Qalib Laim oğlu Zülfüqarlı (d. 20 dekabr 1992; Lənkəran, Azərbaycan — ö. 27 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.
Qalib Zülfüqarlı 1992-ci ilin 20 dekabr günündə Lənkəran rayonunun Vilvan kəndində anadan olub. Qalib Zülfüqarlı nişanlı idi, yaxın günlərdə toy mərasimi baş tutmalı idi.
Leytenant Qalib Zülfüqarlı 2016-cı ildə, martın 27-si Azərbaycan—Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 27-si isə Qalib Zülfüqarlı doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salındı
Для отправки комментария необходимо войти на сайт.