НАЦИОНАЛЬНЫЕ ГЕРОИ: ПАХЛИВАН ФАРЗАЛИЕВ

Стандартный

PƏHLİVAN FƏRZƏLİYEV.jpg

Пахливан Фарзалиев родился 7 сентября 1958 года в селе Гобу Дилагарда Физулинского района.  В 1986 году окончил Оренбургский политехнический институт.

В боях за Карабах Пахливан Фархалиев, будучи командиром экипажа БТР, сражался героически. Последний его бой состоялся 11 апреля 1992 года.

Указом президента Азербайджанской Республики Абульфаза Эльчибея от 8 октября 1992 года Пахливану Ахлиман оглы Фарзалиеву посмертно присвоено звание Национального Героя.

Pəhlivan Fərzəliyev 7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir.

BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur.

Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

Реклама

Обсуждение закрыто.