayır. Qaçqınlar cəmiyyəti ya-randığı üçün “Zəngəzur”zəifləyib.- Nizami Süleymanov adam kimi yaxşı adamdır. Siyasi xadim deyil, si-yasətlə məşğulolmamalıdır. Mütəllibovun mövqeyində durdu. O xanımı da (Əzizə Cəfərzadəni) qızışdırıb saldıortaya, tətilə verilən pulu “tula-payı” adlandırdı. Onlara mənim münasibətim dəyişdi. Allah, Tanrıhər kəsin öz qiymətini verəcək.- Xaricdə 40-adək azərbaycanlı cəmiyyəti var, əksəriyyəti ilə əlaqə saxlayırıq. Mehdi Məmmədov, Yusif Səmədoğlu, Sabit Bağırov və b. əlaqə saxlayırlar.- Cənubi Azərbaycanda xalq hərəkatı var, Cəbhəsi yoxdur. Əlaqələr var, nə şəkildədir — deyəbilmərik. Bu Sovet hökuməti çox pis hökumətdir — İranda özü Kommunist Partiyası yaradır, sonraİranla münasibəti yaxşılaşdırmaq üçün onları satır.- Əlifbamız yəqin ki, latın əlifbası olacaq. Türklər 100 cildlikensiklopediya hazırlayıblar. Bilgisayarları (kompüterləri) var, onlardan biz də istifadə edə bilərik.Əlyazmalar İnstitutunda hazırlanan40 əlifba layihəsi MK-ya verilib. Bizim 20-ci illərdəki əlifbanıgötürməməyimizə səbəb türklərlə uyğunsuzluğa səbəb olmamaqdır. Yoxsa kompüterdə dəyişikliketməli olarıq.-SSRİ AS Yanvar hadisəsinə siyasi qiymət verməyəcək. Versə AXC-ni cani sayacaq.- Son böyük məqsədimiz Şimali və Cənubi Azərbaycanı birləşdi-rib müstəqil Azərbaycanyaratmaqdır.- Kommunistlər AXC-nin üzvü ola bilər. Onlar da bizim qardaşımız-dır, ancaq içlərində bileti atıbsonra geri götürən əqidəsizlər də var. On-lara münasibət yaxşı olmamalıdır.- Çalışmaq lazımdır ki, rayon rəhbərliyi ilə XC arasında uçurum yaradılmasın. Bundan istifadəedib gələcəkdə rus imperiyası bizdə vətən-daş müharibəsi yarada bilər.- Mənim bildiyimə görə, 20 Yanvar hadisəsində 163 nəfər ölüb, 37 nə-fər naməlumdur (bəzilərigizlənib). Bu ayın 6-7-sində dəqiq məlumat ve-riləcək. Məlumat təzə deyil.- İdarə Heyəti üzvləri arasında intriqa yoxdur. Camaat bunu düzgün qiymətləndirmir. Fikirayrılıqları var, bu da demokratiyadır.- Sərhəddə qırırlar, öldürürlər də. Ancaq qıranlar çox vaxt bərabər, bəzən də ikiqat cavabını alır.- Landsbergisin katibi xahiş etdi ki, siz öz müraciətinizi (litvalı-lara bizim əsgərlər əl qaldırmasın)başqa xalqlara da deyin. Biz də bəzi-lərinə dedik ki, belə mürciət qəbul edin.- Yaxşı hisslər keçirirəm. Xalqla görüşəndə sevinirəm.- “Demokrat” (Sabirabad) qəzetinə müsahibədə deyilib ki, siyasi xadim deyiləm. Mənimbeynimdə qalan siyasi xadim Atatürk, yaxud İsmət İnönüdür. Onlarla müqayisədə mən heç nəyəm. Tito özünü İ.İnönünün tələbəsi sayıb. (Sonra Lozanna konfransında İnönünün fəaliyyətindən danışır).II dünya müharibəsindən Türkiyəni bitərəf çıxardı. Mharibənin qurtarmasına 10-15 gün qalmışAlmaniyaya müharibə elan etdi. BMT-nin də üzvü oldu, Almaniya ilə də dostluğu pozmadı.Pənah bəy: Şamaxı Məclisində qərara alındı ki, AXC-nin seçkili orqanlarında Sov.İKP üzvü olabilməz, çünki biz Sov.İKP-ni siyasi partiya saymırıq. Siz özünüzü Zori Balayanla bir partiyada necətəsəvvür edə bilərsiniz?Əbülfəz bəyə suallar verilir. (Hamısını birlikdə qeyd edir).Cavablar:- Turqut Özalın bir səhvi oldu — dedi ki, biz Azərbaycandakı hərəkatı müdafiə etmirik, çünki oradaislam dövləti yaratmaq istəyirlər; onlar şiə olacaq, biz isə sünniyik. Mən bunu tənqid etdim. Sonraonun evinin qarşı-sında piket oldu. Hətta istefasını tələb etdilər. O, ağıllı adamdır, sistemi var.İngiltərə onun sistemini qəbul edir. Tetçer özünü ”özalçı” adlandırır.Ancaq səhvi ondadır ki, ölkənin üzünü Avropaya yönəltdi; türk-dən fransız çıxarmaq istəyir. Mən Alparslan Türkeşin tərəfdarıyam. O,türk-islam konsepsiyasına dayanır. “Bozqurdlar” damğası yapışdırılıb.- Biz SSRİ-nin tərkibindən birdən-birə çıxa bilmərik.Müəssisələrimizin 93%-i SSRİ tabeliyindədir. Litvada isə 45 %-i idi.- Müəssisə rəhbərinin dəyişdirilməsi (AXC tərəfindən) çox qorxulu oyundur; siyasətdən riyasətəkeçməkdir.- Xüsusi mülkiyyət olmalıdır. (Rahim bəy — AXC Göyçay rayon şöbəsi İh əlaqəçisi, Məclisin üzvüBəyə verilən sualın şəxsən özünə aid olduğuna görə sual verənə ittiham irəli sürdü. Başqa birisi dediki, anam yəhudidir. Ona görə XC məni incidir).- Mən yəhudi millətinə hörmət bəsləyirəm. Mirzə Xəzər Göyçay yəhudi-sidir. Ancaq bizi müdafiəedib. İsrail Sovet Hakimiyyətinin Bakıya qoşun yeritməsini pislədi. Qarışıq ailələrə toxunmaq,uşaqlara dəymək Allah baxımından da yolverilməzdir. [Sonra Rahim bəylə keçmiş maarif müdiriVidadi bəy (anası yəhudi olan) mübahisə etdi. Vidadi dedi ki, mən bu gündən AXC-nin üzvüyəm.Onun uğrunda mübarizə aparacağam].- Bir rayonda iki XC ola bilməz. Bu 2-3 il ağır olacaqdır. Gərək üz-üzə durmayaq.- Gəncədə 6 nəfər aclıq elan edib. Rasimi41 də tutublar. Hələ ittiham irəli sürülməyib, guya hansıcinayətdəsə iştirak edib.- Yeni cəmiyyət yaradılandan sonra yəqin didişmə olmayacaq. Bu imperi-ya ermənini çörəyətüpürüb azərbaycanlıya verməyə öyrədib. (Ermənistanda ermənilər azərbaycanlıları bezikdirərəkburadan qaçırmaq üçün çörək mağazalarında onlara çörək satarkən öncə çörəyin üstünə tüpürübsonra onlara verirdilər. Əbülfəz bəy bunu nəzərdə tutur. — Ə.T.). Eyni dinli, eyni dilli, eyni amallıözbəklə türkü bir-birinə qırdırıb, başqa yerlərdə də həmçinin. (Sonra Bəy göyçaylılara minnətdarlıqetdi).14.18-də görüş qurtardı. Camaat ondan çox razı qaldı.Zaur bəylə Arif bəy hələ səhər tezdən Bakıya qayıtmışdılar. Nəcəf bəylə mən də görüşqurtarandan sonra hamı ilə sağollaşıb Göyçay dörd-yoluna çıxdıq. Nə qədər gözləsək də Bakıyaavtobus da, xüsusi maşın da olmadı. Daha şəhərə qayıtmayıb Ucara getdik. Gecəni orada qalıb,səhər tezdən paytaxta gəldik. Ucarda yadda qalan o oldu ki, mehmanxanada yer alan-dan sonraşəhərin qırağındakı “Göbələk” restoranına getdik. Nəcəfi Ali Sovetdəki dalaşqanlığına görə tanıyıbbizə yaxşı hörmət etdilər. (Pulunu düz aldılar). Ən başlıcası budur ki, burada bir neçə saat çoxsərbəst söhbət edə bildik.

 

Реклама

Обсуждение закрыто.