«MEYDAN GÜNDƏLİYİ»: 30 APREL 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 30 APREL 1990

30 aprel 1990. Saat 10-da başlamalı AXC Məclisi saat 12-nin yarısına yaxın başladı (rayon marif işçiləri evində). Sədrliyi Bəhlul Abdullayev aparır. AXC İH-dən Bəy, Dilarə xanım, Sabit Bağırov, Pənah Hüseynoviştirak edirlər. (Ağamalı Sadiq, Sabir Rüstəmxanlı, Vurğun Əyyubov, Tofiq Qasımov, FiridunSəməndərov da gəlirlər). İçəriyə yalnız Məclis üzvlərini, bir də “Azadlığ”ın əməkdaşla-rını (Arif bəy,Zaur bəy, mən — başda Nəcəf bəy olmaqla) buraxdılar.

Yerdən təkliflər verildi ki, İsa Qəmbərovun, Yusif Səmədoğlunun yaratdığı Şimali Azərbaycan Demokratik Partiyasına (ŞADP) münasibət bil-dirilsin, AXC-yə qarşı repressiyalara siyasi qiymətverilsin.(Çöldə — həyətdə AXC rayon şöbələrinin buraxdığı qəzetlər satılır. Məsələn, Şəkinin “İstiqlal”,Sabirabadın “Demokrat”, Göyçayın “Haqqın səsi” və b. Dünən Fəzail bəy AXC Ağdaş Məclisinin çapolunmuş material-larını satışa gətirmişdi).Başlıca olaraq 5 məsələ müzakirə edilir: Katibliyin səlahiyyəti və onun hesabatı, yaradılmışkomissiyaların hesabatı, AXC Məclisinin genişləndirilməsi, ŞADP-yə münasibət, hərbi çağırışamünasibət. Sabah-kı yığıncaq bütünlüklə Nizamnaməyə həsr ediləcək.Fəzail Ağamalıyev katiblik haqqında hesabat verdi. Bildirdi ki, Məclis üzvləri ilə katiblik arasındaəlaqə son dərəcə zəifdir.(Məclisin səviyyəsi, iştirakçıların diskussiya mədəniyyəti çox xoşuma gəlir. Bir çox üzvlərdanışıqları diktofona, maqnitofona yazır-lar. İclas zalında Nizami, Füzuli, S.Vurğun, C,Cabbarlı,Makarenko, Puşkin və Lermontovun portretləri, “Molla Nəsrəddin” məcmuəsinin 80 illiyinə həsrolununmuş stend çıxılarsa binada Sov.İKP-nin güclü ruhu hakimdir. “Sov.İKP-yə eşq olsun!” şüarı iləyanaşı, partiyanın qurultay və konfranslarına, yenidənqurmaya həsr edilmiş lövhələr, şəkillərboldur).II məsələni III ilə dəyişdirdilər.Komissiyaların hesabatlarına başlanılır.Milli Müdafiə Şurasının (MMŞ) yaradılması və fəaliyyəti haqqında komissiyanın hesabatı.(Bu haqda F.Səməndərov hesabat verir).MMŞ-nın 5 üzvü olub (Əbülfəz Əliyev, Etibar Məmmədov, Nemət Pənahov, Rəhim Qazıyev vəXaliq Hacıyev. Sonralar “Azadlığ”ın aparıcı müxbirlərindən olan Xaliqin bu şurada iştirakı sırf simvolik idi. — Ə.T.), 4-ü işləyib. Bu gün də komissiyanın işi başa çatmayıb. Bəzi üzvlər həbsdədir.Onlar azadlığa çıxanda izahat alıb tam məlumatı onda verərik.Bəziləri deyir ki, MMŞ-dən AXC-nin xəbəri yoxdur; o, AXC-yə ziyan vurub. Ancaq AXC İH-ninprotokolları göstərir ki, AXC buna razılıq verib, sədri və İH-nin iki üzvü (E.Məmmədov, R.Qazıyev —

 

Ə.T.) tərkibə daxil edilib. MMŞ yaradılandan sonra isə AXC ilə əlaqəsi olmayıb, ona hesabatverməyib, AXC rəhbərliyinə tabe olmayıb.MMŞ-nin yaranması ilk növbədə Azərbaycan KP MK ilə bağlıdır, ona görə son dərəcə dəqiqolmalıyıq. Hər hansı bir səhv bizim üzərimizə tari-xi məsuliyyət qoyur.12.28. Bəy arayış verir ki, Milli Müdafiə Komitəsi (MMK) ilə Milli Müdafiə Şurası (MMŞ)qarışdırılmasın. MMK-nə Məmməd Əlizadə rəh-bərlik edib.Hesabat verən Səməd bəy bildirdi ki, onları qarışdırmırıq. MMŞ-nin işi üçün AXC sədrinin də, İHüzvlərinin də təqsiri var. Yerlərdən olan çıxışlardan aydınlaşır ki, bir çox rayonlarda (Qubadlı, Zəngilan və b.) rayonrəhbərləri, prokurorluq və milis işçiləri MMŞ-na daxil olublar, ancaq indi cəzalanan yalnız AXCüzvləridir. Tofiq Qasımov: MMŞ Moskva KQB-sinin, Vəzirovun qurduğu işdir — qoşunu yeritmək üçün üçüncümərhələdir. Ancaq qərarı onlar çıxarmayıb, biz çıxarmışıq. Elə Etibardan da bunu istəyirdik ki,Vəzirovdan qərar alsın, o isə bunu etmədi. Biz MK-ya yox, öz işimizə qiymət verməliyik. Bu bizəlazımdır ki, gələcəkdə belə səhvlərə yol verməyək.Pənah Hüseynov: Respublika rəhbərliyinin bu işdə cinayəti var, AXC-nin isə səhvləri.Firidun Səməndərov: MMŞ ilə bağlı öz səhvlərimizi boynumuza almağa kişiliyimiz çatmalıdır. Ayın13-ündə (yanvarın) Etibar Məmmədov İH-nə gəlib dedi ki, biz rəhbərliyin razılığı ilə MMŞ yaratmışıq,Şmidt zavodunun zalını da bizə qərargah veriblər, hərbi dövrün qanunauy-ğunluğu ilə siz də bizətabesiniz. (Təhmasib Novruzov bu çıxışa etiraz edərək zaldan çıxır; deyir ki, nə qədər beləsöhbətlərə qulaq asacağıq?).MMŞ bizədək yaradılmışdı. Yanvarın 16-sında biz onu ləğv etmək haqqında qərar çıxardıq. AncaqİH-nin bəzi üzvləri gözlədilər, dedilər ki, bəlkə o, qələbə çaldı (şöhrətdən pay umdular). AXC-nin çoxrayon şöbə-lərinin müdafiə şuraları bizi tanımır, telefonoqramımı qəbul etmirdi-lər; onlar yalnızMMŞ-nı tanıyırdılar.(Sonra F. Səməndərov pul yeyintisinə toxundu).AXC hələ təşkilat kimi formalaşmayıb. Bir sıra rayon şöbələri raykomun şöbələrinə çevrilib.Bəzi rayonlarda istintaq orqanları AXC üzvlərinin çoxlu cinayət-lərini ört-basdır edir, AXC-yəkömək etmək istəyir (?1 — Ə.T.).Gəlin özümüzü təmizləyək.

 

Реклама

Обсуждение закрыто.