«MEYDAN GÜNDƏLİYİ»: 29 APREL 1990-CU İL

Стандартный
«MEYDAN GÜNDƏLİYİ»: 29 APREL 1990-CU İL

29 aprel 1990. AXC Məclisində iştirak etmək üçün Göyçaya yola düşdük. “RAF” maşınında Əbülfəz bəy, Nəcəf bəy, Fəzail bəy (AXC Məclisinin katibi), Bəhlul Abdullayev (AXC Məclisinin üzvü, filol. elm. doktoru),“Azadlıq” qəzetinin əməkdaşı Zaur bəy, Bəyin “bacısı oğlu” Mübariz, Becan bəy, institut tələbəsiNadir bəy, “Zəngəzur” komitəsinin başçısı Köçəri Nağıyev və mən idik.Söhbət edə-edə Kürdəmirə gəlib çatdıq.

Burada XC rayon şöbəsinin idarə heyətində didişməvardı; Bəy istəyirdi ki, onları sakitləşdirsin, ona görə də maşını burada saxladıq.Bayırda mən, Köçəri, Bəhlul, Zaur və Kürdəmir cəbhəçilərindən bir neçəsi söhbət edirdik. Köçəribəy AXC müdafiə komitəsi sədrinin müavini Məhyəddinin onu zaminə götürüb əslindəqaçırmasından, dustaqda Bakı şəhər DİŞ rəisi Nofəl Kərimovun onu şəxsən necə incitməsindən,həyatından bezib qaşıq udmasından danışırdı. Bəhlulun da söhbətlərinə həyəcansız qulaq asmaqçox çətindi. Deyirdi ki, 20 Yanvardan sonra tutulmuşduq.26 Rus əsgəri bizi yerə yıxıb başımızaçəkmənin dabanı ilə döyür, “ya tvoy vlastelin, tı moy rab, ne zabud etoqo! Svobodu xotel da? Vottebe svoboda!”27 deyə təpikləyirdi. Mən Bəhlul bəyə məsləhət gördüm ki, şahidi olduqlarınınhamısını yazıya köçürsün. Bildirdi ki, bir hissə yazıb “Azərbaycan” qəzetinə vermişəm. Yerdə qalanıyazmağa isə sən kömək et. Mənsə, təbii ki, vaxtımın yoxluğundan buna razı olmadım.Axşam qaş qaralanda Göyçaya getmək istədik. Kürdəmir cəbhəçiləri əl çəkmədilər, bizimədəniyyət parkındakı restorana apardılar. Vaxtilə (əs-lində elə indinin özündə də) raykomun,rayon “hampa”larının qonağı gələndə bura gətirərdilər…Çox yaxşı süfrə açdılar. Bəy Kürdəmir camaatının sağlığına badə qaldırdı. O, Xalq Cəbhəsininburadakı fəallarının didişməsinə də to-xundu.Bunları da dedi ki, Yazovun, Bakatinin, Qorbaçovun bu xalqa gücü çat-madı. Biz haqqı tapdamırıq- yeganə gücümüz bundadır. Fəaliyyətimizdə onu əsas götürməliyik ki, haqqı tapdalamaq olmaz.1989-uncu ildə dünyada ən mübariz xalq Azərbaycan xalqı, ən güclü demokratik hərəkat isəbizim hərəkat olub.Bəy Xalq Cəbhəsinin ləyaqətli oğullarının xidmətlərinə toxundu və Nəcəf bəyi xeyli təriflədi.20.58-də Bəy ikinci dəfə söz aldı. Dəftər-qələmə əl atmalı oldum: “Millətin çiyninə çıxmaq üçünonun ayağına düşmək gərəkdir!”. Sonra Bəy bildirdi ki, biz sinfi mübarizə yox, haqq uğrunda savaşedirik. Biz hələ kasıblara heç nə verməmişik… Yolum dərvişlikdir, sofuluqdur — bilmirəm. Ancaq mübarizədə sonadək varam. Maşında gəzənlər,kef çəkənlər Xalq Cəbhəsi deyil. Bu gün milli mübarizədə varlı, kasıb bir yerdə gedirik, sabah isəmən buna razı olmaya-cağam…Kasıbı unutmamalıyıq. Pambıq çölündə boynunuzun toz basmasına niyə dözürsünüz?..Çörəyi nisyə alanlar var…Xalq Cəbhəsi hələ formalaşmayıb.21.26. AXC Kürdəmir rayon şöbəsi İH üzvü Əliyusif Məlikov söz aldı. Onun və bir çoxlarının sağlıqsöylədiyi vaxt mən Kürdəmir XC İH üzvlərinin (9 üzvü var) bir neçəsi (Yengibar bəy, QismətZərbəliyev, İl-qar Quluyev, Əliyusif Məlikov və b.) ilə görüşüb yaranmış vəziyyətin səbəbiniöyrənməyə çalışdım. Hamısı dedi ki, Mehman Xankişiyev raykom-la və başqaları ilə əlaqəyə giribtədbirlərimizi pozur və başqa xoşagəl-məz işlər görür.21.38. Nəcəf Nəcəfov sağlıq zamanı bunları qeyd etdi: Azad olmasa on qazanan da, min qazananda özünü xoşbəxt hesab edə bilməz. Mən inanmıram ki, o xoşbəxt günü görə biləcəyik, ancaq onunuğrunda vuruşmalıyıq.Bəy yerindən dedi ki, bunlar (Nəcəf bəyi və başqa liderləri nəzərdə tuturdu) deputat seçiləndənsonra onları XC İdarə Heyətindən, tərkibdən çıxaracağıq; qoy müstəqil hərəkət etsinlər. Özüm isədeputat olmayacağam.Bu məclisdə mən də uzun bir sicilləmə sağlıq söylədim.Gecə təxminən saat 11-də bizi gətirib Göyçayda düşürdülər. Kürdəmir fəalları bizimehmanxanada yerləşdirib geri qayıtdılar.

Bizi “təhvil alan” göyçaylılar yeməyə dəvət etdilər. Mən şəxsən get-mək istəmirdim, çünkiKürdəmirdə yaxşı yemişdik. Ancaq göyçaylılar əl çəkmədilər. Bizi yenə maşınlara mindirdilər vəGöyçayın harasındasa yerləşən bir yeməkxanaya gətirdilər.24.47-də (daha doğrusu, 00.47-də) Bəy bu məclisi açdı və adi söhbət, xatirə tərzində danışmağabaşladı. Dedi ki, gərək Kürdəmirdə ilk dəfə olmayaydım… Hiss etdim ki, orada lazımam… AncaqGöyçayda yad deyiləm. Ən çox Göyçay, Cəlilabad, Şəki rayonlarının sakinləri məni doğma sayır. Türmədən çıxanda dəli kimi idim. Əsəblərim pozulmuşdu. Göyçaylı Oqtay, İsfəndiyar mənəyanaşdılar. Onlar məni dağ qırağına aparıb sakitləşdir-dilər. Göyçayda ziyalılıq və təfəkkür yuxarıdır.***Bəhlul Abdullayev söylədi ki, türmədə heç nəyə gücüm çatmadı, dustaq-lara kəlməyi-şəhadətöyrətdim ki, adam kimi, müsəlman kimi ölək.Bu vaxt Bəy də belə hadisə danışdı ki, 1988-in 4 dekabr gecəsi (5-inə keçən gecə) Nemət iki dəfədedi ki, Bəy, bəlkə son gecəmizdir, kəlmeyi-şəhadət oxuyum? Qoymadım. Dedim ki, qələbələrdəndanış. Sonra “Fatihə” oxumaq istədi. Dedim ki, “Fatihə”ni ölülərə oxuyarlar, bizə qələbə lazım-dır!Ətrafda döyüb-əzirdilər. Ona dedim ki, sakitləş.Neməti oğlum kimi istəyirəm. Ancaq o mənə deyir ki, sən ölsən xalqın xoşbəxtliyi olar. Mən səniöldürsəm xalq qəhrəmanı olaram, ancaq xalqa hörmət edirsənsə gərək özün özünü öldürəsən. (Bu,Meydandan sonrakı söh-bətdir. Nemət Bəyi yumşaq sayır və onun mübarizənin ağzını yana əydiyinigüman edirdi).28Söhbət kişilikdən düşəndə Bəy dedi ki, bizim kişiliyimizi kommu-nistlər məhv ediblər. Bu,millətimizin faciəsidir.Bu söhbətlər Bəyin “ən son an”da belə necə ağıllı, qeyrətli olduğuna məni inandırdı.Gecədən xeyli ötmüş mehmanxanaya döndük.Nəcəf bəy Fəzail bəy və Zaur bəylə, Bəhlul bəy təkcə, mən tələbə Nadirlə, Bəy isə Becan bəyləbir otaqda gecələməli olduq. Yerdə qalanların hərəsi bir otaqda yerləşmişdi.Çox gec yatdıq və gec də yuxuladıq. Mehmanxana şəraitsiz və soyuq idi.

 

Реклама

Обсуждение закрыто.