ZƏNGİLANDA HƏLAK OLAN LAÇINLI: MAHMUD ABBASOV

Стандартный

Mahmud_Abbasov.jpg

Mahmud Aslan oğlu Abbasov 31 mart 1969-cu ildə Laçın şəhərində doğulub.

1976-1986 — cı illərdə Laçın şəhər 1№-li məktəbdə təhsil albdır. 1987-1989-cu illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olmuşdur.

Mahmud Qarabağda savaş başlayanda ilk könüllü özünü müdafiə batalyonunda döyüşən əsgərlərimizdən biri olub. Onun döyüş yolu 1991-ci ilin noyabr ayından 1992-ci ilin dekabrına qədər davam edib. İlk dəfə olaraq 21 yaşında əlinə silah alaraq Laçında erməni ilə döyüşə atılıb. Dəfələrlə ağır döyüşlərdə iştirak edib və bir neçə dəfə yaralanıb.

1992-ci ildə o zaman yaranan Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olunub, Qarabağın ən qaynar nöqtələrində Kərcihan, Daşaltı, Nəbilər, Xocalı, Ağdərə, Horadiz, Fizuli, Ağdam, Zəngilan, Şuşa kimi çətin döyüş yolu keçib.

Mahmud döyüşdə bir necə dəfə (ayağından, qolundan və başından) yaralanııb.  1992-ci ildə Zəngilanda gedən ağır döyüş onun son döyüşü oldu. Onunla xidmət edən əsgərlər danışır ki, ayağından yaralı olsa da o, hamıdan birinci döyüşə atılmışdı.

Реклама

Обсуждение закрыто.