НАЦИОНАЛЬНЫЕ ГЕРОИ: РИЗВАН ТЕЙМУРОВ

Стандартный

TEYMUROV.jpg

Ризван Теймуров родился 16 апреля 1967 года в селе Гушчулар Шушинского района. После службы в Советской Армии работал в Архангельской области. В 1990 году возвращается на родину и записывается в полицейский батальон. В боях проявлял отвагу и самоотверженность. Погиб 9 декабря 1991 года в кровавых боях вокруг села Керкиджахан.

Указом президента Азербайджана Ризвану Теймурову посмертно присвоено звание Национального Героя.

Rizvan Teymurov 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan iş üçün 1987-ci ildə Arxangelsk vilayətinə gedir. 1990-cı ildə geri dönür və Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayına yazılır.

Elə ilk günlərdən də, döyüşlərə atıldı. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı QaradağlıSırxavəndUmudluMeşəliCəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturtmuşdu. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Обсуждение закрыто.