ПАВШИЕ: АФГАН ГОРЧУЕВ

Стандартный

qorçuyev əfqan.jpg

Афган Ханыш оглы Горчуев родился 20 апреля 1970 года в селе Гюлебирд Лачынского района. 1988-90-е годы прошел срочную службу в Советской Армии. После демобилизации работал водителем.

В январе 1994 года поступает на службу в районное отделении милиции. Принимает участие в боях на территории Физулинского района.  Погиб 10 февраля 1994 года в бою за село Мехдили.

Был женат. У Афгана осталось двое детей. 

Əfqan Qorçuyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Əfqan Xanış oğlu Qorçuyev 1970-ci il aprelin 20-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1977-1978-ci illərdə Güləbird kənd orta məktəbində təhsil alıb. 

1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Laçın rayonuna qayıdıb, rayondakı RTS-də sürücü işləyib.

1994-cü il yanvarın 1-də Laçın Rayon Polis Şöbəsində işə düzəlib. Füzuli rayonu ərazisində gedən döyüşlədə iştirak edir. Horadiz kəndi ətrafındagedən döyüşlərdə igidliklə vuruşub. Əfqanın qardaşı Qorçuyev Həbib Xanış oğlu 1990-1993-cü illərdə erməni təcavüzkarları ilə gedən döyüşlərdə iştirak edib. 1993-cü il Qubadlı işğal olanda ağır yaralanıb və II qrup əlil olur. Əfqanın yaxşı səsi var idi və o, döyüşlərdən sonra həmişə məlahətli səsi ilə kollektiv önündə çıxış edərdi.

1994-cü il fevralın 10-da Əfqan Füzuli rayonu Mehdili kəndində gedən döyüşlərdə şəhid olub. Ailəli idi, iki övladı yadigar qalıb.

Məzarı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındadır

Обсуждение закрыто.