«KOROĞLU» DASTANI: «UCA-UCA DAĞ BAŞINDA, TALA-TALA QAR GÖRÜNÜR…»

Стандартный
«KOROĞLU» DASTANI: «UCA-UCA DAĞ BAŞINDA, TALA-TALA QAR GÖRÜNÜR…»

Elə ki, səhər açıldı, gün çıxıb dağlara yayıldı, uzaqdan, dağların başının
üstündən Çənlibel dağlarının qarlı başları göründü. Bu, Koroğlunu
qubarlandırdı:
Uzaq-uzaq dağ başında
Tala-tala qar görünür.
Nə dəlilər, nə Çənlibel,
Nə alagöz yar görünür.

 
Ətrafım tir, kaman, oxdu,
Dəlilər yanımda yoxdu,
Mən yalğızam, düşman çoxdu,
Qaçmaq mənə az görünür.

 
Divanə könlüm şad olmaz,
Laçın könlüm ovsun almaz,
Baxıram, Eyvaz görünməz,
Dünya mənə dar görünür.

 
Bu sinəm yaralı düşdü,
Dağların maralı düşdü,
Yar məndən aralı düşdü,
Tərlan uçmaz, sar görünür.

 
Koroğlunun məlul çağı,
Durulmaz keyfi, damağı.
Bar gətirib gürcü bağı,
Dal budaqda nar görünür.

 

Koroğlu dastanı («Koroğluynan Ərəb Reyhan» qolu)

Реклама

Обсуждение закрыто.