APREL TOQQUŞMALARININ QURBANLARI: PƏNCƏLİ TEYMUROV

Стандартный

Pəncəli_Teymurov

Pəncəli Nurməhəmməd oğlu Teymurov (d. 24 mart 1981AstaraAzərbaycan — ö. 2 aprel 2016CəbrayılAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilib.

Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub. Pəncəli Teymurov 2014-cü ildə ailə həyatı qurdu.

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

Обсуждение закрыто.